"Ədibin Evi" yazarları qələmlərini sınamağa
dəvət edir
“Ədibin Evi” noyabrın 1-dən etibarən
Mir Cəlal adına IV Hekayə Müsabiqəsini elan edir.
2024-cü il martın
1-dək davam edəcək
müsabiqə həm
peşəkar, həm
də həvəskar yazarlara açıqdır.
2017-ci ildə təsis
edilən Mir Cəlal adına Hekayə Müsabiqəsinə
bu günə qədər 1100-dən çox
hekayə təqdim olunub. Ədəbiyyatda qısa hekayəçilik
janrına son zamanlar artan marağı nəzərə
alaraq, iki ildən bir keçirilən müsabiqə
bu ildən başlayaraq illik keçiriləcək.
Mir Cəlal adına IV Hekayə Müsabiqəsinin şərtləri
dəyişməz qalır.
Müsabiqəyə təqdim
edilən hekayələr
Azərbaycan dilində
yazılmalı, həcmi
1500 sözdən çox
olmamalı, yeni olmalı-əvvəllər çap
və ya elektron şəkildə yayılmamalı, müəlliflərin
adı, soyadı, əlaqə məlumatı
ilə birgə
2024-cü il martın
1-dək elektron şəkildə
edibinevi@gmail.com ünvanına göndərilməlidir.
Hekayə mövzusu
sərbəstdir. Müsabiqəyə
2024-cü il aprelin sonunda yekun vurulacaq.
Mükafat fondu I yer üçün 3000 manat, II yer üçün
(2 nəfər) 2000 manat,
III yer üçün
1000 manat nəzərdə
tutulub.
Qeyd edək ki, görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın 1929-1941-ci illərdə İçərişəhərdə yaşadığı məkanda yaradılmış “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu Azərbaycan ədəbi irsinin tədqiq və təbliği ilə məşğul olur.
Azərbaycan.-2023.- 1 noyabr, № 239.- S. 12.