Fransalı hüquq müdafiəçiləri Qarabağda etnik təmizləmənin olmadığını təsdiqləyiblər

 

FransanınCoordination des Associations et des Particuliers pour la Liberté de Conscience” (“CAP Freedom of Conscience” - CAP-LC) hüquq müdafiə təşkilatı Azərbaycan tərəfindən Qarabağın erməni sakinlərinə qarşı etnik təmizləmə aparılmadığını təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə CAP-LC-ninAvropa Hüquq Ədalət mərkəzininAzərbaycanın Avropa Şurasında üzvlüyünün dayandırılmasını tələb edən petisiyasına cavabında deyilir.

Təşkilatın apardığı monitorinqin nəticələrinə əsasən vurğulanır ki, dinc əhaliyə qarşı təhlükənin olmadığını Ermənistanın baş naziri Nikol Paşinyan özü təsdiqləyib.

"Bütövlükdə vəziyyət sabitdir. Mülki əhali arasında kütləvi itkilər barədə məlumatlar reallığa uyğun gəlmir. Bu gün Qarabağın mülki əhalisinə qarşı birbaşa təhlükə yoxdur", - N.Paşinyanın bunu sentyabrda dediyi xatırladılıb.

Öz növbəsində, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ermənistandakı nümayəndəsi Kavita Bilan deyib ki, Qarabağın erməni sakinlərinə qarşı heç bir insident ya kobud rəftar halları qeydə alınmayıb.

CAP-LC-nin bəyanatında qeyd olunub ki, Azərbaycan hakimiyyəti Qarabağda qalmaq istəyən ermənilər üçün təhlükəsizlik zəmanətlərini elan edib geri qayıtmaq istəyənlər üçün xüsusi elektron vasitəni istifadəyə verib: “Veb-portalda (http://reintegration.gov.az) bir neçə dildə, o cümlədən erməni dilində Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasının sosial, iqtisadi hüquqi aspektləri haqqında məlumatlar var”.

Müəlliflərin qənaətinə görə, obyektiv təhlil onu göstərir ki, insanların buradan məcburi şəkildə köçürülməsi, onların geri qayıtmasının qarşısının alınması etnik təmizləməilə bağlı iddialar əsassızdır.

Qeyd edilib ki, “Avropa Hüquq Ədalət MərkəziRusiyanın üzvlüyünə xitam verilməsinə dair əsaslarla Azərbaycanın Avropa Şurasına üzvlüyünün dayandırılmasını tələb edən petisiyaya başlayıb. CAP-LC isə bu tələbin ədalətsiz əsassız olmasına dair sübutlar göstərir.

"Rusiyanın Ukraynaya hücumundan fərqli olaraq, Azərbaycan öz ərazisində beynəlxalq hüquq normalarına uyğun hərəkət edib. Əməliyyat bir gündən az davam edib. Vizual məlumatlar Qarabağda yüzlərlə ağır texnikanın, artilleriya hava hücumundan müdafiə sistemlərinin, milyonlarla döyüş sursatının onlarla möhkəmləndirilmiş bölgələrin olmasını təsdiqləyib. Eyni zamanda, bölgəyə iki dəfə səfər edən BMT missiyası heç bir mülki infrastrukturun dağılmadığını bildirib. Belə ki, əməliyyatın hədəfi yalnız qeyri-qanuni silahlı birləşmələrin hərbi infrastrukturu olub", - CAP-LC təşkilatının nümayəndələri bildiriblər.

Xatırladaq ki, BMT- məşvərətçi statusu olan “Cap Freedom of Conscience” 1995-ci ildə yaradılıb. Avropanın bu qeyri-hökumət təşkilatı din inanc azadlığı hüququnun qorunması ilə məşğuldur. Təşkilat ayrı-seçkiliyin bütün formaları ilə mübarizə aparır, bu barədə Avropanın, eləcə digər beynəlxalq qurumlara məlumat verir.

 

Azərbaycan.-2023.- 2 noyabr, ¹ 240. - S.2.