“Azərbaycan
Televiziya və Radio Verilişləri” Qapalı
Səhmdar Cəmiyyətinin
Səsyazma Evinin tabeliyində olan Niyazi adına Dövlət Simfonik Orkestrinin, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin və Cahangir Cahangirov adına Xorun Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin tabeliyinə
verilməsi haqqında
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
QƏRARI ¹ 390
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq, Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin “Azərbaycan
Televiziya və Radio Verilişləri” Qapalı
Səhmdar Cəmiyyəti
ilə razılaşdırılmış
təklifinə əsasən
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Televiziya
və Radio Verilişləri”
Qapalı Səhmdar Cəmiyyətinin Səsyazma
Evində fəaliyyət
göstərən Niyazi
adına Dövlət
Simfonik Orkestri ştat vahidləri ilə birlikdə Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin
tabeliyindəki Heydər
Əliyev Sarayına, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri
Orkestri və Cahangir Cahangirov adına Xor ştat vahidləri ilə birlikdə Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin
tabeliyindəki Beynəlxalq
Muğam Mərkəzinə
verilsin.
2. Bu Qərarın
1-ci hissəsinə əsasən
həmin kollektivlərin
cari ildə maliyyələşdirilməsi Azərbaycan
Respublikasının 2023-cü il dövlət büdcəsindən “Azərbaycan
Televiziya və Radio Verilişləri” Qapalı
Səhmdar Cəmiyyətinə
ayrılan maliyyə yardımının strukturunda
həmin musiqi kollektivlərinin maliyyələşdirilməsi
üçün nəzərdə
tutulmuş hədd çərçivəsində Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin
sifarişi əsasında
həyata keçirilsin.
3. Azərbaycan Respublikasının
Mədəniyyət Nazirliyi
və Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi Azərbaycan Respub-likasının 2024-cü il
və sonrakı üç il üçün dövlət
büdcəsi layihəsinin
tərtibi zamanı aparılan islahatları nəzərə alsınlar
və bu Qərardan irəli gələn digər məsələləri həll
etsinlər.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri,
31 oktyabr 2023-cü il
Azərbaycan.-2023.-
2 noyabr, ¹ 240. - S.3.