Qərbi Azərbaycan İcmasının
BMT-nin İnsan Hüquqları üzrə
Ali Kommissarına məktubu qurumun ali orqanlarının rəsmi sənədləri
kimi yayılıb
Xəbər verdiyimiz kimi, Qərbi Azərbaycan İcması 2023-cü il avqustun 10-da BMT-nin İnsan Hüquqları üzrə Ali Kommissarı Folker Türkə məktub göndərərək, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə aparması və onların evlərinə qayıtmasına əngəl törətməsi nəticəsində insan hüquqlarının kütləvi şəkildə pozulması barədə müfəssəl hüquqi qiymətləndirmə təqdim etmişdi.
Bu günlərdə həmin müraciət BMT-nin Təhlükəsizlik Şurasının və Baş Assambleyasının gündəliyinin soyqırımının, etnik təmizləmənin, insanlıq əleyhinə cinayətlərin qarşısının alınması, irqçiliyin və ksenofobiyanın aradan qaldırılmasına dair bəndləri altında həmin ali orqanların rəsmi sənədləri kimi yayılmışdır.
Bu barədə AZƏRTAC-a İcmadan
məlumat verilib.
İcma xatırladıb
ki, sənəddə BMT-nin
insan hüquqları üzrə qurumları sözügedən insan hüquqları pozuntuları
ilə bağlı qərəzsiz və hərtərəfli araşdırma
aparmağa, Ermənistandan
qovulmuş azərbaycanlıların
öz evlərinə təhlükəsiz və
ləyaqətlə qayıtmasına
köməklik göstərməyə,
etnik təmizləməni,
mədəni-tarixi irsin
məhv edilməsini həyata keçirənlərin,
zorakılıq edənlərin
və qovulmuş azərbaycanlıların geri
qayıtmasına mane olanların məsuliyyətə
cəlb olunması istiqamətində səylər
göstərməyə çağırılır.
Müraciətin BMT-nin ali orqanlarının rəsmi sənədləri
kimi yayılması
BMT orqanlarının Ermənistandan
qovulmuş azərbaycanlıların
qayıdış hüququ
məsələsi ilə
sistemli şəkildə
məşğul olmaları
üçün əsasları
daha da gücləndirib.
İcma Qayıdış
Konsepsiyasına uyğun
olaraq, sülh yolu ilə, təhlükəsiz şəkildə
və ləyaqətlə
qayıdış hüququnun
təmin edilməsi məqsədi ilə beynəlxalq səylərini
davam etdirəcəkdir.
Azərbaycan.-2023.- 2 noyabr,
№ 240.- S.10.