Taras
Şevçenko adına
Kiyev Milli Universitetində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan dəyirmi masa keçirilib
Oktyabrın 31-də Taras Şevçenko adına Kiyev Milli Universitetində “Heydər Əliyevin 100 illiyi. Onun Azərbaycan-Ukrayna
dostluq əlaqələrinin
möhkəmlənməsində rolu” adlı dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın
Ukraynadakı səfirliyinin
təşkilatçılığı ilə Ulu Öndər
Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə
keçirilən dəyirmi
masada Ali Radanın deputatları, xarici ölkələrin Ukraynadakı səfirləri,
Taras Şevçenko adına Kiyev Milli Universitetinin rəhbərliyi, ictimai-siyasi
xadimlər iştirak ediblər.
Tədbiri giriş
sözü ilə açan Taras Şevçenko adına Kiyev Milli Universitetinin
rektoru Volodimir Buqrov bildirib ki, Azərbaycan ilə Ukrayna arasında müasir münasibətlərin əsası
məhz Heydər Əliyevin prezidentliyi dövründə qoyulub. Heydər Əliyev ukraynalıların xatirələrində
və Azərbaycan-Ukrayna
münasibətlərinin tarixində
həmişəlik mühüm
şəxsiyyət olaraq
qalıb.
“Heydər Əliyev
özündən sonra
Prezident İlham Əliyev kimi layiqli övlad və davamçı qoyub. Bunu Azərbaycanın
bu yaxınlarda ərazi bütövlüyünü
bərpa etməsi də təsdiqləyir. Prezident İlham Əliyevin və Azərbaycan Silahlı Qüvvələrinin gücü
Qələbənin və
ölkənin gələcək
təhlükəsizliyinin açarı
oldu. Beləliklə, hazırda Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir. Bu uğurların əsasını ölkəyə
mahir rəhbərlik, düşünülmüş daxili və xarici siyasət təşkil edir. Prezident İlham Əliyev öz atasının və bütün Azərbaycan xalqının ümidini və etimadını doğrultdu” , - deyə Volodimir Buqrov əlavə edib.
Ukraynanın qədim
və nüfuzlu universitetlərindən birində
keçirilən bu tədbirin Azərbaycanın
Ümummilli Lideri, görkəmli dövlət
xadimi Heydər Əliyevin əziz xatirəsinə səmimi ehtiramın növbəti təzahürü olduğunu
diqqətə çatdıran
səfir Seymur Mərdəliyev çıxışında
bildirib ki, Heydər Əliyev Azərbaycanın güclü
və müasir dövlətə çevrilməsi
üçün geniş
imkanlar açmış
dahi rəhbər idi. O, Azərbaycanda hakimiyyətə 1993-cü ildə
- Ermənistanın hərbi
təcavüzü və
Azərbaycan torpaqlarının
işğalı, xarici
təzyiqlər və
daxili çəkişmələr
nəticəsində Azərbaycanın
öz dövlətçiliyi
üçün böyük
sınaqlarla üzləşdiyi
çətin bir zamanda gəlib. Heydər Əliyev öz müdrikliyi və dəmir iradəsi sayəsində Azərbaycanı ictimai-siyasi
pərakəndəlikdən, eləcə də bütün sahələrdə
müşahidə olunan
dərin iqtisadi tənəzzüldən xilas
edə bilib, xalqın davamlı inkişafına yol açıb, sonralar siyasi və sosial sahədə böyük irəliləyişlərə
nail olub.
“Azərbaycan Prezidenti
İlham Əliyevin rəhbərliyi ilə davamlı tərəqqi və inkişaf yolu ilə inamla
irəliləyən müasir
Azərbaycan Heydər
Əliyevin ömürlük
missiyasının və
irsinin təntənəsidir.
Heydər Əliyev öz adını Azərbaycan tarixinə qızıl hərflərlə
yazdı.
