Hayastanda
fərarilik leqallaşdırılır
37 min dollar
ödə, hərbi xidmətə getmə
Ermənistanda həmişəki
kimi yenə də silahlı qüvvələrdə böyük
problemlər yaşanır.
Məğlub ölkənin
ordusu istər döyüş qabiliyyəti,
istərsə də təminat baxımından yenə
ciddi çətinliklərlə
üzləşib. Ölkədə
yaşanan demoqrafik problem səbəbindən
ordunun şəxsi heyətlə təminatı
sürətlə pisləşməkdə
davam edir.
Digər tərəfdən
orduda yaranan xaos səbəbindən gənclərin silahlı qüvvələrdə xidmətdən
yayınması adi hal alıb. Belə vəziyyətdə
ordudan yayınanların
sayının artması
bu xüsusda qaldırılan
cinayət işlərinin
də sayının artmasına səbəb olub.
Elə bunun nəticəsidir ki, son vaxtlar Hayastanda
pul qarşılığında
hərbi xidmətdən azadolma
haqqında qanun layihəsi geniş müzakirə mövzusuna
çevrilib. Fərariliyin,
hərbi xidmətdən
yayınmaların baş
alıb getdiyi bir vaxtda Hayastanda
yeni qanun layihəsi hazırlanır.
Parlamentdə hakim
"Vətəndaş müqaviləsi"
fraksiyasının nümayəndəsi
Ayk Sarkisyanın hazırladığı qanun
layihəsinə görə,
27-37 yaşarası hərbi
xidmətdən yayınanlar
Hayastanda orduda xidmət etməklə və ya büdcəyə
pul köçürməklə
cinayət təqibindən
yayına bilərlər.
Bunun üçün bir neçə variant təklif
edilib. Belə ki, 12 ay
xidmətlə yanaşı,
6,2 min dollar, 6 ay xidmətlə yanaşı, 12,4 min dollar, 1 ay xidmətlə
24,8 min dollar və hərbi
xidmət əvəzinə
37,5 min dollar ödəniləcək.
Ermənistanda İkinci
Qarabağ müharibəsindən
sonra 27-35 yaşarası
3225 vətəndaşın orduda xidmətdən yayındığına görə
axtarışda olduğu
açıqlanmışdı. Yerdə qalan hərbi xidmətdən qaçan minlərlə insan isə 27 yaş həddinə çatmayan gənclərdir.
Hazırkı vəziyyətə
olan məlumatlara əsasən, məcburi hərbi xidmətdən yayınmalarına görə
10 min erməni gənci
axtarışdadır. Hayastan qanunvericiliyinə görə,
həqiqi hərbi xidmət keçməyən,
lakin yaşı 27-yə
çatan vətəndaşlar
cinayət məsuliyyətindən
qaçmaq üçün
1,8 milyon dram və ya 3700 ABŞ dolları məbləğində cərimə
ödəməlidirlər. Əks təqdirdə onlar həbs edilirlər.
Erməni mediası
yazır ki, orduda xaos
davam etdikcə, ölkədən daha çox sayda gəncin qaçışını
gözləmək mümkündür.
Hökumətin pul müqabilində onları
cinayət məsuliyyətindən
azad etmək niyyəti isə hansısa nəticə verməyəcək. "4rd.am" saytı dərc etdiyi məqalədə
son bir ildə orduda baş verən neqativ halları şərh edərkən
maraqlı faktlar açıqlayıb. Qeyd edilib ki, cari ildə Hayastan ordusunda özünə qəsd hallarının sayı
15-i ötüb: "Ümumilikdə
isə orduda ölən əsgərlərin
sayı 60-dan çoxdur.
Əgər bir əsgər öz canına qıyırsa, demək, bunun arxasında kifayət qədər müəmmalı,
şübhəli hallar
var. Eyni zamanda əsgər-komandir inamsızlığı,
etimadsızlığı mövcuddur
və nizamnamədən
kənar hallar baş verir. Valideynlər tərəfindən
daxil olan şikayətlərin əksəriyyətini
komandirlərin sıravi
heyət üzərində
zorakılıq hallarının
olması təşkil
edir. Yəni əsgərlər alçaldılırlar
və döyülürlər".
Bütün bunların
fonunda orduda fərarilik hallarının
sayının artması
təbii sayılır.
Hesab edilir ki, qarşıdakı dövr
ərzində erməni
ordusunda daha böyük problemlərin
qeydə alınması
qaçılmazdır.
Elçin
CƏFƏROV,
Azərbaycan.-2023.- 1 noyabr,
№ 239.-S.4.