MDU-nun
rektoru Qırğız
İqtisad Universitetinin
fəxri professoru adına layiq görülüb
Mingəçevir Dövlət
Universitetinin (MDU) rektoru
Şahin Bayramov M.Rıskulbekov adına Qırğız İqtisad
Universitetinin (KEU) fəxri
professoru adına layiq görülüb.
KEU Elmi Şurasının
bununla bağlı müvafiq qərarı MDU
rektorunun universitetlərarası
əməkdaşlığın inkişafına verdiyi töhfələrə, eləcə
də onun elm və təhsil
sahəsində əldə
etdiyi nailiyyətlərə
əsasən qəbul
edilib.
Bu barədə
AZƏRTAC-a Mingəçevir Dövlət Universitetinin Mətbuat xidmətindən
məlumat verilib.
Bildirilib ki,
2022-ci ilin sentyabrında
Bişkekdə Dünya
Rektorlar Forumunda Ş.Bayramovun iştirakı
ilə MDU və KEU arasında anlaşma memorandumu imzalanıb. MDU rektoru KEU-nun geniş tərkibdə rəhbər heyəti ilə görüşlər
keçirib və qarşılıqlı faydalı
əməkdaşlığın inkişafı ilə bağlı müzakirələrdə
fəal iştirak edib. Bununla yanaşı,
Ş.Bayramov KEU kollektivi
qarşısında "Yeni
dövrün universitetinin
qurulması" mövzusunda
keçirilən seminarda
rəhbərlik etdiyi ali təhsil müəssisəsinin təcrübəsini
bölüşüb. Bundan
əlavə, 2022-ci ilin
dekabrında MDU-da keçirilən "Yeni dövrdə təhsil və tədqiqat fəaliyyəti: reallıqlar
və çağırışlar"
mövzusunda, eləcə
də 2023-cü ilin dekabrında keçiriləcək
"Davamlı inkişaf
strategiyası: qlobal trendlər, milli təcrübələr və
yeni hədəflər"
mövzusunda beynəlxalq
elmi konfranslara KEU-nun tərəfdaşlıq
etməsində MDU rektorunun
rolu müsbət dəyərləndirilib. Eyni
zamanda MDU rektoru və onun rəhbərlik
etdiyi professor-müəllim
heyəti üzvlərinin
2023-cü ilin oktyabrında
KEU-da keçirilən
"İqtisadi reallıqların
yeni çağırışları"
mövzusunda beynəlxalq
elmi konfransın plenar və bölmə iclaslarında
çıxış edərək
bu elmi tədbirin
işinə əhəmiyyətli
töhfə verdikləri
diqqətə çatdırılıb.
Qeyd edək ki, MDU rektoru Ş.Bayramova fəxri professor diplomu oktyabrın 25-də Qırğız İqtisad Universitetinin 70 illiyinə həsr olunan təntənəli yubiley mərasimində iştirakı zamanı təqdim edilib.
Azərbaycan.-2023.- 1 noyabr, № 239.- S. 12.