Torpaq adamları

 

1 Noyabr Kənd Təsərrüfatı İşçıləri Günüdür

 

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qarşıda duran həlli vacib olan məsələlərdən biri yeni torpaq siyasətinin, daha doğrusu, kənd təsərrüfatında islahatların aparılması idi. Çünki 70 illik sovetlər dönəmində mövcud olan planlı iqtisadiyyatın dağılması digər respublikalar kimi, Azərbaycanı da ağır iqtisadi böhrana salmışdı. Xüsusilə  kolxoz sovxozların ləğvindən sonra aqrar sahədə  çox böyük tənəzzül yaranmışdı.

Ölkəni bu böhrandan çıxarmağın yeganə yolu isə qısa müddətdə yeni iqtisadi münasibətlərə keçid idi ki, bunun üçün ilk növbədə islahatlar aparılmalı idi. Bu islahatlar kənd təsərrüfatının da gələcək inkişafı üçün böyük zəmin yaradacaqdı. Elə oldu. Doğrudur, kənd təsərrüfatının yeni mülkiyyət münasibətlərinə söykənən inkişafına gedən yol asan dəf edilmədi. Amma aqrar sektorda  əldə olunan indiki uğurların məhz illər öncə həyata keçirilən həmin islahatların nəticəsi olduğu da reallıqdır. Bəli, bu gün Azərbaycan bir çox strateji məhsula olan tələbatını yerli istehsal hesabına ödəməklə yanaşı, həm xaricə kənd təsərrüfatı məhsulları ixrac edir.

Prezident İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli sərəncamı ilə hər il noyabrın 1-i Azərbaycanda Kənd Təsərrüfatı İşçiləri Günü kimi  qeyd olunur. Amma ölkədə  maddi bolluq yaradan aqrar sahənin işçiləri hər gün xüsusi hörmətə layiqdirlər. Çünki kənd təsərrüfatında çalışmaq, torpaqla ünsiyyətdə olmaq elə asan deyil. Ana dediyimiz torpağı sevmək, qayğısına qalmaq, başına dolanmaq böyük fədakarlıqdır. Bu fədakarlığı edən insanlar bolluq yaratmağın sirrinə bələd olanlardır. Həmin sirrin açarı isə torpağın dilini bilməkdir. Aqrar sektordakı inkişaf, ərzaq bazarındakı bolluq məhz həmin torpaq adamlarının gərgin əməyinin, gecə-gündüz çəkdikləri zəhmətin bəhrəsidir. Təbii ki, dövlət onları diqqətdən kənarda saxlamır, məhsul istehsalçısına hər cür qayğıkeşlik göstərir, dəstək verir.

Bu gün Prezidentin birbaşa təşəbbüsü ilə Azərbaycanda aqrar sektoru müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək üçün çox işlər görülür. Təsadüfi deyil ki,  İlham Əliyevin 2003-cü ildə Prezident seçildikdən sonra imzaladığı ilk fərman sərəncamlar da məhz iqtisadiyyatın, o cümlədən aqrar sahənin inkişafı ilə bağlı olub. Kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olanlar torpaq vergisindən başqa bütün növ vergilərdən azad ediliblər, onlara istifadə etdikləri yanacaq sürtkü yağlarına, gübrə, toxum damazlıq heyvanlara görə subsidiyalar verilir, buğda, pambıq, barama, tütün, çəltik, fındıq sair bu kimi  ənənəvi məhsulların istehsalçılarına əlavə güzəştlər olunur. Üstəlik, kənd təsərrüfatında çalışan sahibkarlara güzəştli kreditlər verilir həmin vəsaitdən düzgün istifadə edən fermerlərin  bir çoxu  öz təsərrüfatlarını genişləndirir, məhsul istehsalını artırırlar. Bu da istehlak bazarının sabitləşməsində, ixrac potensialının artmasında, idxaldan asılılığın azalmasında, ümumilikdə ərzaq təhlükəsizıliyinin təminatında əhəmiyyətli rol oynayır.

Son illər kənd təsərrüfatının iqtisadiyyatın mühüm sahələrindən olan qeyri-neft sektorunun inkişafı ilə yanaşı, əhalinin məşğulluğunun təminatında da mühüm payı var. Bu işdə birbaşa dövlət başçısının təşəbbüsü ilə dirçəldilən əməktutumlu ənənəvi kənd təsərrüfatı sahələrinin xüsusi çəkisi daha çoxdur. Həmin hesaba torpaq adamları əkinəyararlı torpaqlardan mövcud su resurslarından səmərəli istifadə edərək minlərlə hektar torpaq sahəsini əkin dövriyyəsinə buraxıb ki, bu da kənd təsərrüfatı sahəsinə daha çox işçi qüvvəsinin cəlb olunması deməkdir.

