Milli Məclisdə “Qərbi Azərbaycan toponimləri:
tarixin təhrif olunmasından ədalətin
bərpa edilməsinədək”
mövzusunda ictimai dinləmə keçirilib
Oktyabrın 31-də Milli Məclisdə Regional
məsələlər komitəsinin
təşkilatçılığı ilə “Qərbi Azərbaycan toponimləri:
tarixin təhrif olunmasından ədalətin
bərpa edilməsinədək”
mövzusunda ictimai dinləmə keçirilib.
AZƏRTAC xəbər verir ki, dinləmədə
Milli Məclisin deputatları, Prezident Administrasiyasının, AMEA-nın,
Ədliyyə Nazirliyinin
nümayəndələri, Milli Məclis yanında Toponimiya komissiyasının, Qərbi
Azərbaycan İcmasının
üzvləri, hüquqşünas
alim və tədqiqatçılar, həmçinin
bələdiyyələrin, vətəndaş cəmiyyətinin
təmsilçiləri və
ekspertlər iştirak
ediblər.
Dinləməni giriş
sözü ilə açan Milli Məclisin Regional məsələlər
komitəsinin sədri
Siyavuş Novruzov bir neçə gündən sonra xalqımızın 8 Noyabr
– Zəfər Gününü
qeyd edəcəyini bildirib. O, 44 günlük Vətən müharibəsində
əldə edilmiş
Zəfərimizin Qərbi
Azərbaycandan olan soydaşlarımızın öz
tarixi torpaqlarına qayıdışı üçün
yeni imkanlar yaratdığını vurğulayıb,
xalqımızın arzularının
bir-birinin ardınca reallığa çevrildiyini
qeyd edib. Ulu Öndər Heydər Əliyevin Qərbi Azərbaycan mövzusuna necə həssas yanaşmasını
xatırladan komitə
sədri Ümummilli Liderin Ermənistan hökuməti tərəfindən
tarixi Azərbaycan torpaqlarında toponimlərin
dəyişdirilməsi ilə
bağlı fikirləri
bu istiqamətdə yol xəritəsi olduğunu diqqətə çatdırıb.
Sonra AMEA-nın
prezidenti, Milli Məclis yanında Toponimiya komissiyasının
sədri, Milli Məclisin deputatı İsa Həbibbəyli “Qərbi Azərbaycan toponimlərinin Ermənistan
tərəfindən saxta
yollarla təhrif edilməsi və ədalətin bərpası
yolları” mövzusunda
məruzə ilə çıxış edib.
O, Prezident İlham
Əliyevin Qərbi Azərbaycana qayıdış
konsepsiyasını irəli
sürməklə həm
ölkəmizdə, həm
də regionda və qlobal miqyasda Azərbaycan həqiqətlərinin çatdırılması,
soydaşlarımızın tarixi ata-baba torpaqlarına qayıtması
və öz milli-mədəni irsinə
sahiblənməsi istiqamətində
yeni konseptual baxışlar formalaşdırmasından
danışıb.
Akademik XX əsr
boyunca indiki Ermənistan ərazisində
xalqımıza aid adların ardıcıl olaraq total şəkildə
tamamilə dəyişdirilməsinin,
silinməsinin mərhələləri
və formaları barədə məlumat verib, bunu miqyasına
görə dünyada
görünməmiş hadisə
kimi xarakterizə edib.
Sonra Qərbi Azərbaycan İcmasının
İdarə Heyətinin
sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov
“Qərbi Azərbaycana
Qayıdış Konsepsiyası
və müasir mərhələdə zorakılıqla
dəyişdirilmiş toponimlərin
bərpa edilməsi çalışmaları” mövzusunda
məruzə ilə çıxış edib.
İcma sədri
ermənilərin Cənubi
Qafqaza köçürüldükləri
ilk gündən azərbaycanlılara qarşı
apardıqları etnik
təmizləmədən, xüsusən
son 200 ildə Qərbi Azərbaycan ərazisində tarixi-mədəni
abidələrimizin, coğrafi
adlarımızın, toponimlərimizin
dəyişdirilməsi siyasətindən
bəhs edib. O vurğulayıb ki, ermənilər dəyişdirə
bilmədikləri tarixi-mədəni
irsimizi isə yer üzündən siliblər.
Qərbi Azərbaycan
İcmasının sədri
Prezident İlham Əliyevin Qərbi Azərbaycan mövzusuna göstərdiyi diqqətdən
söz açaraq, dövlətimizin başçısının
ideya müəllifi olduğu Qərbi Azərbaycana Qayıdış
Konsepsiyasından danışıb.
Qərbi azərbaycanlıların
qayıdış tələbinin
insan hüquq və azadlıqlarına, beynəlxalq hüquqa tam uyğun olduğunu bildirən Əziz Ələkbərov
Qərbi Azərbaycan toponimlərinin bərpası
istiqamətində icmanın
gördüyü işlər
barədə məlumat
verib.
Dinləmədə Milli
Məclisin komitə sədrləri Əhliman Əmiraslanov, Musa Quliyev, deputatlar Sabir Rüstəmxanlı,
Hikmət Məmmədov,
Məlahət İbrahimqızı,
Fəzail Ağamalı,
Səbinə Xasayeva, Nizami Cəfərov, həmçinin tədbirdə
iştirak edən qonaqlardan Abel Məhərrəmov, Firudin
Cəlilov, İbrahim Bayramov, Ülviyyə Zülfüqar, Zakir Eminov, Tənzilə Rüstəmxanlı, Hümmət
Musayev, Təmraz Tağıyev çıxış
ediblər.
Çıxışçılar
Qərbi Azərbaycanda
mədəni irsimizin planlı şəkildə
məhv olunmasından
və mənimsənilməsindən
söz açıb, bu tarixi torpaqlarımızdakı
toponimlərin və digər coğrafi adların, milli irsimizin bərpası, xalqımızın öz
yurduna qayıdışının
təmin edilməsi barədə qeyd və təkliflərini irəli sürüblər.
Tədbirə yekun vuran Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Azərbaycan xalqının tarixi yaddaşının, Vətən sevgisinin güclü olduğunu xüsusi vurğulayan komitə sədri Prezident İlham Əliyevin sözlərindən sitat gətirib: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar”.
Azərbaycan.-2023.- 1 noyabr, ¹ 237.- S.2.