YAP - ın bir
sıra rayon təşkilatlarında aparılmış
nəzarət - təftiş
tədbirlərinin yekunları
müzakirə olunub
Oktyabrın 31-də Yeni Azərbaycan Partiyası (YAP) Təftiş
Komissiyasının növbəti
iclası keçirilib.
Partiyadan APA-ya verilən xəbərə
görə, YAP Təftiş
Komissiyasının sədri,
Milli Məclisin deputatı Sevinc Hüseynova iclasın gündəliyi və müzakirəyə çıxarılan
məsələlər barədə
məlumat verib.
İclasda partiyanın
Sumqayıt, Naftalan, Mingəçevir şəhər,
Göygöl, Oğuz,
Qax, Samux, Şəki, Balakən, Kəlbəcər, Qəbələ,
Xızı, Zaqatala, Kürdəmir, Ucar, Cəlilabad, Daşkəsən,
Şuşa, Astara, Qazax və Qobustan
rayon təşkilatları
aparatlarında aparılmış
nəzarət-təftiş tədbirlərinin yekunları
və cari məsələlər müzakirə
olunub.
YAP Təftiş Komissiyasının
üzvləri gündəlikdə
duran məsələlərə
münasibət bildiriblər.
Müzakirələrdən sonra gündəliyə çıxarılan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.
Azərbaycan.-
2023.- 1 noyabr, № 239.- S.4.