15 dəqiqəlik məhkəmədə azərbaycanlı
generala ölüm hökmü verilir
1937-ci ilin ölüm
qoxulu küləkləri
yazıçılar, şairlər,
elm adamları kimi diviziya komandiri,
general Cəmşid Cəfərqulu xan oğlu Naxçıvanskidən
də yan keçmədi. Azərbaycan
xalqının XX əsrdə
yetirdiyi ən böyük sərkərdələrindən
biri olan C.Naxçıvanski də
repressiyanın dərin
burulğanına düşdü.
İstintaq zamanı
verilən ağır
işgəncələrə baxmayaraq, heç bir iftiranı boynuna almayan Cəmşid Naxçıvanski
1938-ci il avqustun 12-də
"Sovet hökumətinin
qatı düşməni"
elan edildi. Ona qarşı saxta ittihamnamələr irəli sürüldü.
Vətəninə, xalqına
sədaqətlə xidmət
edən generalı əsasən, antisovet millətçi təşkilatın
fəal iştarkçısı,
həmçinin Azərbaycanda
Sovet hökumətinin
devrilməsi planının
hazırlanmasında və
Azərbaycanın Sovet
İttifaqından ayrılmasında
fəal iş aparmış biri kimi ittiham etdilər.
Reallığı əks
etdirməyən bu ittihamlardan 14 gün sonra - 26 avqust 1938-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi
Kollegiyası qapalı
məhkəmə iclası
keçirdi. Hərbi Kollegiyanın sədri V.V.Ulrixin və 3 nəfərin şahidliyi ilə cəmi 15 dəqiqə davam edən iclas general Cəmşid Naxçıvanskiyə ölüm
hökmü oxundu. 26 avqust 1938-ci ildə 43 yaşının tamamından
3 gün sonra onu saxlanıldığı
Moskva şəhərinin
25 kilometrliyində, Kaluqa
şosesi üstündə
yerləşən "Kommunarka"
həbs düşərgəsində
güllələyirlər. Ümumiyyətlə, 1930-1950-ci illərdə siyasi repressiyaya məruz qalanlar burada həbsdə saxlanılırdılar.
Güllələnəndən sonra isə kütləvi şəkildə
dəfn olunurdu. Böyük sərkərdə
Cəmşid Naxçıvanskinin
də məzarı bu qəbiristanlıqdadır.
1937-ci il repressiyasının
qurbanı olmuş Cəmşid Naxçıvanski
1895-ci il avqustun 23-də
Naxçıvan şəhərində
dünyaya göz açıb. Səkkiz yaşında Tiflisdəki
yunkerlər korpusuna daxil olub. Sonra
təhsilini Yelizavetqrad
süvari məktəbində
davam etdirib.
1914-1917-ci illərdə rus ordusunun zabiti
kimi Birinci Dünya müharibəsində
iştirak edib. Daha çox Avstriya cəbhəsində
vuruşub. Sonra cəbhə qərargahının
təyinatı ilə
Azərbaycana göndərilib.
Həmin göndərişlə
təcrübəli zabit
doğma vətənində
Qarabağ alayının
komandiri təyin olunub.
Gələcəyin generalı
1920-1921-ci illərdə hərbi
mütəxəssis kimi
Azərbaycan hərbi məktəbində xidmət
edib. Əvvəlcə,
məktəb rəisinin
nizami hissə üzrə müavini, sonra isə məktəbin rəisi təyin olunub. O, Azərbaycanda sovet hakimiyyətinin qurulduğu
ilk illərdə milli kadrların hərbi işə cəlb edilməsi və zabit kimi
hazırlanmasında, formalaşmasında
fövqəladə işlər
görmüşdür.
1921-ci ilin sentyabrında
o, Azərbaycanın birinci
atıcı diviziyasına
komandir təyin olunmuşdur. Onun komandirlik etdiyi illərdə şəxsi
heyətin hərbi-siyasi
və döyüş
hazırlığı sahəsində
əldə etdiyi yüksək göstəricilərə
görə diviziya Zaqafqaziya Hərbi Dairəsinin "Keçici
Qırmızı Bayraq"larına
və müxtəlif fəxri mükafatlarına
layiq görülmüşdür.
C.Naxçıvanski hərb elmində daha uça zirvələri fəth etmək məqsədilə
1931-ci ildə M.V.Frunze
adına Hərbi Akademiyanın xüsusi qrupuna dinləyici qəbul edilir və 1933-cü ildə oranı fərqlənmə
diplomu ilə bitirir. Yüksək göstəricilərinə görə,
komandanlıq onu Hərbi Akademiyada müəllim vəzifəsinə
təyin edir. O, bir müddət müəllim işlədikdən
sonra akademiyanın ümumi taktika kafedrasına rəhbər,
daha sonra isə əsas fakültənin kurs rəisi təyin olunur.
Bu illər ərzində göstərdiyi
fəaliyyət dövlət
tərəfindən layiqincə
qiymətləndirilir. Vətəninin
müdafiəsində və
əks-inqilaba qarşı
mübarizələrdəki xidmətlərinə görə,
C.Naxçıvanski Azərbaycan
Respublikasının "Qırmızı
Bayraq", "Qırmızı
Əmək Bayrağı",
"Qırmızı Ulduz"
ordenlərinə və
başqa mükafatlara
layiq görülür.
Bütün bu mükafatlardan sonra isə C.Naxçıvanski
Azərbaycan SSR Mərkəzi
İcraiyyə Komitəsinin
üzvü seçilir.
Yaşadığı şərəf
dolu ömür yolları onu yeni-yeni uğurlara səsləyirdi. Əgər
o, 1937-nin repressiya burulğanına
düşməsəydi... Təəssüflər
ki, belə yüksək bilikli, bacarıqlı bir hərbi mütəxəssisi,
azərbaycanlı generalı
1938-ci ildə saxta ittihamlarla həbs edib güllələyirlər.
Ümummilli Lider
Heydər Əliyev keçmiş sovet hökumətinin ən sərt bir dövründə
Azərbaycanda Cəmşid
Naxçıvanski adına
Hərbi Liseyi yaratdı. Sovet rejiminin hökmran olduğu bir vaxtda milli zabit
kadrlarının hazırlanmasına
yönəldilmiş belə
bir təşəbbüs
böyük cəsarət və
qətiyyət
tələb edirdi.
Ölümündən 18 il sonra, 1956-cı ildə SSRİ Ali Məhkəməsində C.Naxçıvanskiyə
rəsmi bəraət
verildi. Yunkerlikdən general rütbəsinədək
yüksələn Cəmşid
Naxçıvanski hərb
tariximizə şanlı
səhifələr yazıb.
Bu səhifələr
heç vaxt unudulmayacaq, bütün zamanlarda ehtiramla xatırlanacaq.
Vahid MƏHƏRRƏMOV
Azərbaycan.-2023.-
1 noyabr, № 239.- S. 11.