Ovçuluq haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

"Ovçuluq haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 5, maddə 316; 2005, ¹ 4, maddə 272; 2008, ¹ 6, maddə 460; 2014, ¹ 11, maddə 1355; 2015, ¹ 4, maddə 362; 2020, ¹ 5, maddə 512; 2021, ¹ 12, maddə 1315; 2023, ¹ 4, maddə 453) aşağıdakı dəyişikliklər edilsin:

1.  10.1-ci maddəyə "ov yerlərinin" sözlərindən sonra ", respublika, yerli əhəmiyyətli fərdi ovçuluq təsərrüfatlarının" sözləri əlavə edilsin.

2.  14.3-cü maddədən " üzvlük bileti" sözləri çıxarılsın.

3.  18.2.2-ci maddəyə "hər il" sözlərindən əvvəl "ovçular cəmiyyətinin üzvü olduğu halda" sözləri əlavə edilsin.

4.  19-cu maddə üzrə:

4.1.  19.0.1-ci maddə ləğv edilsin;

4.2.  19.0.2-ci maddədə "qurtardıqda" sözü "bitdikdə" sözü ilə əvəz edilsin;

4.3.  19.0.8-ci maddə aşağıdakı redaksiyada verilsin:

"19.0.8. heyvanlar aləmi ovçuluq fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda nəzərdə tutulan digər hallarda.".

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 oktyabr 2023-cü il

Azərbaycan.-2023.- 1 noyabr, ¹ 237.- S.2.