Neokolonialist Fransa hansı
haqla başqasını
ittiham edir
Paris rəsmiləri ölkədəki iqtisadi böhran səbəbindən
yaranan narazılıqlardan,
müstəmləkəçilik siyasətində son zamanlar üzləşdikləri
uğursuzluqlardan həm
vətəndaşlarının, həm də dünya ictimaiyyətinin diqqətini yayındırmaq
məqsədilə özlərinə
hər mənada uzaq olan Cənubi
Qafqazda oyunlar qurmaq fikrindədirlər. Bu müstəmləkəçi
dövlətin Ermənistana
"qayğıkeşliyi" də sevgisindən irəli gəlmir. Görünür, Cənubi
Qafqazda məskunlaşmağa
çalışan Fransa
Ermənistandan yalnız
vasitə kimi istifadə etmək niyyətindədir.
Məsələni o həddə çatdırıb
ki, özü məğlubiyyətini boynuna
almış, Qarabağın
Azərbaycan ərazisi
olduğunu etiraf etmiş Ermənistan rəsmilərinin yerinə
də düşünməyə,
fikirlər səsləndirməyə
səy göstərir.
Fransa unudur ki, özü barədə başqa bir xalqın canıyananı kimi təsəvvür yarada bilməsi mümkünsüzdür.
Əksinə, bununla işğalçı və
saxtakar olduğunu bir daha təsdiq
edir.
Azərbaycanın ərazilərinin
20 faizini işğal altında saxlamış, minlərlə vətəndaşını
evindən, yurdundan didərgin salmış, girov götürmüş,
xəsarət yetirərək
sağlamlığını əlindən almış,
şəhid etmiş Ermənistanın müdafiə
ediləcək heç
bir tərəfi yoxdur. Əgər Fransa dövləti doğrudan da demokratikdirsə, ədalət
tərəfdarıdırsa, o zaman işğalçılıq,
terrorçuluq etmiş
Ermənistanın əməllərinə
görə beynəlxalq
səviyyədə məsuliyyətə
cəlb olunmasına, layiq olduğu şəkildə cəzalandırılmasına
çalışmalıdır. Haqq da, ədalət
də o vaxt təsəlli edər.
Paris rəsmiləri isə
buna nəinki cəhd etmirlər, hətta edilməməsi üçün əllərindən
gələni əsirgəmirlər.
Səbəbi də hər kəsə bəllidir...
Həqiqət göz
önündədir. Özü
əsrlərdir işğalçılıq
edən, müstəmləkə
əsarətində saxladığı
xalqları işgəncələrə
məruz qoyan Fransa hansı haqla özü kimi işğalçını
ittiham etsin? Bu, əlbəttə, məsələnin bir tərəfidir. Başqa səbəblər də var ki, onların
ən əsaslarından
biri rəsmi Parisin Cənubi Qafqazda münaqişə alovunun sönməsindən,
sülhün bərqərar
ola biləcəyindən
narahatlığıdır.
Azərbaycan dövlətinin
isə məqsədi sülhə nail olmaqdır. Həm də yalnız ölkəsində, yerləşdiyi
regionda deyil, bütün dünyada sülhün, əmin-amanlığın
bərqərar olmasının
tərəfdarıdır və
buna səy göstərir.
Oktyabrın 20-də Bakıda keçirilən
"Neokolonializm: İnsan
Hüquqlarının Pozulması
və Ədalətsizlik"
mövzusunda beynəlxalq
konfransın iştirakçılarına
müraciətində Prezident
İlham Əliyev bəyan etdi ki, Azərbaycan XXI əsrdə neokolonializmin artmasından olduqca narahatdır. Dövlətimizin
başçısı qeyd
etdi ki, Bandunq Konfransından 70 ilə yaxın dövrün keçməsinə
rəğmən neokolonializmi
hələ də davam etdirən ölkələr var, belə ölkələrdən
biri və birincisi Fransadır. Müraciətdə Afrika,
Cənub-Şərqi Asiya,
Sakit okean, Latın Amerikasında onlarla ölkəni işğal və sərvətlərini talan
edən, xalqlarını
uzun illər əsarətdə saxlayan Fransanın həmin ərazilərdə hərbi
və bəşəriyyət
əleyhinə çoxsaylı
cinayətlər törətdiyini,
fransız silahlı qüvvələrinin etnik
və dini mənsubiyyətinə görə
yüz minlərlə
dinc sakini soyqırıma məruz qoyduğu vurğulanıb:
"XX əsrdə 30 il
ərzində fransız
Polineziyasında Fransa
tərəfindən 200-ə yaxın, 6 il ərzində isə Əlcəzairdə 17 nüvə
sınağı həyata
keçirilmişdir. Həmin
nüvə sınaqlarının
ağır fəsadları
Polineziya və Əlcəzair xalqı tərəfindən bu gün də yaşanmaqdadır. Bir çox təşkilatın
etdiyi çağırışlara
uyğun olaraq nüvə sınaqlarının
vurduğu ziyan qiymətləndirilməlidir və
Fransa tərəfindən
müvafiq təzminatlar
ödənilməlidir".
