"ABŞ-nin ştatı" kimi ad çıxaran bu ölkə indi də Fransanın
departamentinə çevrilib
"Son zamanlar
Kanadanın ölkəmizə
qarşı aqressiv mövqeyi açıq-aydın
ortadadır. Xüsusilə
də Frankofoniya təşkilatı çərçivəsində
bu ölkənin Azərbaycan əleyhinə
atdığı addımlar
regionda vəziyyəti
daha da gərginləşdirmək
məqsədi daşıyır.
Görünən odur
ki, Kanada son zamanlar tamamilə
Fransanın əlində
oyuncağa çevrilib.
Yoxsa necə olur ki, ümumiyyətlə
Cənubi Qafqazla heç bir əlaqəsi olmayan, regionda baş verən hadisələrə
heç vaxt reaksiya verməyən Kanada birdən-birə buradakı hadisələrə
müdaxilə etmək
niyyətinə düşüb?!
Ermənistana dəstək
verir, Azərbaycana qarşı isə kəskin mövqe nümayiş etdirir. Deməli, Kanada bilavasitə Fransanın maraqlarını həyata
keçirməklə məşğuldur".
Bu fikirləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin deputatı
Tural Gəncəliyev deyib. Deputat qeyd edib ki,
Kanada Frankofoniya təşkilatı çərçivəsində
özünü Fransanın
əyaləti kimi aparır, sanki Fransanın yeni bir departamenti rolunu oynayır.
Tural Gəncəliyev
vurğulayıb ki, Kanada cəmiyyəti təkcə fransızlardan
ibarət olmadığına
görə, bu ölkənin Parisin maraqlarına xidmət edən davranışlar sərgiləməsi öz
cəmiyyətləri üçün
də ədalətli deyil. Kanadada məskunlaşmış fransız
sülalələrinin təmsilçilərinin
Ermənistanın müdafiəçisi
kimi çıxış
etməsi ona dəlalət edir ki, onlar Kanadanın
dövlət maraqlarına
zidd mövqedən çıxış edirlər.
"Kanadanın xarici
işlər nazirinin bir neçə gün əvvəl Azərbaycan əleyhinə
əsassız fikirlər
səsləndirməsini, bu
ölkənin destruktiv
fəaliyyətini Fransanın
təsiri ilə əlaqələndirmək olar.
Yoxsa regiona, ümumiyyətlə, dəxli
olmayan, Cənubi Qafqazla heç bir coğrafi əlaqəsi olmayan bir ölkənin işğal siyasətinə
qarşı çıxmaq
əvəzinə ermənilərə
dəstək verməsi
anlaşılan deyil. Ona görə də Atlantik okeanının o biri tayından ölkəmizin
daxili işlərinə
müdaxilə etməyə
cəhd göstərən
Kanadanın bu kimi davranışları bütün platformalarda ifşa olunmalıdır",
- deyə müsahibim söyləyib.
Deputatın sözlərinə
görə, əvvəllər
"ABŞ-nin ştatı"
kimi ad çıxaran,
yəni heç bir xarici siyasət
mövqeyi olmayan, passiv siyasət yürüdən Kanada Fransanın departamenti rolunda çıxış
etməklə beynəlxalq
hüququn norma və prinsiplərini pozan Ermənistana dəstək nümayiş
etdirir. Lakin unudur ki, bu
siyasəti Cənubi Qafqazda iflasa uğrayacaq. Çünki
regionda söz sahibi Azərbaycandır və ölkəmizə qarşı haqsız mövqedən çıxış
etmək, əsassız
bəyanatlar vermək
öz xeyirlərinə
nəticə verə bilməz.
Tural Gəncəliyev,
həmçinin onu da qeyd edib
ki, Azərbaycan heç bir ölkənin, Cənubi Qafqaza aidiyyəti olmayan hər hansı dövlətin regionun daxili işlərinə müdaxilə
etməsinə imkan verməyəcək. Fransa
artıq bunu duyub, ona görə
də hər vasitəyə əl atır. Cəhdləri alınmadığı üçün
əlinin altında olan Kanada kimi
"resurs"lardan faydalanmağa
çalışır. Lakin
unudur ki, regionda sülh və əmin-amanlığın
bərpasına əngəl
törətmək üçün
atılan bütün
addımlar nəticəsiz
qalacaq.
N.QAFARZADƏ,
Azərbaycan.-2023.-
3 noyabr, № 241.- S.5.