5 prinsipin
yerinə yetirilməsi
dəyişməz şərtdir
"Lokal antiterror
tədbirləri nəticəsində
Xankəndidə Azərbaycan
bayrağının dalğalandırılması
ilə suverenliyimiz tam bərpa olundu. Bundan sonra əsas gündəm sülh müqaviləsinin imzalanmasıdır.
İndiyədək sülh
danışıqları müxtəlif
platformalarda, Rusiya və Avropanın vasitəçiliyi ilə
keçirilib. Bu gün artıq elə bir vəziyyət
yaranıb ki, Azərbaycanla Ermənistan
arasında sülh müqaviləsinin imzalanması
üçün heç
bir əngəl yoxdur. Müqaviləyə
imza atmaq üçün Azərbaycan
tərəfinin təklif
etdiyi beş baza prinsipinə əməl etmək kifayətdir".
Bu fikirləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin deputatı
Arzu Nağıyev deyib. Deputat qeyd edib ki,
sentyabrın 19-20-də reallaşdırılan
antiterror tədbirləri
sülh sazişinin imzalanması üçün
yeni imkanlar yaradıb. Bu imkanlardan yaxşı mənada faydalanıb regionda sülh və əmin-amanlığın
bərpasına qısa
zamanda nail olmaq lazımdır.
Arzu Nağıyev
bildirib ki, yeni reallıqlar fonunda Ermənistan tərəfi bir daha başa düşməlidir ki, sülhün bərqərar
olmasının onların
özlərinə daha
çox xeyri dəyər. Təklif etdiyimiz 5 prinsipin yerinə yetirilməsi şərtdir. Bu qəbul olunandan sonra vəziyyət normallaşacaq, Zəngəzur
dəhlizi açılacaq,
digər məsələlər
də həllini tapacaq. Ona görə də vaxtı uzatmadan ən düzgün və optimal yolu seçib
sülhə gəlməyin
tam zamanıdır.
"Sadəcə olaraq
Ermənistanda baş verən daxili çəkişmələr, həyata
keçirilən uğursuz
daxili və xarici siyasət, revanşist ideyalar sülhə əngəl törədərək onların
tərəqqi yolunu bağlayır. Bundan başqa, Qarabağdan gəlmiş ermənilərlə
yerli ermənilər arasında yaranan narazılıqlar, onlara
"qaçqın" statusunun
verilməsi ilə bağlı absurd işlərlə məşğul
olmaq ermənilərin
bu fürsəti əldən qaçırmalarına
səbəb ola bilər. Nəzərə
almaq lazımdır ki, hazırkı mövcud vəziyyət Ermənistan üçün
əsl fürsətdir.
Çünki antiterror
tədbirləri nəticəsində
Azərbaycan istəyinə
nail olub, üstəlik, Zəngəzur
dəhlizinə alternativ
yol çəkilir. Yəni bundan sonrakı mərhələdə
Ermənistanın sülhdən
yayınması Azərbaycanı
maraqlandırmaya bilər.
Azərbaycan özü
təkbaşına haqq-ədaləti
bərpa etmək gücündədir", - deyə
deputat vurğulayıb.
Arzu Nağıyev
onu da deyib
ki, Ermənistan Fransa və digər havadarlarının
əlində alətə
çevrilib. Onlara hamilik edən təşkilat və ölkələr lazım
gələndə regionda
öz maraqlarını
təmin etmək üçün Ermənistandan
sui-istifadə edirlər.
"Ermənistan
rəhbərliyi düşünməlidir
ki, bu gün
sülh sazişinin imzalanmaması, kommunikasiyaların
açılmaması onu
nə qədər geri atır. Boş vədlər verilməsinə baxmayaraq,
kimsə onların iqtisadiyyatını dirçəldən
deyil. Nəzərə
almaq lazımdır ki, hər ölkənin
öz maraqları var. Eyni zamanda
erməniləri silanlandırmaq
da onları boyunduruğa salmaq, gələcəkdə asılı
vəziyyətə qoymaq
niyyətindən irəli
gəlir. Ermənistan
bu gedişlə müstəmləkə siyasətinin
qurbanına çevrilə
bilər. Ona görə də onun yeganə yolu Azərbaycanla sülh müqaviləsi imzalamaqdır", - deyə
deputat qeyd edib.
Arzu Nağıyev
söyləyib ki, sərhədlərimizdən çox
da uzaqda olmayan ərazilərdə
müharibələrin baş
verməsi də sülh müqaviləsinin
imzalanması üçün
əsl məqamın yetişdiyini sübut edir: "Əks halda, ermənilər əbədi olaraq problemlər və çətinliklərlə yaşamağa
məhkum olacaqlar. Azərbaycan bu gün diktə edən, qalib tərəfdir və sülhün bərqərar
olması üçün
bütün humanist addımları atır. Ermənistan hakimiyyəti də buna adekvat
addımlar atmalıdır".
N.QAFARZADƏ,
Azərbaycan.-2023.-
2 noyabr, № 240.- S.6.