Kanada
sülhə əngəl
törətməyə çalışır
Azərbaycanın 23 saatlıq antiterror tədbirlərindən sonra
ərazi bütövlüyünü
və suverenliyini tam bərpa etməsi Ermənistanın
havadarlarını narahat
edib.
Bədnam qonşumuza
hamilik edən bir sıra dövlətlərin
rəsmi nümayəndələrinin
İrəvana səfər
edərək ölkəmiz
əleyhinə əsassız
ittihamlar səsləndirmələri
bunu təsdiqləyir.
Bir neçə gün əvvəl Ermənistanda səfərdə
olan Kanadanın xarici işlər naziri Melani Colinin
obyektivlikdən tamamilə
uzaq, qərəz dolu açıqlamaları
bunun bariz nümunəsidir.
Mövzu ilə
bağlı qəzetimizə
danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, bir
sıra Avropa ölkələri ilə yanaşı, regionla heç bir coğrafi yaxınlığı
olmayan Kanada dövləti də Qafqazda cərəyan edən proseslərə müdaxilə edir və Azərbaycanın daxili işlərinə qarışmağa cəhd
göstərir: "Kanadanın
xarici işlər naziri Melani Colinin
İrəvan səfəri
zamanı səsləndirdiyi
fikirlər də bu dövlətin Cənubi Qafqazda sülhün bərpasına
mane olduğunu sübuta yetirir. Ümumiyyətlə, regionla
coğrafi yaxınlığı
olmayan bir ölkənin hökumət
nümayəndəsinin bir
neçə dəfə
Qafqaza gəlməsi, burada absurd açıqlamalar
verməsi, sülhü
və birgəyaşayışı
təhdid etməsi həqiqətən də anlaşılan deyil".
Deputatın sözlərinə
görə, Kanadanın
Aİ-nin Ermənistandakı
missiyasına qoşulması
da sual doğurur.
Gedişat onu göstərir ki, Kanadanın bu prosesdə iştirakı
ABŞ-nin oyunundan başqa bir şey deyil. "Ölkəmizə qarşı
bu cür qərəzli, ədalətsiz
bəyanatlar vermək
mənasız bir işdir. Azərbaycan hansısa ölkələrin
sanksiya hədələrindən
çəkinmir.
Nəzərə almaq
lazımdır ki, bizim bütün addımlarımız beynəlxalq
hüququn norma və prinsiplərinə əsaslanır. Zənnimizcə,
bu həqiqətləri
bütün dünya,
eləcə də Kanada gözəl bilir. Yox, əgər
doğrudan da bilmirsə, onda öyrənsin. Və bilsin ki, Qarabağ
Azərbaycandır, bu
torpaqlar bizimdir və ona nəzarəti
də dövlətimiz
həyata keçirir.
Azərbaycan öz ərazi bütövlüyünü
və suverenliyini bərpa edib. Ona görə də xüsusilə bununla bağlı mövqe
bildirərkən hər
bir dövlət diqqətli olmalıdır",
- deyə müsahibim bildirib.
Ceyhun Məmmədov
əlavə edib ki, Ermənistanın havadarlarının cəfəng
fikirləri bizi heç zaman narahat etməyib: "Onların bəyanatları
boş kağız parçasından başqa
heç nə deyil. Həm də 30 il ərzində
erməni daşnaqlarının
vəhşiliyi ucbatından
öz doğma el-obasından didərgin düşmüş 1 milyona
yaxın azərbaycanlının
vaxtında dərdinə
şərik olmayan dövlətlərin bu gün ermənilərin guya etnik təmizlənməsindən
narahatlıq keçirmələri
absurddur. Şübhəsiz
ki, bu ölkələr
öz maraqları naminə regionda gərginliyin dərinləşməsində
maraqlıdırlar. Ona
görə də İrəvandan oyuncaq kimi istifadə edirlər".
Nəzrin QAFARZADƏ,
Azərbaycan.-2023.-
2 noyabr, № 240.- S.6.