Ermənistanın qaçqın səhnəciyi

 

"Azərbaycan Vətən müharibəsində şanlı qələbəsini qazandıqdan sonra təkcə ölkəmizdə deyil, bölgədə yeni geosiyasi reallıqlar formalaşdırdı. Hazırda postmüharibə dövründə rəsmi Bakı sülh gündəliyini elan edib bu istiqamətdə bütün vacib addımları atmaqdadır. Ermənistan isə hələ sülhə gedən yolda bu ya digər formada əngəllər yaradaraq hər hansı əməli addımlar atmamaqdadır".

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib. Deputat bildirib ki, Ermənistan hazırkı situasiyada digər qüvvələrin təsiri altında qeyri-rasional siyasət həyata keçirir. Azərbaycanın Qarabağ bölgəsini - Xankəndini ətraf rayonları öz istəkləri ilə tərk edib Ermənistana gedən ermənilər başlı-başına buraxılıblar. Onlar Ermənistan hökumətindən müvafiq məbləğ alaraq müxtəlif ərazilərə səpələniblər. Rəsmi İrəvanın məqsədi humanitar böhran obrazı yaratmaq bununla da beynəlxalq təşkilatlardan, dövlətlərdən maliyyə yardımı almaqdır. Ümumiyyətlə, Ermənistan Qarabağdan ermənilərin guya qovulması mənzərəsini dünyaya göstərməyə çalışır. Lakin fakt faktlığında qalır. Azərbaycan tərəfi erməni vətəndaşlarının ərazidə qalmaları, yaşamaları üçün reinteqrasiya proqramını elan edib təbii ki, Qarabağdan gedən insanlar qaçqın digər statuslar ala bilməzlər.

V.İsgəndərovun sözlərinə görə, Qaçqınların statusu haqqında Konvensiyaya əsasən, o şəxslər qaçqın hesab edilir ki,  onlar 1926-cı il 12 may, 1928-ci il 30 iyun sazişlərinə, 1933-cü il 28 oktyabr, 1938-ci il 10 fevral konvensiyalarına onun protokollarına ya Beynəlxalq Qaçqınlar Təşkilatının Nizamnaməsinə görə qaçqın sayılsınlar: "Qaçqınlar fərdi, yaxud qrup şəklində evlərini tərk etmək məcburiyyətində qalan insanlardır. Onlar irqi mənsubiyyətlərinə, dini etiqadına, müəyyən sosial qrupa mənsub olmasına ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olduqları üçün vətəndaşı olduğu ölkədən kənarda qalan, təqiblərin qorxusundan bu ölkənin himayəsindən istifadə edə bilməyən ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmadığı halda öz daimi yaşadığı yerdən kənarda qalan, qorxduğu üçün ora qayıda bilməyən ya qayıtmaq istəməyən şəxslərdir. Qeyd etmək lazımdır ki, qaçqın məcburi köçkün probleminin siyasi kökləri beynəlxalq münasibətlər sistemində gərginləşən situasiyalarda siyasi-hərbi konfliktlərlə birbaşa bağlıdır".

Deputat vurğulayıb ki, beynəlxalq qurumlar öz missiyasını lazımi şəkildə yerinə yetirmədikdə problemin həlli qeyri-mümkün olur. Azərbaycan 30 il bunun şahidi olub. Hazırkı situasiyada Azərbaycan ərazisini tərk edən ermənilər beynəlxalq hüquqla qaçqın sayıla bilməzlər, çünki onlar Azərbaycan tərəfindən heç bir təqibə, təhqirə, qovulmaya məruz qalmayıb, irqi, dini digər hüquqlarının əlindən alınması faktları mövcud deyil. Digər tərəfdən, əgər Ermənistan tərəfi onlara qaçqın statusu verirsə, bu, Azərbaycanın ərazi bütövlüyünün tam tanınması deməkdir. Çünki o statusda onlar digər bir ərazidən, yəni Azərbaycanın Qarabağ iqtisadi zonasından gəlmiş sayılır, bu da o deməkdir ki, Ermənistan de-fakto de-yure olaraq Qarabağı Azərbaycanın suveren ərazisi sayır.

V.İsgəndərov vurğulayıb ki, ümumiyyətlə, beynəlxalq konvensiyalara görə, Qarabağdan gedən ermənilər bu statusdan yararlanmalı deyillər. "Təbii ki, Ermənistan qaçqın statusunu onlara verməklə beynəlxalq humanitar, donor, lobbiçiliklə məşğul olan təşkilatlardan pul qoparmaq məqsədi güdür. Lakin hazırkı vəziyyətdə heç bir ciddi beynəlxalq təşkilat bu insanları qaçqın saymır onlar qaçqın sayıla da bilməzlər", - deyə o əlavə edib.

 

Ə.QARDAŞXANOVA,

Azərbaycan.-2023.- 2 noyabr, № 240.- S.6.