“Azərbaycan Respublikasında buğda toxumçuluğunun inkişaf etdirilməsi tədbirləri haqqında”

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 iyun tarixli 139 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

 

ı 393

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

“Azərbaycan Respublikasında buğda toxumçuluğunun inkişaf etdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 iyun tarixli 139 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ı 6, maddə 591; 2014, ı 2, maddə 201; 2015, ı 2, maddə 227; 2016, ı 5, maddə 955; 2019, ı 12, maddələr 2077, 2098; 2020, ı 12 (V kitab), maddə 1589; 2021, ı 5, maddə 512) aşağıdakı dəyişikliklər edilsin:

 

1. Adında “buğda” sözü “kənd təsərrüfatı bitkilərinin” sözləri ilə əvəz edilsin.

 

2. Preambula aşağıdakı redaksiyada verilsin:

 

“Azərbaycan Respublikasında kənd təsərrüfatı bitkilərinin istehsalının dinamik inkişafına nail olmaq məqsədilə toxumçuluq sahəsinə dövlət dəstəyi daha da genişləndirilmiş kənd təsərrüfatı bitkilərinin istehsalının artırılmasına əsaslı zəmin yaradılmışdır.

 

Respublikada toxumçuluqla məşğul olan elmi müəssisə təşkilatların fəaliyyətlərini tənzimləmək, onların maddi-texniki baza-larını möhkəmləndirmək, istehsalçıların toxuma olan tələbatlarını ödəmək ölkədə kənd təsərrüfatı bitkilərinin istehsalının inkişafını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:”.

 

3. 1.4-cü bənddə “buğda toxumunu istehsal edən Aqrar Elm Mərkəzinin təsərrüfatları dövlət kənd təsərrüfatı istehsalı müəssisələri” sözləri “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin toxum istehsal edən elmi müəssisə təşkilatları” sözləri ilə əvəz edilsin.

 

4. 2-ci hissədə “Aqrar Elm Mərkəzinin tabeliyində olan təsərrüfatların, dövlət kənd təsərrüfatı istehsalı müəssisələrinin özəl buğda toxumçuluq təsərrüfatlarının” sözləri “toxum istehsal edən elmi müəssisə təşkilatlarının, özəl toxumçuluq təsərrüfatlarının” sözləri ilə, “aqroservis xidmətlərinin” sözləri “aqrotexniki xidmətlərin” sözləri ilə əvəz edilsin.

 

5. 3-cü hissə üzrə:

 

5.1. 3.1-ci bənddə “servis xidmətlərinin” sözləri “aqrotexniki xidmətlərin” sözləri ilə əvəz edilsin;

 

5.2. 3.2-ci bənddə “Aqrar Elm Mərkəzinin tabeliyində olan təsərrüfatlar, dövlət kənd təsərrüfatı istehsalı müəssisələri ” sözləri “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin toxum istehsal edən elmi müəssisə təşkilatlarısözləri ilə, “servis xidmətlərinin” sözləri “aqrotexniki xidmətlərin” sözləri ilə əvəz edilsin;

 

5.3. 3.3-cü bənddə “Aqrar Elm Mərkəzinin təsərrüfatlarında” sözləri “toxum istehsal edən elmi müəssisə təşkilatları tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi kvota əsasında” sözləri ilə əvəz edilsin həmin bəndə “başa çatdıqda” sözlərindən sonra “dövlət büdcəsinin vəsaiti hesabına” sözləri əlavə edilsin;

 

5.4. 3.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

 

“3.4. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin toxum istehsal edən elmi müəssisə təşkilatları tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi kvota əsasında istehsal edilən elit toxumlar istehsal xərclərinin 70 faizindən yuxarı olmayan qiymətə toxumçuluq təsərrüfatlarına satılır əldə edilən vəsait həmin elmi müəssisə təşkilatların işçilərinin sosial müdafiəsinin maddi-texniki bazasının gücləndirilməsinə yönəldilir.”.

 

5.5. 3.5-ci bənddə “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzi” sözləri “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi” sözləri ilə əvəz edilsin;

 

6. 5-ci hissədə “Nazirliyin yanında olan” sözləri “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında” sözləri ilə, “, tabeliyində olan Aqrar İnnovasiya Mərkəzində, habelə dövlət müəssisələrində” sözləri “ Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin toxum istehsal edən elmi müəssisə təşkilatlarında” sözləri ilə əvəz edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 1 noyabr 2023-cü il

Azərbaycan.-2023.- 3 noyabr, ı 241. - S.6.