Azərbaycan
BƏƏ arasında əməkdaşlıq
gündəliyi, habelə
bölgədə mövcud
vəziyyət müzakirə
olunub
Oktyabrın 31-də Azərbaycan Respublikasının
xarici işlər naziri Ceyhun Bayramov
Birləşmiş Ərəb
Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşüb.
Xarici İşlər
Nazirliyindən AZƏRTAC-a bildirilib
ki, görüşdə
iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində
duran məsələlər,
habelə regional və beynəlxalq vəziyyət müzakirə
olunub.
Görüş zamanı
Azərbaycan və
BƏƏ arasında əməkdaşlıq
gündəliyinin genişləndirilməsində
ali və yüksək səviyyəli
siyasi dialoqun əhəmiyyəti vurğulanıb.
Diplomatik münasibətlərin
qurulmasından ötən
müddət ərzində
iki ölkənin İslam həmrəyliyi, dostluq, qardaşlıq prinsipləri əsasında
əməkdaşlıq əlaqələrinin
inkişafı üçün
səy göstərdiyi
məmnunluqla qeyd olunub.
Həmçinin Azərbaycan
və BƏƏ arasında
mövcud çoxşaxəli
nümunəvi əməkdaşlıq
gündəliyinin davam
etdirilməsi, turizm, təhsil, yüksək texnologiyalar kimi sahələrdə əməkdaşlığın
daha da genuşləndirilməsinin
zəruriliyi vurğulanıb.
Görüş zamanı, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2023.- 1 noyabr, № 237.- S.2.