Azərbaycan
İnsan Orqanlarının
Alverinə qarşı
Konvensiyaya qoşulub
Oktyabrın 30-da Avropa
Şurasının Strasburq
şəhərində yerləşən
mənzil qərargahında
Azərbaycan Dövlət
Təhlükəsizliyi Xidmətinin
rəisi general-polkovnik
Əli Nağıyev ilə təşkilatın
Baş katibi Mariya Peyçinoviç Buriç arasında görüş keçirilib
və Azərbaycan tərəfi Avropa Şurasının İnsan
Orqanlarının Alverinə
qarşı Konvensiyasını
imzalayıb.
Bu barədə
Dövlət Təhlükəsizliyi
Xidmətini Mətbuat
Xidmətindən məlumat
verilib.
Baş katib Azərbaycanın bu konvensiyaya qoşulmasını
çox vacib hadisə kimi dəyərləndirib, uzun
illərdir formalaşmış
ikitərəfli münasibətlərə
toxunaraq əməkdaşlığın
bundan sonra da uğurla davam etdirələcəyinə
inamını ifadə
edib.
General-polkovnik Əli
Nağıyev regionda təhlükəsizlik baxımından
yaranmış mövcud
vəziyyət barədə
məlumat verərək
ölkəmizin hər
zaman bölgədə
davamlı sülhün
bərqərar olmasında
maraqlı olduğunu vurğulayıb, Azərbaycanın
Qarabağ ərazisində
yaşayan erməniəsilli
vətəndaşlarının əmin-amanlıq şəraitində
yaşamasına Azərbaycan
hökumətinin hərtərəfli
təminat verməsindən,
onların hüquq və azadlıqlarının
qorunması üçün
dövlətimizin gördüyü
işlərdən, regionda
rifahın, əsaslı
və etibarlı sabitliyin təmin olunması naminə Azərbaycanın göstərdiyi
səylərdən, Ermənistanla
münasibətlərin normallaşdırılmasının
və tezliklə sülh müqaviləsinin
imzalanmasının vacibliyindən
ətraflı söhbət
açıb.
Baş katib Mariya Peyçinoviç Buriç Avropa Şurasının Cənubi
Qafqazda hər zaman sülhün qorunub saxlanılmasına önəm verdiyini və təşkilatın
bu prosesə lazımi dəstək göstərə biləcəyini
qeyd edib.
Söhbət əsnasında
Ermənistanın Azərbaycan
vətəndaşlarına qarşı həyata keçirdiyi etnik təmizləmə və mina terroru barədə
danışan Xidmət
rəisi Əli Nağıyev Avropa Şurasının Baş
katibinin təşkilatın
əhatə etdiyi ölkələrdə yaşayan
şəxslərin Avropa
İnsan Hüquqları
Konvensiyasında təsbit
olunmuş bütün
hüquq və azadlıqlarından tam istifadə etmək hüququna malik olması fikrinə münasibət bildirərək,
qeyd olunan beynəlxalq hüquqi sənədin müddəalarının
Azərbaycanın xeyli
zaman ərzində qaçqın və məcburi köçkün
halında yaşamış,
itkin düşmüş,
əsir-girov götürülmüş,
həmçinin Ermənistan
tərəfindən basdırılmış
minalardan sağlamlıqlarını
itirmiş vətəndaşlarının
hüquqlarının müdafiəsi
məsələsində də
tətbiq olunacağına
ümidvar olduğunu deyib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2023.-
1 noyabr, ¹ 239.- S.4.