İqtisadi bataqlıqdan xilas yolu

 

Ermənistan indi "qaçqın" statusu adı altında pul dilənməyə cəhd edir

 

Ermənistanın əsassız ittihamları, beynəlxalq aləmi əsas məsələlərdən yayındırmaq, sülh müqaviləsindən böyün qaçırmaq üçün bəhanələri bitmir.

İndi Qarabağdan öz xoşu ilə gedən ermənilərə "qaçqın" statusu verməklə yeni bir oyuna başlayıb. Bununla özünü beynəlxalq aləmin gözündə yazıq vəziyyətinə salmaq, həm erməni "qaçqın"ların məsələləri ilə bağlı Azərbaycana qarşı "əks-hücuma" keçmək üçün koalisiya yaratmaq istəyir.

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığıını müxtəlif platformalarda dəfələrlə dilə gətirib. Bu da Qarabağda yaşayan ermənilərin işğal etdikləri ərazilərimizə sonradan köçürüldüyünü qanunsuz məskunlaşma yolu ilə oraya yerləşdirildiyini sübut edir. Beynəlxalq qaydalara görə, Qarabağdan könüllü gedən, Ermənsitan pasportuna malik şəxslər qaçqın sayıla bilməz, çünki hüquqda bu qanunsuz məskunlaşma cinayətdir bu cür şəxslərin mülkiyyət hüququ, qaçqın statusu tanınır.

Yəni suda boğulan Ermənistanın saman çöpündən yapışması heç bir hüququ, reallığı dəyişməyəcək. Ermənilərin bunu daha tez anlamaları, yeganə xilaskarının Azərbaycan olduğunu dərk etmələri isə özlərinə fayda gətirə bilər.

Mövzu ilə bağlı "Azərbaycan" qəzetinə fikirlərini bildirən Milli Məclisin deputatı Azər Badamov deyib ki, Ermənistanın Qarabağdan könüllü gedən ermənilərə "qaçqın" statusu verməsi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edərək daha çox pul əldə etmək məqsədi daşıyır.

Qarabağdan gedən ermənilərin qaçqın hesab olunmadığını qeyd edən deputat  bildirib ki, əvvəla onların Qarabağdan çıxması üçün Azərbaycan dövləti tərəfindən heç bir təzyiq göstərilməyib. Əksinə, onlara hüquqlarının təhlükəsizliklərinin qanunlarımıza uyğun qorunacağı vəd edilərək getməmələri tövsiyə olunub. Hətta Laçın sərhəd-keçid məntəqəsində ərazilərimizdən çıxan ermənilər arasında aparılan rəy sorğusu zamanı da hansısa bir erməni təzyiqə məruz qaldığını ifadə etməyib hamı könüllü getdiyini bildirib.

A.Badamov bildirib ki, Qarabağdan gedən ermənilərin demək olar böyük əksəriyyəti Ermənistan pasportunu daşıyır: "Necə olur ki, Ermənistan pasportunu daşıyan vətəndaşlar  öz ölkəsində qaçqın statusu alırlar? Bunun tamamilə məntiqsiz absurd bir yanaşma olduğu göz önündədir. Ermənistan Qarabağdan gedən ermənilərə saxta qaçqın statusu verməklə beynəlxalq tribunalardan Azərbaycana qarşı informasiya müharibəsində üstünlük qazanmağa cəhd edir. Ermənistana dəstək verənlər onsuz da məlumdur onlar öz qərəzli hərəkətləri ilə erməni sevgisini nümayiş  etdirirlər. Amma Ermənistan başa düşmür ki, qatar artıq gedib. Onlar qədər çalışsalar belə Azərbaycanın haqq işinə kimsə kölgə sala bilməz".

Deputat sonda vurğulayıb ki, Ermənistanın bacaracağı ən böyük qaçqın statusu adı altında onlara dəstək verənlərdən pul almaqdır.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2023.- 1 noyabr, № 239.-S.4.