Avropa Parlamentinin nümayəndələri regiona xaos qeyri-sabitlik gətirməyə çalışırlar

 

Milli Məclisin Beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin deputatları Nikolas Bay, Mariyon Marişal Vinçenzo Sofonun riayət etməli olduqları bütün qayda davranış normalarını pozaraq, özünü ləğv etmiş Azərbaycanın Qarabağ regionundan qaçmış keçmiş separatçı rejimin nümayəndələri ilə birbaşa əlaqə yaratması ilə bağlı təxribat xarakterli, qeyri-etik faktiki olaraq qanunsuz, davamlı olaraq təkrarlanan hərəkətlərinə görə dərin narahatlığını narazılığını ifadə edərək qəti şəkildə etirazını bildirir. Bu hərəkətlər 30 il ərzində cinayətləri xarici havadarları tərəfindən ört-basdır edilən separatçılara açıq dəstək verməklə yanaşı, qondarmademokratiyacarçılarının həqiqi niyyətlərinin bariz nümunəsidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsinin Avropa Parlamentindən olan bir sıra deputatın Ermənistana səfəri ilə bağlı bəyanatında bildirilib.

Bəyanatda, həmçinin deyilir: “Təəssüf ki, öz ənənəvi siyasətlərini davam etdirən Avropa Parlamentinin nümayəndələri hələ 1988-ci ildə Ermənistanın azərbaycanlıları kütləvi şəkildə qovduğu zamanSovet Ermənistanında vəziyyətadlı qətnamə qəbul edərək, Ermənistanın ərazi iddialarına dəstək ifadə etmiş bu ölkədə yaşayan azərbaycanlıların hüquqlarının pozulmasına göz yumub.

Ümumbəşəri insan haqlarını, qanunun aliliyini demokratiya dəyərlərini pərdələməyə çalışan fransız deputatlar başda olmaqla, Avropa Parlamentinin nümayəndələri Cənubi Qafqaz bölgəsinin daxili işlərinə kobud şəkildə müdaxilə edir, həmçinin regiona xaos qeyri-sabitlik gətirməyə çalışırlar.

Özünü ləğv etmiş rejimin keçmişlideriilə görüşən Avropa Parlamentinin bir sıra üzvləri daha əvvəl qeyd edilən məqsədi güdərək, “xristian dəyərləriniqorumaq pərdəsi arxasında dərəcədə riyakar olduqlarını bir daha beynəlxalq ictimaiyyətə nümayiş etdiriblər.

Baş verən hadisələr, bu qurumun parlamentarilərinin islamofobiya, Azərbaycana, Türkiyəyə, ümumiyyətlə, dünyadakı insanlığa qarşı nifrət xristianlığın üstünlüyünü aşkar şəkildə nümayiş etdirmələri Avropa Parlamentinin hansı səviyyədə olmasının birbaşa göstəricisidir.

Milli Məclisin Beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsi təəssüf hissi ilə bildirir ki, avropalı parlamentarilərin artıq tendensiyaya çevrilən bu cür davranışları nəinki qəbuledilməzdir, həm Azərbaycanla Ermənistan arasında gedən sülh prosesini ilk mərhələdəcə məhv etməyə yönəlmişdir. Həmin dağıdıcı qüvvələr öz mənfəətlərini güdərək, regionumuzu yenidən müharibə xaos vəziyyətinə sürükləmək istəyirlər.

Biz Avropa Parlamentinin rəhbərliyindən təkcə regionda bu təxribatçı fəaliyyətə müvafiq qiymət verməyə deyil, həm humanitar məsələlərdən siyasi təxribatçı məqsədlər üçün istifadənin dayandırılmasını, həmçinin Cənubi Qafqaz bölgəsinin daxili işlərinə qarışmamağı bununla da sülh prosesinə zərər verməməyi tələb edirik”.

 

Azərbaycan.- 2023.- 2 noyabr, ¹ 240. - S.3.