Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Ələt Azad İqtisadi Zonasının yaradılması fəaliyyətinin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli 1032 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən, Bakı şəhəri Qaradağ rayonunun inzibati ərazisində yerləşən Ələt Azad İqtisadi Zonasının ərazisi qismində müəyyən edilmiş torpaq sahəsinin bu Sərəncamın əlavəsindəki yerquruluşu planında göstərilmiş, dövlət mülkiyyətinə aid 23,74 hektar təşkil edən hissəsi birdəfəlik, əvəzsiz daimi istifadə hüququ ilə Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumuna verilsin.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyəti bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

  Bakı şəhəri, 31 oktyabr 2023-cü il

Azərbaycan.-2023.- 1 noyabr, № 239.- S.2.