Beynəlxalq nüfuzun real təcəssümü

 

BMT-nin Prezident İlham Əliyevin neokolonializmlə bağlı müraciətini rəsmi sənəd kimi yayması etimad nümunəsidir

 

"Prezident İlham Əliyevin oktyabrın 20-də Bakı şəhərində keçirilən "Neokolonializm: İnsan Hüquqlarının Pozulması Ədalətsizlik" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb. Dövlətimizin başçısı müraciətində Azərbaycanın XXI əsrdə neokolonializmin davam etməsindən bu meyillərin artmasından narahatlığını ifadə edib. Eyni zamanda Afrika, Cənub-Şərqi Asiya, Sakit okean, Latın Amerikasında bəzi ölkələri işğal edən, sərvətlərini talayan, xalqlarını uzun illər əsarətdə saxlayan əzablar verən Fransanın həmin ərazilərdə çoxsaylı hərbi cinayətlər törətdiyini, etnik dini mənsubiyyətə görə yüz minlərlə dinc sakinlərə qarşı soyqırımı siyasəti həyata keçirdiyini diqqətə çatdırıb". 

Bu sözləri Milli Məclisin deputatı Kamran Bayramov "Azərbaycan" qəzetinə Prezident İlham Əliyevin neokolonializmlə bağlı müraciətinin BMT sənədi kimi yayılmasına münasibət bildirərkən deyib.

Deputat Fransanın bu cür utancverici siyasətinin hazırda da davam etdiyini bildirib. Eyni zamanda həmin müraciətdə Prezident İlham Əliyev Fransanın ən çox mina istifadə etmiş ölkələrdən biri olduğunu vurğulayıb, bu gün Azərbaycanın mina terrorundan ən çox əziyyət çəkən ölkələrdən biri olduğunu qeyd edib, ölkəmizin Qoşulmama Hərəkatının Sədri kimi kolonializmə qarşı mübarizə aparan, azad olmağa çalışan xalqları dəstəklədiyini diqqətə çatdırıb.

K.Bayramov vurğulayıb ki, Azərbaycan Prezidentinin müraciətinin BMT-nin rəsmi sənədi kimi yayılması dövlətimizə, Prezidentimizə etimadın Azərbaycanın beynəlxalq proseslərdə oynadığı mühüm rolun göstəricisidir: "Bu həmçinin dünyanın neokolonializmə qarşı mübarizə sahəsində səylərinin təzahürüdür.  Həmin səylər bütün dövlətlərin resurslarının səfərbər edilməsi, bəşəriyyətin rifahı, dünya  kolonializmindən xilas olunması məqsədilə yeni ideya təşəbbüslərin irəli sürülməsinə gətirib çıxaracaq. Fransanın müstəmləkəçilik siyasətinə qarşı artıq beynəlxalq səviyyədə birbaşa çıxış etmək presidenti yaranıb bunu da Azərbaycan yaradıb".

Deputat qeyd edib ki, bu həm ədalətin bərpası naminə, həm Fransanın, həmçinin digər müstəmləkəçi dövlətlərin digər ölkələrə demokratiya, insan hüquqları "dərsləri" keçərək, əslində, onların daxili işlərinə müdaxilə etmələrinin qarşısının alınması məqsədini daşıyır.

Həmin konfransa bir çox ölkənin, həmçinin Fransanın müstəmləkəsi altında olan ərazilərin təmsilçilərinin qatıldığını xatırladan K.Bayramovun sözlərinə görə, bu tədbirdə əsas diqqət məhz Fransanın kolonial siyasətinə yönəlmişdi. Tədbirə qatılanların əksəriyyəti müxtəlif formada təzyiqə, ayrı-seçkiliyə, irqçi hücumlara məruz qaldığını qeyd edib.

Fransanın Afrika qitəsində siyasətini davam etdirdiyini vurğulayan deputat deyib ki, fransız qoşunlarının Niameya, Nigerdən Burkina-Fasodan çıxarılması bu ölkənin Afrikadakı amansız, insanlıqdankənar neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu göstərir. "Fransanın bu cür siyasətinə son qoymağın vaxtı çatıb. Müstəmləkəçilikdən əziyyət çəkən həm müstəqil dövlətlər tərəfindən səylər birləşdirilərək Fransa siyasətinə qarşı mövqe ortaya qoyulmalıdır. Təbii ki, bu baxımdan cənab Prezidentin müraciətinin BMT-nin rəsmi sənədi kimi yayılması ilk vacib addım kimi qiymətləndirilə bilər", - deyə K.Bayramov əlavə edib.

 O, qeyd edib ki, qanlı cinayətlərlə zəngin kolonializm tarixinə görə utanmalı olan Fransa törətdiyi vəhşiliklərə görə üzr istəməli, digər ölkələrdə uydurma etnik təmizləmələrdən danışmamalıdır. Bu ölkə BMT-nin Təhlükəsizlik Şurasının daimi  üzvü kimi statusundan öz qərəzli, obyektivlikdən kənar siyasətini yürütmək üçün sui-istifadə edir. Müxtəlif regionlarda geosiyasi intriqalar yaradır.

K.Bayramov düşünür ki, Prezident İlham Əliyevin müraciətinin beynəlxalq sənəd kimi BMT-də yayılması ölkəmizə olan diqqətin, etibarın, ümumiyyətlə, Azərbaycanın sözünün beynəlxalq təşkilatlarda keçərli olduğunun sübutudur.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2023.- 3 noyabr, № 241.- S.5.