Fransa öz sərhədlərini müstəmləkəçilik
məqsədilə aşmağı,
işğal etdiyi ölkələrin təbii
sərvətlərini talayıb
varlanmağı özünün
məkrli ənənəsinə
çevirib. Görmək
istəmir ki, artıq əvvəlki vaxtlar deyil. Fransanın dünya ictimaiyyətindən, beynəlxalq
qanunlardan belə çəkinmədən işğal
etdiyi, illər, əsrlər boyu qarət etdiyi ölkələrin sakinləri
bu gün artıq haqq səslərini ucaldırlar.
Müstəmləkəsi altında
saxlamaq üçün
onlara dəhşətli
işgəncələr vermiş,
kütləvi qırğınlar,
soyqırımları həyata
keçirmiş Fransadan
haqlarını tələb
edirlər. Rəsmi Parisin isə həmin xalqlara deməyə sözü, özünə haqq qazandırmağa üzü
yoxdur.
Fransanın müstəmləkə
siyasətindən ən
çox əziyyət
çəkən ölkələrdən
olan Əlcəzairin ali təhsil və elmi-tədqiqatlar nazirinin müşaviri Youcef Hourinin "Neokolonializm: İnsan Hüquqlarının Pozulması
və Ədalətsizlik"
mövzusunda keçirilən
konfransda söylədiyi
bu fikirlər olduqca ibrətamiz oldu: "Fransa hər kəsə insan hüquqları, beynəlxalq hüquq sahəsində dərs vermək istəyir. Lakin Fransa bizim planetimizdə
dərs verə biləcək ən son ölkədir. İnsan
haqları sahəsində onun dərs verməyə haqqı
yoxdur".
Təəssüf
ki, Paris rəsmiləri bu həqiqəti "yaddan
çıxarırlar". Oktyabrın 27-də Fransa prezidenti
Emmanuel Makron Avropa İttifaqı Şurasının
Brüsseldə keçirilmiş iclası çərçivəsində
Azərbaycana qarşı səsləndirdiyi əsassız və
qərəzli iddialarla bunu bir daha təsdiq etdi.
Azərbaycan
Xarici İşlər Nazirliyinin bu barədə
açıqlamasında bildirildiyi kimi, onilliklər ərzində
vasitəçi olarkən ölkəmizin 20 faiz ərazisinin
Ermənistan tərəfindən işğalına göz
yuman və ərazilərimizdə separatizmi təşviq edən
Fransanın Azərbaycan tərəfini Ermənistanın ərazi
bütövlüyü və suverenliyinə təhdid yaratmaqda
ittiham etməsi gülünc və qəbuledilməzdir. Fransa
heç vaxt uğurlu vasitəçilik səyləri
aparmayıb və onun keçmiş Ermənistan-Azərbaycan
münaqişəsinin həlli üzrə vasitəçiliyi
Minsk qrupu ilə birlikdə başa çatıb.
Bildirildi ki, məhz
Fransanın iştirak etdiyi vasitəçilik səylərinin
nəticə verməməsi və Ermənistanın
işğalçı siyasətinin qarşısının
alınmaması Azərbaycanı öz torpaqlarını hərbi
yolla azad etməyə sövq edib: "Bu xüsusda,
Fransanın mövqeyi onun keçmiş müstəmləkə
bölgələrindəki mövcud vəziyyətdən dərs
almaqdan imtina etdiyini nümayiş etdirir. Bunun əksinə,
Fransa inadkarcasına Afrika və digər regionlardakı
uğursuzluqlarını bölgəmizə əvvəlcədən
uğursuzluğa məhkum olmuş müdaxiləsi ilə
kompensasiya etməyə çalışır. Əgər
Fransa keçmiş müstəmləkələrindəki
kövrək mövcudluğundan irəli gələn məsələləri
daha az ağrısız həll etmək istəsə, Azərbaycan
bu istiqamətdə vasitəçilik xidmətlərini təqdim
edə bilər".
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2023.-
2 noyabr, № 240.- S.6.