Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxsin xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərin siyahısı”nın təsdiq edilməsi haqqında

 

¹ 385

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

 

Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1709-VQD nömrəli Qanununun tətbiqi Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 252 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 dekabr tarixli 883 nömrəli Fərmanının 1.1.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. “Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxsin xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərin siyahısıtəsdiq edilsin (əlavə olunur).

 

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmişİcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 30 oktyabr 2023-cü il

Azərbaycan.-2023.- 2 noyabr, ¹ 240. - S.7.

 

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

 

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxsin xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərin SİYAHISI

 

1. Bu siyahıMəhkəmə ekspertizası fəaliyyəti haqqındaAzərbaycan Respublikası Qanununun 11-ci maddəsinin altıncı hissəsinə əsasən hazırlanmışdır.

 

2. Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxsin xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlər aşağıdakılardır:

 

2.1. məhkəmə ekspertizası kriminalistika ixtisasları üzrə xarici ölkələrdə verilmiş elmi dərəcələri elmi adları təsdiq edən diplomlar, attestatlar ya digər sənədlər (nostrifikasiya olunmuş (ekvivalentliyi müəyyən edilmiş tanınmış) ya təkrar attestasiya əsasında tanınmış);

 

2.2. aşağıdakı beynəlxalq təşkilatlar tərəfindən verilən tam təlim proqramının bitirməsini təsdiq edən sertifikatlar ya digər sənədlər:

 

2.2.1. Diplomlu Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA - Association of Chartered Certified Accountants) tərəfindən verilən sertifikatlar ya digər sənədlər;

 

2.2.2. Amerikanın Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutu (AICPA - American Institute of Certified Public Accountants) tərəfindən verilən Sertifikatlaşdırılmış İctimai Mühasib (Certified Public Accountant) sertifikatı;

 

2.2.3. Psixoloqlar Assosiasiyalarının Avropa Federasiyası (EFPA - European Federation of Psychologists Associations) tərəfindən verilən Psixologiya üzrə Avropa Sertifikatı (EuroPsy - European Certificate in Psychology);

 

2.2.4. CFA İnstitutu tərəfindən verilən Diplomlu Maliyyə Analitiki (CFA - Chartered Financial Analyst) sertifikatı;

 

2.2.5. Odlu Silah Alət İzləri üzrə Ekspertlər Assosiasiyası (AFTE - Association of Firearm and Toolmark Examiners) tərəfindən verilən sertifikatlar ya digər sənədlər;

 

2.2.6. Elektronika Sahəsində Mütəxəssislər Assosiasiyası (ETA - Electronics Technicians Association) tərəfindən verilən sertifikatlar ya digər sənədlər;

 

2.2.7. Sistem Mühəndisliyi üzrə Beynəlxalq Şura (INCOSE - International Council on System Engineering) tərəfindən verilən Sistem Mühəndisliyi Sahəsində Yüksək İxtisaslı Mütəxəssis (ESEP - Expert Systems Engineering Professional) sertifikatı;

 

2.2.8. İdentifikasiya üzrə Beynəlxalq Assosiasiya (IAI - International Association for Identification) tərəfindən verilən sertifikatlar ya digər sənədlər;

 

2.3. məhkəmə ekspertizası fəaliyyəti kriminalistika sahəsində əməkdaşlıq haqqında Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq keçirilən məhkəmə ekspertizası ixtisası üzrə tam proqramı əhatə edən təlimlərin bitirməsini təsdiq edən sertifikatlar ya digər sənədlər.