Prezidentin göstərişi ilə bölgələrdə vətəndaşların qəbulu keçirilib

 

Prezident İlham Əliyevin tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları digər idarəetmə qurumları rəhbərlərinin şəhər rayonlarda vətəndaşlarla görüşləri təşkil olunur, sakinlərin problem təklifləri dinlənilir.

AZƏRTAC xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin növbəti vətəndaş qəbulu oktyabrın 31-də Sumqayıt şəhərində gerçəkləşib.

Qəbuldan əvvəl nazir Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Ümummilli Liderin Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzində keçirilən qəbulda əsasən Sumqayıt şəhəri, Abşeron, Xızı Qubadlı rayonlarından olan vətəndaşlar iştirak ediblər. Vətəndaşların müraciətləri işlə təmin olunma, Ümummilli Lider Heydər Əliyev haqqında kitabın çap edilməsi, mədəniyyət sahəsi ilə bağlı layihələr, təkliflər digər məsələlərlə bağlı olub.

Mədəniyyət naziri vətəndaşların müraciətlərini, ayrı-ayrı məsələlərə dair xahiş təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı qəbulda iştirak edən nazirliyin məsul nümayəndələrinə tapşırıqlar verib.

Görüşdə şəhid ailələri qazilərin qaldırdıqları məsələlərə xüsusi diqqətlə yanaşılması, vaxtında obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.

 

Azərbaycan.-2023.- 1 noyabr, № 239.- S.4.