"Fransanın dünyada
iki bacısı var, bunlardan biri Ermənistan, digəri isə Kanadadır. Fransa Ermənistanla hansı isti siyasəti həyata keçirirsə,
Kanada da oxşar siyasəti yürütməkdədir".
Bu sözləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin deputatı
Elman Nəsirov deyib. O bildirib ki, Fransanın siyasi hakimiyyəti nə qədər ermənidən çox erməni olmaq istəyirsə, Kanada da onu yamsılamağa
çalışır və
analoji addım atır. Fransanın xarici işlər naziri Ermənistana gəlib Azərbaycan əleyhinə hansı ittihamlar səsləndirirsə,
nə qədər yalan yayırsa, eyni yanaşmanı Kanadanın
XİN rəhbəri də
reallaşdırır. Bu,
həmin Kanadadır ki, dünyanın pandemiya ilə üz-üzə qaldığı,
milyonlarla insanın həyatına bu xəstəlik ucbatından
son qoyulduğu vaxtda "vaksin millətçiliyi" məsələsini
gündəmə gətirdi.
Bir çox inkişaf etmiş dövlətlər vaksinləri əhalisinin
sayından dəfələrlə
çox alaraq ehtiyat toplayırdılar. Belə ölkələrin
sırasında öndə
gedən dövlət
Kanada idi. Kasıb ölkələrin
insanları peyvənd
çatışmazlığından dünyasını dəyişirdi,
ancaq Kanada əhalisindən 3-4 dəfə
çox vaksin ehtiyatı toplamışdı.
O dövrdə Prezident
İlham Əliyevin beynəlxalq kürsülərdən
"vaksin millətçiliyi"ni
tənqid etdiyini, peyvəndlərin ölkələr
üzrə bərabər,
ədalətli bölgüsünü
vacib saydığını
xatırladan deputat qeyd edib ki,
dövlət başçısı
bununla bağlı
BMT-nin müvafiq qətnaməsinin qəbuluna
da nail oldu:
"Bütün bunlar
yəqin ki, Kanadanın yaddaşındadır.
Bu ölkə ilk fürsətdə Azərbaycana qarşı təzyiq siyasətini həyata keçirməyə
çalışır. Ancaq
bunların heç bir mənası, faydası yoxdur. Azərbaycan qalib ölkədir və Kanada, Fransa kimi dövlətlərin regionda sülhün və təhlükəsizliyin
əleyhinə fəaliyyət
göstərdiklərini gözəl
bilir. Bu gün Fransa Ermənistanı silahlandırır.
Ermənistanı silahlandıran
ölkə regionda sülh istəyərmi? Təbii ki, yox. Sabah Kanadanın
da analoji addım atdığını
görsək qətiyyən
təəccüblənmərik".
E.Nəsirov hesab
edir ki, 2024-cü ilin dövlət büdcəsində hərbi
xərclərin daha da artırılması tam məntiqidir. Nə qədər ki, Ermənistanın Fransa, Kanada və onlar kimi
bir çox xarici havadarları var, Azərbaycan həmişə güclü
olmalıdır. "Hər
zaman səfərbər
olunmuş cəmiyyəti,
vətəndaş birliyini
qoruyub saxlamalıyıq.
Dövlətimiz, Prezidentimiz
ətrafında monolit
birlik nümayiş etdirməliyik. Bu reallıqlar fonunda bizə qarşı istənilən təzyiqin
öz hədəfinə
çatma ehtimalı sıfıra bərabərdir",
- deyə deputat əlavə edib.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan-2023.- 2 noyabr, № 240.- S.6.