Azərbaycanın
multikulturalizm modeli Astanada keçirilən beynəlxalq konfransda müzakirə olunub
Qazaxıstanın paytaxtı
Astana şəhərində
“Qazaxıstan Respublikasında
vətəndaş identikliyi
- mövcud vəziyyət
və perspektivlər”
mövzusunda beynəlxalq
elmi konfrans keçirilib.
Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin
Mətbuat Xidmətindən
MediaPost-a verilən məlumata görə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
Tədris şöbəsinin
müdiri İrina Kunina konfransın panel iclasında “Multikultural cəmiyyətdə
vətəndaş identikliyinin
formalaşmasında Azərbaycanın
təcrübəsi” adlı
məruzə ilə çıxış edib.
Məruzədə Azərbaycanın
multikulturalizm modeli və onun əsas
prinsipləri haqqında
məlumat verilib, azərbaycançılığın ölkəmizdə vətəndaş
kimliyinin formalaşması
prosesinin əsasını
təşkil edən dəyərlərin birləşdirici
sistemi olduğu vurğulanıb. Qeyd edilib ki, vətəndaş
kimliyi mürəkkəb
prosesdir və ölkədəki etnik azlıqların hüquqlarının
qorunmasına həssas
yanaşılmalıdır.
“Vahid millətin formalaşmasına əsas yanaşmalar” mövzusundakı panel iclasında Almaniya, Qazaxıstan, Gürcüstan, Türkiyə və Polşanın beyin mərkəzlərinin mütəxəssisləri və araşdırmaçılar da iştirak ediblər. Konfransda həmçinin “Vətəndaş kimliyi: mövcud vəziyyət və meyllər”, “Vətəndaş kimliyi terminologiyası problemləri” və digər mövzularda müzakirələr aparılıb.
Azərbaycan.-2023.- 2 noyabr, ¹ 240. - S.2.