Bakıda I Beynəlxalq TÜRKSOY Teatr Festivalının açılışı olub

 

Noyabrın 1-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında I Beynəlxalq TÜRKSOY Teatr Festivalının açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, festival Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi Şuşa şəhərinin 2023-cü il üçünTürk dünyasının mədəniyyət paytaxtıelan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 TÜRKSOY-un 30 illik yubileyləri münasibətilə gerçəkləşir.

Açılış mərasimində çıxış edən mədəniyyət naziri Adil Kərimli ŞuşanınTürk dünyasının mədəniyyət paytaxtıseçilməsindən sonra bir çox silsilə tədbirlərin keçirildiyini bildirib. Onun sözlərinə görə, bu gün işə başlayan I Beynəlxalq TÜRKSOY Teatr Festivalı da bu silsilənin davamıdır.

Nazir qarşıdakı illərdə davamlı olaraq Türk dünyasında bu festivalın təşkil ediləcəyinə inamını ifadə edib.

TÜRKSOY-un Baş katibi Sultan Raev festivalın əhəmiyyətindən söz açıb. Qeyd edib ki, bu festival altı fərqli türk dövlətini onların sənətçilərini bir araya gətirib.

Festivalın əsas məqsədi bir- birimizi daha da yaxından tanımaq incəsənətimizi daha da inkişaf etdirməkdir. Teatr sənəti bunu yaşadır gələcək nəsillərə ötürür”, - deyə Baş katib vurğulayıb.

Qeyd edilib ki, festival noyabrın 4-dək davam edəcək. Festivalda TÜRKSOY-a üzv ölkələrdənÖzbəkistandan Səmərqənd Musiqili Dram Teatrı, Qırğızıstandan Kasımalı Jantoşev adına İssıkgöl Musiqili Dram Teatrı, Qazaxıstandan Türküstan Musiqili Dram Teatrı, Türkiyədən İstanbul Dövlət Teatrı Məhdimqulu adına Türkmənistan Dövlət Musiqili Dram Teatrının kollektivləri iştirak edir.

Diqqətə çatdırılıb ki, festival çərçivəsində Şuşada TÜRKSOY-a üzv ölkələrin dövlət teatrları rəhbərləri şurasının 9-cu toplantısı keçirilib.

Sonra İlyas ƏfəndiyevinHökmdar qızıpyesi əsasında hazırlanmışQarabağnamətamaşası təqdim olunub. Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən bəhs olunur.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur. Səhnə əsərində rolları Xalq artistləri Kazım Abdullayev, Firəngiz Mütəllimova, Rafiq Əzimov, Hacı İsmayılov, Əli Nurzadə, Əməkdar artistlər Elşən Rüstəmov, Məsmə Ağaverdiyeva, Kazım Həsənquliyev, Elxan Quliyev, Elşən Cəbrayılov, Elnar Qarayev, aktyorlar İlyas Əhmədov, Ramin Şıxəliyev, Nigar Güləhmədova, Ləman İmanova, Cavidan Novruz, Firuzə Balayeva, Nəzrin Abdullayeva, Məhsəti Tahirzadə, Corc Qafarov Tural İbrahimov ifa ediblər.

Tamaşanın quruluşçu rəssamı İsmayıl Məmmədov, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Tamaşada Xalq artistləri Polad Bülbüloğlu Vasif Adıgözəlovun musiqi əsərlərindən istifadə olunub.

Qeyd edək ki, İlyas ƏfəndiyevinHökmdar qızıəsəri əsasında tamaşa ilk dəfə 1996-cı ildə nümayiş olunub. Tamaşa böyük müvəffəqiyyət qazanıb 1997-ci il sentyabrın 20-də Ümummilli Lider Heydər Əliyev Milli Dram Teatrının səhnəsində tamaşanı maraqla izləyib.

 

 

Azərbaycan.-2023.- 2 noyabr, ¹ 240. - S.3.