“Heydər Əliyevin
ən böyük arzusu Prezident İlham Əliyevin rəhbərliyi ilə
2020-ci ildə İkinci
Qarabağ müharibəsi
nəticəsində ərazilərini
30 illik işğaldan
qurtaranda, Azərbaycan
öz ərazi bütövlüyünü, bir
ay əvvəl isə beynəlxalq səviyyədə tanınmış
əraziləri üzərində
tam suverenliyini bərpa edəndə gerçəkləşdi. Bu
gün Azərbaycanın
üçrəngli Bayrağı
Qarabağ və Şərqi Zəngəzur
bölgələrinin hər
bir guşəsində
qürurla dalğalanır.
Hazırda Prezident
İlham Əliyev Ulu Öndər Heydər Əliyevin qoyduğu irsə əsaslanan Azərbaycan-Ukrayna
strateji tərəfdaşlığının
dərinləşdirilməsini uğurla davam etdirir”, - deyə diplomat vurğulayıb.
Sonra Ulu Öndər haqqında film nümayiş etdirilib.
Daha sonra çıxış edən
Ukrayna Ali Radasının deputatı,
Ukrayna-Azərbaycan parlamentlərarası
dostluq qrupunun həmsədri Valeriy Kolyux bildirib ki, Heydər Əliyev dost Azərbaycan-Ukrayna münasibətlərinin
banisi, müasir Azərbaycanın memarıdır.
Azərbaycan apardığı
uğurlu xarici siyasət sayəsində bir çox dövlətlərin, xüsusilə
də Ukraynanın strateji tərəfdaşıdır.
“Azərbaycanla Ukrayna
arasında sıx dostluq əlaqələri Kiyevlə Bakının diplomatik münasibətlərinin
rəsmən qurulmasından
xeyli əvvəl yaranıb. İki xalq arasında çoxdan dərin və ənənəvi dostluq mövcuddur. Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyev Ukrayna xalqına həmişə xüsusi
hərarət və diqqətlə yanaşıb.
Hələ SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini olarkən Ukrayna üçün çox işlər görüb.
O, Ukraynada bir sıra iri sənaye
müəssisələrinin, fabriklərin, mədəniyyət
və idman komplekslərinin tikintisinə
kömək göstərib.
Xüsusilə onun
bilavasitə iştirakı
ilə Kiyevdə Milli Filarmoniyanın bərpası üçün
vəsait ayrılıb.
Ulu Öndərin təşəbbüsü ilə
Obolon zavodu və uşaq qidası fabriki tikilib. Kiyev metrosunun ən yüksək səviyyədə
inşasında onun şəxsi dəstəyi
vacib rol oynayıb”, - deyə Valeriy Kolyux əlavə edib.
Milli Məclisin
deputatı, Ukrayna-Azərbaycan
parlamentlərarası dostluq
qrupunun həmsədri
Kamran Bayramov videoformatda çıxışı
zamanı qeyd edib ki, Heydər
Əliyev Azərbaycan
ilə Ukrayna arasındakı dostluq münasibətlərinin banisi,
müasir Azərbaycanın
memarıdır. Onun uğurlu xarici siyasəti nəticəsində
Azərbaycan bir çox ölkələrlə
yanaşı, Ukrayna ilə də strateji tərəfdaşdır.
Ukrayna Ali Radasının deputatı Oleksandr Merejko, 1997-2004-cü illərdə Ukraynanın Azərbaycanda səfiri Boris Aleksenko, Ukrayna Milli Elmlər Akademiyasının Dünya Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Andrey Kudryaçenko və digərləri çıxışlarında Ulu Öndərin yorulmaz fəaliyyəti və müdrik liderliyi barədə geniş danışıblar. Qeyd olunub ki, Heydər Əliyev istər sovet hakimiyyəti illərində Azərbaycana rəhbərlik etdiyi müddətdə, istərsə də SSRİ Nazirlər Kabinetində çalışdığı dövrdə xalqı, Vətəni üçün böyük işlər görüb. Məhz onun həyata keçirdiyi siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan.-2023.- 1 noyabr, ¹ 237.- S.3.