Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2016-cı il
2 avqust tarixli 289 nömrəli Qərarı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında elmi ekspedisiyaların təşkili
və aparılması
Qaydaları”nda dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq, Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2016-cı il 2 avqust tarixli 289 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2016, ¹ 8, maddə
1429; 2017, ¹ 4, maddə 674; 2018, ¹ 4, maddə 812; 2019, ¹ 6, maddə
1158; 2020, ¹ 11, maddə 1411) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında elmi ekspedisiyaların təşkili
və aparılması
Qaydaları”nda aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 2.1-ci bəndin üçüncü
cümləsində “1 aydan”
sözləri “30 (otuz)
gündən (arxeoloji
ekspedisiyalarda 60 (altmış)
gündən)” sözləri
ilə əvəz edilsin və həmin cümlədən
“hər ay” sözləri çıxarılsın;
1.2. 2.3-cü bəndə “30 (otuz) gün” sözlərindən sonra “(arxeoloji ekspedisiyalarda
ən çox 60 (altmış) gün)” sözləri əlavə
edilsin;
1.3. 2.9.3-cü yarımbəndə
“3” rəqəmindən sonra
“(arxeoloji ekspedisiyalarda 10)” sözləri
əlavə edilsin;
1.4. həmin Qaydalara
əlavə – “Azərbaycan
Respublikasında elmi ekspedisiyalar və çöl işlərinin
aparılması üzrə
xərc normaları” üzrə:
1.4.1. 2-ci hissə üzrə:
1. birinci abzasa
“Görüləcək (aparılacaq)
işlərin adı”
sütununa “3” rəqəmindən
sonra “(arxeoloji
ekspedisiyalarda 10)” sözləri
əlavə edilsin;
2. dördüncü abzasda “Məbləğ (manatla)” sütununda “8” rəqəmi “25” rəqəmləri
ilə əvəz edilsin;
1.4.2. 3-cü hissənin “Məbləğ (manatla)” sütunu üzrə:
1. ikinci abzasda
“12” rəqəmləri “25” rəqəmləri ilə
əvəz edilsin;
2. üçüncü abzasda “10” rəqəmləri
“15” rəqəmləri ilə
əvəz edilsin;
3. beşinci abzasda
“5” rəqəmi “25” rəqəmləri
ilə əvəz edilsin.
2. Bu Qərar
2024-cü il yanvarın
1-dən qüvvəyə minir.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri,
30 oktyabr 2023-cü il
Azərbaycan.-2023.-
2 noyabr, ¹ 240. - S.7.