Azərbaycan
Cənubi Qafqazda Koreya Respublikasının əsas ticarət tərəfdaşıdır
Milli Məclisin
sədri Sahibə Qafarova Koreya Respublikasına rəsmi səfəri çərçivəsində
noyabrın 1-də bu ölkənin Milli Assambleyasının sədri
Jin-pyo Kim ilə görüşüb.
Milli Məclisin
Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən AZƏRTAC-a bildirilib ki, Jin-pyo Kim bu
səfərin iki ölkə arasında münasibətlərin daha
da inkişafına töhfə verəcəyinə
inamını ifadə
edib.
Koreya Respublikasının
Azərbaycanın müstəqilliyinin
ilk günlərindən
sıx əlaqələr
qurduğu ölkələrdən
biri olduğu vurğulanıb, ikitərəfli
münasibətlərin inkişafında
siyasi təmasların
- yüksəksəviyyəli səfərlərin, görüşlərin
müstəsna rolu qeyd edilib.
Bildirilib ki, ölkələrimiz arasında
münasibətlərdə iqtisadi əməkdaşlıq
mühüm yer tutur. Azərbaycan Cənubi Qafqaz regionunda Koreyanın əsas ticarət tərəfdaşıdır. İki
ölkə arasında
ticarət dövriyyəsi
durmadan artır, lakin iqtisadi əməkdaşlığı daha da gücləndirmək
və şaxələndirmək
üçün böyük
potensial mövcuddur.
Görüşdə Azərbaycanın qeyri-neft
sektorunun daha da inkişafı ilə bağlı planları, “Ağıllı
şəhər” və
“Ağıllı kənd”
konsepsiyaları, Azərbaycanın
su təchizatı sistemlərinin inkişafı,
ölkəmizin bərpaolunan
enerji sahəsində həyata keçirdiyi proqramlar və bu sahələrdə Koreya şirkətlərinin
iştirakı məsələləri
ətrafında fikir mübadiləsi aparılıb.
Milli Məclisin
sədri Sahibə Qafarova qeyd edib
ki, ölkələrimiz
arasında müxtəlif
formatlarda qarşılıqlı
faydalı əməkdaşlığı
inkişaf etdirmək üçün yaxşı
imkanlar var. Ölkələrimiz ənənəvi
format və təşkilatlar ilə yanaşı, yeni əməkdaşlıq formatlarında
da birgə fəaliyyət göstərə
bilər. Sahibə Qafarova mədəni oxşarlıqlara və dil yaxınlığına
görə Koreya Respublikasının Türk
Dövlətləri Təşkilatı
ilə tərəfdaş
ölkə kimi əməkdaşlığının mühüm nəticələrin
əldə olunmasına
gətirib çıxara
biləcəyinə inamını
ifadə edib.
Söhbət zamanı
humanitar istiqamətlərdə
əlaqələrin əhəmiyyəti
vurğulanıb, təhsil,
elm, mədəniyyət
sahələrində əməkdaşlıq
məsələləri müzakirə
edilib. Hazırda Koreyada 200-ə yaxın azərbaycanlı tələbənin
təhsil aldığı,
Azərbaycan və Koreya universitetləri arasında müxtəlif beynəlxalq tələbə
mübadiləsi və
ikili diplom proqramlarının mövcud
olduğu diqqətə
çatdırılıb.
Həmçinin nəqliyyat
sahəsində əməkdaşlıq
imkanları da nəzərdən keçirilib.
Diqqətə çatdırılıb
ki, Azərbaycanın müasir nəqliyyat infrastrukturu və tranzit ölkə kimi mühüm rolu artmaqdadır. Zəngəzur dəhlizinin
açılması ilə
bu axın daha da genişlənəcək.
Sahibə Qafarova Koreya şirkətlərinin
bu imkanlardan istifadə edə biləcəklərini vurğulayıb.
Görüşdə parlamentlər arasında əməkdaşlıq, son
2 ildə bu istiqamətdə intensivliyin
artması müsbət
hal kimi qiymətləndirilib və
bu sahədə münasibətlərin daha
da genişləndirilməsinə
dair müzakirələr
aparılıb.
S. Qafarova regionda
mövcud olan vəziyyət, Azərbaycanın
2020-ci ildə Vətən
müharibəsində öz
torpaqlarını Ermənistanın
işğalından azad
etməsi, işğaldan
azad edilmiş ərazilərdə yenidənqurma
və bərpa işləri, cari il sentyabrın 19-20-də Azərbaycanın həyata
keçirdiyi antiterror
tədbirləri barədə
geniş məlumat verib
Milli Assambleyanın
sədri Jin-pyo Kim beynəlxalq hüquqa əsaslanmağın
vacibliyini vurğulayaraq
deyib ki, Azərbaycan regiona sülh gətirmək üçün böyük
səylə işləyir.
O, bu səylər nəticə verəcəyinə
və Azərbaycanın
sülhün əldə
edilməsinə nail olacağına ümid etdiyini bildirib.
Görüşdə qarşılıqlı maraq
doğuran digər məsələlərə və
əməkdaşlığın müxtəlif istiqamətlər
üzrə daha da inkişaf etdirilməsi yollarına dair müzakirələr aparılıb.
Sonra Azərbaycan parlamentinin nümayəndə heyəti Milli Assambleyanın inzibati binası ilə tanış olub.
Azərbaycan.-2023.- 2 noyabr, № 240. - S.2.