Müntəzəm olaraq pambıqçılıq, taxılçılıq digər kənd təsərrüfatı bitkilərinin heyvandarlıq məhsullarının istehsalında böyük artıma nail olmaq üçün əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması yeni suvarılacaq torpaqların istifadəyə verilməsi üçün mühüm tədbirlər həyata keçirilir. O sıradan  dövlət dəstəyi ilə bölgələrdə su anbarları, nasos stansiyaları, magistral kanallar digər su təsərrüfatı obyektləri tikilib istifadəyə verilir. Bununla həm kənd təsərrüfatı məhsulları istehsalı artır, həm regionlarda məşğulluq təmin edilir.

Bu il bəzi sahələr üzrə kənd təsərrüfatında əkin subsidiyalarında artım müşahidə olunur. Ən ciddi yenilik ərzaq buğdasının yetişdirilməsi ilə bağlı məhsul subsidiyasının verilməsidir. Ərzaq buğdası ilə bağlı problem Ukrayna-Rusiya müharibəsindən sonra çox aktuallaşıb. Buna görə həmin sahə diqqət mərkəzindədir. Əlavə olaraq işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı strukturlarının qurulması oradakı yeni torpaqlara ayrılan subsidiyaların verilməsinin təminatı vəsaitlərin artırılmasını tələb edir. Millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov deyir : "Rusiya-Ukrayna müharibəsi fonunda ərzaq təhlükəsizliyi məsələləri daha da aktuallaşdı. Bu baxımdan Azərbaycan qabaqlayıcı addımlar atdı, kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi ilə bağlı siyasəti dərinləşdirdi". Deputatın dediyinə görə, 2023-cü ilin əvvəlində strateji məhsul istehsal edən fermerlər üçün nəzərdə tutulan  subsidiyanın ödənilməsi bu gün aqrar məhsulların istehsalının əvvəlki ilə nisbətən daha çox artmasına, yerli istehsalın genişləndirilməsi hesabına  ərzaq məhsullarının idxalının isə azalmasına səbəb olub. Aqrar sektora ayrılmış vəsait il ərzində kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsinə imkan verib. İqtisadçının sözlərini Dövlət Statistika Komitəsinin  verdiyi  rəqəmlər təsdiqləyir: 2023-cü ilin yanvar-sentyabr ayları üzrə istehsal olunan kənd təsərrüfatı məhsullarının faktiki qiymətlərlə dəyəri  9 milyard 996,9 milyon manat təşkil edib ki,  onun da 4 milyard 539,6 milyon manatı heyvandarlıq, 5 milyard 457,3 milyon manatı bitkiçilik məhsullarının payına düşür. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə istehsal 3, o cümlədən  heyvandarlıq üzrə 2,5, bitkiçilik üzrə  2,5 faiz artıb.

Bu gün kənd təsərrüfatının dinamik inkişafından söz düşəndə bu sahəyə tətbiq olunan müasir texnologiyaları qeyd etməmək düzgün olmazdı. Aydın məsələdir ki,  innovasiyaların mənimsənilməsi bolluq yaratmağın, istehsal gücünü artırmağın mənbəyidir. İnnovasiyalar aqrar sektorda istehsalın texniki, texnoloji təşkilati əsaslarının yenilənməsi bazasında məhsuldarlığın artırılmasında, rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirilməsində başlıca rol oynayır. İnnovativ texnologiya  aqrar sahədə fəaliyyətlə bağlı dayanıqlı inkişaf məsələlərinin həllinə, ilk növbədə torpaq su resurslarının qorunması səmərəli istifadəsinə əlverişli imkanlar yaradır. Bu baxımdan kənd təsərrüfatında innovasiyaların geniş yayılması qlobal miqyasda ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, həm ekoloji tarazlığın gözlənilməsinin mühüm amilləri sırasına daxil edilir.

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafına gəlincə, onu demək olar ki, ərazilər geniş münbit torpaq sahələri ilə əhatə olunduğu üçün burada  digər iqtisadi fəaliyyət sahələri ilə bərabər, aqrar sahənin inkişaf perspektivləri yüksəkdir. Üstəlik, aqrar sektor bu ərazilərdə yaşayan insanların çox  hissəsinin  ənənəvi məşğulluq sahəsi olduğu üçün kənd təsərrüfatının inkişafı ilə başlanılan işlər geniş vüsət alıb. Bu da Böyük qayıdışın daha sürətli aparılmasına stimul verən ən yaxşı amildir.

 

Züleyxa ƏLİYEVA,

Azərbaycan.-2023.- 1 noyabr, ¹ 239.-S.4.