Azərbaycan dilinin Qarabağ Şərqi Zəngəzur dialektoloji atlasıİrlandiya Prezidentinə təqdim olunub

 

 

Azərbaycan dilinin Qarabağ Şərqi Zəngəzur dialektoloji atlasıİrlandiya Prezidenti Maykl Higginsə təqdim edilib.

AZƏRTAC xəbər verir ki, Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent, UNESCO-nun Fransada fəaliyyət göstərən Gənclər platformasının Azərbaycan təmsilçisi Vəfa Abdullayeva-Nəbiyeva atlası mərkəzi qərargahı İtaliyanın paytaxtı Romada yerləşən BMT-nin Ərzaq Kənd Təsərrüfatı Təşkilatının (FAO) elm, təhsil, innovasiya, iqlim dəyişikliyi, qida təhlükəsizliyi kimi məsələlərə həsr olunmuş hibrid forumu çərçivəsində İrlandiya Prezidentinə təqdim edib. Prezident Maykl Higgins atlasın nəfis tərtibatını yüksək qiymətləndirib, bu işdə çox böyük zəhmətin olduğunu vurğulayıb.

Dilçilik İnstitutunun əməkdaşı, həmçinin Azərbaycanın İtaliyadakı səfirliyində olub, Əbdürrəhim Ərdəbili Şirvaninin müəllifi olduğuMəzhər üt-türkikitabını səfirliyə təqdim edib. Nəsimi adına Dilçilik İnstitutuna isə həmmüəllifləri italiyalı professor Daniel Pommier Vinçelli azərbaycanlı professor Elçin Əhmədov olan italyan dilində çapdan çıxmışAzərbaycanın mədəniyyət paytaxtı Şuşakitabı təqdim edilib.

 

Azərbaycan.-2023.- 1 noyabr, ¹ 239.- S. 12.