İndi də Kanada buqələmunluq edir
Qərəz dolu çirkin kampaniyalar eyni mərkəzdən idarə
olunur
Azərbaycana qarşı
məkrli siyasətin,
ikili standartların daim şahidi oluruq. Xüsusən Vətən müharibəsindəki
qələbəsi ilə
Azərbaycanın ərazi
bütövlüyünü öz gücü hesabına bərpa etməsi, erməni terrorçularını ərazilərindən
qovması, sərhədləri
təmin etməsi bir sıra dövlətlərdə
qıcıq yaradıb.
Cənubi Qafqazda
münaqişə ocağının
qalmasında maraqlı
tərəflər İkinci
Qarabağ savaşından
sonra məqsədlərinə
çatmaq üçün
xüsusilə çalışırlar.
Onlar Ermənistana həm mənəvi, həm də maddi dəstək göstərərək hər
vəchlə regionda sülhün və təhlükəsizliyin yaranmasına
mane olmağa çalışırlar. Müxtəlif
dairələrin oyuncağına
çevrilən Ermənistan
isə belələrinin
təzyiq və təsirlərindən çıxmayaraq
hər cür yaramazlığa əl atır.
Ötən həftə
Ermənistanda səfərdə
olan Kanada xarici işlər naziri Melani Jolinin
də Azərbaycan əleyhinə çıxışları,
əsassız ittihamları
artıq təəccüb
doğurmur. Çünki
zaman-zaman bu ölkənin də qərəzli, əsassız
fikirləri ilə üzləşirik. Ermənipərəst
siyasətçi dost ölkəsində Azərbaycana
qarşı aqressiv və qərəzli çıxış edərək
ölkəmizi ermənilərin
deportasiyasında günahlandırıb.
Mövzu ilə
bağlı "Azərbaycan"
qəzetinə açıqlama
verən Milli Məclisin deputatı Sahib Alıyev bildirib ki, Kanada
xarici işlər nazirinin hər hansı diplomata başucalığı gətirməyəcək
çıxışı, əslində, Azərbaycandan
daha çox guya dəstəklədikləri
Ermənistanın və
ilk növbədə özlərinin əleyhinə
yönəlib.
Deputat qeyd edib ki, hamı
Kanada XİN rəhbərinin
Ermənistana gəlişinin,
orada səfirlik açmalarının arxasında
heç də həmin ölkənin deyil, başqalarının
marağı və təhriki olduğunu gözəl bilir: "Kanada benilüks ölkələri və Fransa üçün hansı funksiyanı yerinə yetirirsə, onlardan daha çox
ABŞ-dən asılı
vəziyyətdədir və
Vaşinqtonun tapşırıqlarını
yerinə yetirir. Bu səfərdə də Kanada xarici işlər nazirinin Azərbaycan əleyhinə açıqlama
verməsi tapşırığı
Vaşinqtondan gəlib.
Bəzən Qərbdə
böyük dövlətlər
çalışırlar ki,
"seyidəhmədləri" irəli versinlər. Elə Kanada bu baxımdan ABŞ üçün "seyidəhməd"
rolunu oynayır".
Azərbaycanın belə
əsassız davranışları
cavabsız qoymayacağını
vurğulayan S.Alıyev
deyib ki, bunun
ən azı asimmetrik cavabları olacaq. Təbii ki, Ermənistana da bunun heç
bir xeyri yoxdur: "Ümumiyyətlə,
Kanadaya belə bir tapşırıq verənlərin məqsədi,
əslində, Ermənistana
dəstək deyil. Açığını desək,
bu Ermənistanın evini yıxmaqdır. Üzdə haylara sevgi sərgiləyib arxada onları regiondakı reallıqla hesablaşmağa qoymamaq, yeni qarşıdurmalara sürükləmək Ermənistanın
başını yenidən
əzdirməyə xidmət
etməkdir".
Deputat qeyd edib ki, nə
Fransa, nə ABŞ, nə də regionda marağı olan digər böyük dövlətlər
Azərbaycanla Ermənistan
arasındakı qarşıdurmanın
tam aradan qalxmasında, özləri
dedikləri kimi dayanıqlı və davamlı sülhün yaranmasında qətiyyən
maraqlı deyillər.
Onlar davamlı qarşıdurmada, həmin
qarşıdurmanın idarə
olunmasında, o idarəçilikdən
faydalanaraq Azərbaycanla
Ermənistana təzyiq
göstərib regionda
maraqlarını qoruyub
saxlamağa çalışırlar.
"Kanada xarici
işlər nazirinin diplomata yaraşmayan açıqlaması ilə
eyni vaxtda ABŞ və Avropa İttifaqının səfirləri
Zəngəzurda peyda olublar. Onlar da haylar üçün
təsəlli sayıla
biləcək açıqlamalar
veriblər. Bütün
bunlar onu göstərir ki, bu cür hərəkətlər
eyni mərkəzdən
idarə edilir, həmin mərkəzin əsas niyyəti haylara dəstəkdən daha çox onları öz alətinə çevirmək,
Azərbaycan və Türkiyə ilə əlaqələri tam normallaşdırmağa qoymamaq və regiondakı gərginliyi qoruyub saxlamaqdır", -
deyə deputat əlavə edib.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2023.-
1 noyabr, № 239.-S.5.