Koreyada bütün siyasi partiyalar Azərbaycanı yaxın dost hesab edir

 

 

Koreya Respublikasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 2-də Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAAP) həmsədri Çunq Eui-Yonq ilə görüşüb.

Milli Məclisin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Çunq Eui-Yonq Azərbaycana bir neçə dəfə səfər etdiyini deyib, Azərbaycan paytaxt Bakı haqqında xoş təəssüratlarını bölüşüb. O, Azərbaycan Prezidenti ilə 2015-ci ildə keçirdiyi görüşü böyük məmnunluqla xatırladaraq, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi cəhətdən sabit inkişaf yolu keçdiyini bildirib. Çunq Eui-Yonq Azərbaycanın COVID-19 qlobal pandemiyasından sonra yaxşı bərpa prosesi keçdiyini hazırda yüksək iqtisadi inkişafa nail olduğunu söyləyib.

Sahibə Qafarova səfər çərçivəsində keçirdiyi görüşlər barədə məlumat verib. O, hər iki ölkə parlamentinin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyinə inandığını bildirib.

Milli Məclisin sədri Azərbaycan ilə Koreya Respublikası arasında münasibətlərin hazırkı səviyyəsinin sevindirici olduğunu, ölkələrimiz arasında fəal siyasi dialoq sıx iqtisadi əməkdaşlığın ikitərəfli münasibətlərin bir çox sahələrdə inkişafı üçün möhkəm zəmin yaratdığını bildirib.

Ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına əhəmiyyət verdiyini deyən ICAAP-ın həmsədri Çunq Eui-Yonq vurğulayıb ki, Koreya Respublikasında iqtidarda, yaxud müxalifətdə təmsil olunmasından asılı olmayaraq, bütün siyasi partiyalar Azərbaycanla güclü əməkdaşlığı dəstəkləyir Azərbaycanı yaxın dost hesab edir.

Sahibə Qafarova Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Prezident İlham Əliyev tərəfindən irəli sürülən qlobal təşəbbüslər, o cümlədən Hərəkatın Gənclər Təşkilatı Parlament Şəbəkəsinin yaradılması haqqında geniş məlumat verib. Görüşdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə ICAAP arasında mümkün əməkdaşlıq məsələləri müzakirə edilib.

Söhbət zamanı Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası ilə ICAAP arasında əməkdaşlığın müxtəlif istiqamətləri, təşkilatın Bakıda keçirilən mühüm tədbirləri barədə müzakirələr aparılıb. Qeyd olunub ki, 370-dən çox siyasi partiyanı birləşdirən ICAAP Asiya regionunda sülh, təhlükəsizlik əməkdaşlığı təşviq edən mühüm platformadır. Azərbaycanın hakim partiyası olan Yeni Azərbaycan Partiyası 2009-cu ildən bu təşkilatın üzvüdür. Sahibə Qafarova YAP-ın ICAAP çərçivəsində fəaliyyətə böyük əhəmiyyət verdiyini onun fəaliyyətinə hər zaman dəstək olduğunu qeyd edib. O bildirib ki, YAP yarandığı gündən Azərbaycanın siyasi həyatında aparıcı partiyadır. Partiya 1992-ci ildə bu il Azərbaycanda 100 illik yubileyini qeyd etdiyimiz Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən yaradılıb.

Çunq Eui-Yonq isə Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıq əlaqələri barədə məlumat verərək, YAP-ın ICAAP-ın işinə güclü dəstəyinə təşkilatda fəal iştirakına görə təşəkkürünü ifadə edib.

Görüşdə Milli Məclisin sədri regionda mövcud vəziyyət, Ermənistanın 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlaması, ölkəmizin 2020-ci ildə öz ərazi bütövlüyünü bərpa etməsi işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa quruculuq işləri barədə məlumat verib. Deyib ki, ICAAP-da heç vaxt ikili standartların şahidi olmamışıq bu təşkilat baş verən proseslərə həmişə obyektiv münasibət sərgiləyib, beynəlxalq hüququn norma prinsipləri əsasında sülh təhlükəsizliyə hər zaman dəstək verib.

Sahibə Qafarova, həmçinin cari ilin sentyabr ayında Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində öz suverenliyini bərpa etməsi barədə danışıb. O, bu tədbirlərin yalnız qeyri-qanuni hərbi birləşmələri hərbi infrastrukturu hədəfə aldığını, mülki əhaliyə obyektlərə heç vaxt hücum edilmədiyini bununla bağlı hər hansı iddianın əsassız olduğunu diqqətə çatdırıb. Milli Məclisin sədri Qarabağ bölgəsinin etnik erməni sakinlərinin reinteqrasiya prosesi, Azərbaycanın sülh təşəbbüsləri barədə danışıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.-2023.- 3 noyabr, № 241.- S.2.