Doğma yurda dönüş coşqusu

 

44 günlük Vətən müharibəsində qazanılan zəfərdən sonra dövlətimizin mühüm hədəflərindən biri işğaldan azad edilmiş ərazilərimizin bərpası keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etmək idi. Son üç il ərzində reallaşdırılan layihələr onu deməyə əsas verir ki, qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlinir.

Ötən il Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilən Böyük qayıdışla bağlı 2022-2026-cı illəri əhatə edən dövlət proqramının icrası işğaldan azad edilmiş torpaqlarımıza yenidən həyatın qaytarılmasında mühüm rola malikdir. Proqramın əsas hədəfi ilk beşillikdə 34 min 500 ailəni azad edilmiş ərazilərə köçürməkdir. Bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir.

İndiyədək 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndinə, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndinə, 315 ailə (1205 nəfər) Laçın şəhərinə, 258 ailə (928 nəfər) Füzuli şəhərinə, 21 ailə (94 nəfər) Laçın rayonunun Zabux kəndinə köçürülüb. Bugünədək 3188 keçmiş məcburi köçkünün həsrət nisgilinə son qoyulub.

 

Hər bir köçkünü sevindirən Prezident

 

Otuz illik işğal dövründə düşmən tapdağı altında qalan torpaqlarımız, şəhərlərimiz, yaşayış məntəqələri infrastruktur obyektlərimiz tamamilə dağıdılmış, milli-mədəni irsimiz məhv olunmuş, təbii sərvətlərimiz talan edilmiş, 1 milyondan artıq soydaşımız evlərindən didərgin salınmışdır.

Ermənistanın hərbi təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşən vətəndaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması daim Prezident İlham Əliyevin diqqət mərkəzində olmuşdur. Hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində "bir dənə olsun çadır düşərgəsi qalmayacaq", - deyən Prezident İlham Əliyev verdiyi vədə əməl edərək, 2007-ci ildə ölkədəki sonuncu çadır şəhərciyini ləğv etmiş, məcburi köçkünlər üçün bütün infrastruktura malik yeni qəsəbələr saldırmışdı. Artıq üç ildir ki, məcburi köçkünlər sözü tarixə qovuşub.

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlamış 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunmuş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir.

Azərbaycan torpaqlarını azad etməklə inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan bir çox ölkə üçün nümunə olan yeni mərhələsinə qədəm qoyub. Uzun illər yurd həsrəti çəkən vətəndaşlarımız artıq mərhələli olaraq torpaqlarına dönürlər.

Prezident seçildiyi ilk gündən Ulu Öndər Heydər Əliyevin siyasətini davam etdirəcəyinə, hər bir vətəndaşın Prezidenti olacağına, düşmən işğalı altında qalan torpaqlarımızı azad edəcəyinə söz verən İlham Əliyev vədinə əməl etdi.

Köçürülən sakinlər müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına bacarıqlarına uyğun şəkildə işlə təmin edilirlər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai-iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində digər yerlərdə çalışırlar. Köçürülmüş əhali üçün bütün infrastruktur şərait - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri s. imkanlar mövcuddur.

 

"Atam 18 yaşında Laçın şəhərindən çıxmışdı, mən isə 18 yaşımda doğma ata-baba yurduma qayıdıram"

 

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Oktyabrın 30-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə - 70 nəfər köçürülüb.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçımızın göstərişi əsasında bərpa edilən ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Laçın şəhərində 315 ailə, yəni 1205 nəfərin daimi məskunlaşması təmin edilib.

Laçın sakini Özal Həsənzadə deyir ki, valideynləri Laçında doğulub boya-başa çatıblar: "Atam 18 yaşında Laçın şəhərindən çıxmışdı, mən isə indi 18 yaşımda doğma ata-baba yurduma qayıdıram. Şəhid qazi analarının əllərindən öpürəm. Onların sayəsində bu günləri yaşayırıq".

Keçmiş məcburi köçkün Sevda Abbasova doğma yurduna qayıtdığına hələ inana bilmədiyini söyləyir. Oğlunun könüllü olaraq müharibəyə getdiyini "Laçının azad olunmasına görə" medalına layiq görüldüyünü vurğulayan S.Abbasova 31 ildən sonra təhlükəsiz şəkildə doğma yurdlarına qayıtmalarına imkan yaradıldığı üçün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər zabitlərimizə minnətdarlığını bildirir, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyir.

 

Böyük köç davam edir

 

Sürətlə reallaşan Böyük qayıdış plana uyğun mərhələli şəkildə davam edir. İşğaldan azad edilmiş ərazilərimizə qayıdan ailələrin, insanların sayı günü-gündən artır. Demək olar ki, hər ay, hər həftə onlarla ailə yurduna qovuşur.

Xatırladaq ki, ötən şənbə, oktyabrın 28-də Zəngilan rayonunun Ağalı kəndinə növbəti köç karvanı yola salınıb. İndiyədək Bakı, Sumqayıt şəhərlərində Abşeron rayonunda müvəqqəti məskunlaşmış 25 ailə (127 nəfər) bundan sonra doğma yurdda yaşamağa davam edəcək. Onlar ermənilərin işğal dövründə tamamilə dağıdılan 1-ci, 2-ci 3-cü Ağalı kəndlərinin sakinləridir.

Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb. Bununla da indiyədək Ağalı kəndində daimi məskunlaşdırılan ailələrin sayı 175-ə (871 nəfərə) çatıb.

Heç şübhəsiz ki, qısa müddətdə bu qədər işlərin görülməsi, saysız-hesabsız nəhəng layihələrin reallaşdırılması ölkəmizin qüdrətindən, iqtisadi potensialından xəbər verir. Böyük qayıdış proqramı sona qədər beləcə uğurla davam edəcək daha neçə-neçə ailə dədə-baba yurduna qovuşacaq.

 

Ülkər XASPOLADOVA,

Azərbaycan.-2023.- 1 noyabr, № 239.- S.6.