Dövlət
Statistika Komitəsi tərəfindən keçirilən
statistik olimpiadanın
qalibləri mükafatlandırılıb
Heydər Əliyev
İli çərçivəsində
Dövlət Statistika
Komitəsi tərəfindən
yuxarı sinif şagirdləri və ali məktəb tələbələri arasında
təşkil olunmuş
statistik olimpiadanın
final mərhələsi
və qaliblərin mükafatlandırılması mərasimi
keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə
çıxış edən
Dövlət Statistika
Komitəsinin sədri
Tahir Budaqov, Elm və təhsil
naziri Emin Əmrullayev olimpiadada iştirak edən şagird və tələbələri təbrik
edib, Azərbaycan xalqının ümummilli
Lideri Heydər Əliyevin keşməkeşli
həyat yolundan və xalqımız qarşısındakı misilsiz
xidmətlərindən danışıb,
müstəqilliyimizin məhz
onun sayəsində əbədi və dönməz xarakter aldığını vurğulayıblar.
Qeyd olunub ki, olimpiadanın keçirilməsində əsas
məqsəd yuxarı
sinif şagirdlərinin
və ali məktəb tələbələrinin
statistikaya marağını
artırmaq, statistik biliklərə malik istedadlı şagird və tələbələri
aşkar etmək, onları həvəsləndirmək
və intellektual inkişaflarına təkan
vermək, statistik kadr hazırlığı
potensialını gücləndirmək,
statistik savadlılığı
dərinləşdirmək, cəmiyyətdə Azərbaycan
xalqının Ümummilli
lideri Heydər Əliyevin həyat və fəaliyyətinə,
onun milli statistika sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi
və dünya statistika sisteminə inteqrasiyası, ümumilikdə
statistika sisteminin inkişafına verdiyi töhfələrə dair
məlumatlılığın daha da artırılması
olub. Vurğulanıb ki, olimpiada şagird
və tələbələrin
təhsil dövründə
qazandıqları statistik
bilik və bacarıqlarını nümayiş
etdirmələri üçün
yeni platforma rolunu oynayıb, eyni zamanda onlar
statistika elmi, habelə ölkənin sosial-iqtisadi həyatında
baş verən hadisə və proseslər haqqında daha geniş rəsmi statistik məlumatlar əldə etmək imkanı qazanıblar.
Statistik olimpiadanın
yekunlarına dair hesabat məruzəsi ilə çıxış
edən Dövlət Statistika Komitəsi sədrinin müavini, təşkilat komitəsinin
sədri Yusif Yusifov qeyd edib
ki, statistik olimpiada Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü
ilə əlaqədar
onun əziz xatirəsinə ehtiram əlaməti olaraq həyata keçirilən
tədbirlər çərçivəsində,
Dövlət Statistika
Komitəsi kollegiyasının
14 dekabr 2022-ci il tarixli, 8/1 nömrəli qərarı ilə təsdiq edilmiş təqvim planına uyğun təşkil olunmuş, olimpiadanın şəffaf, obyektiv və peşəkar səviyyədə təşkili
və keçirilməsini,
bununla bağlı ölkə üzrə fəaliyyətlərin əlaqələndirilməsini
təmin etmək məqsədilə Dövlət
Statistika Komitəsində
təşkilat komitəsi
yaradılıb. Olimpiada
təşkilat komitəsi
tərəfindən təsdiq
edilmiş qaydalara və tədbirlər planına uyğun keçirilib, bu məqsədlə test tapşırıqları və
nəticələrin real
vaxt rejimində əldə edilməsi üçün elektron informasiya sistemi hazırlanıb.
Olimpiadada ümumilikdə
3106 nəfər şagird,
203 nəfər tələbə
iştirak etmişdir.
Şagirdlər arasında
keçirilmiş olimpiadanın
nəticələrinə görə
İsmayıllı rayonu
Diyallı kənd Aqil Məmmədov adına tam orta məktəbin 11-ci sinif şagirdi Göyüşov Namaz Veyis oğlu 1-ci, Masallı rayonu Musaküçə kənd
Fayəddin Xancanov adına tam orta məktəbin 11-ci sinif şagirdi Kazımzadə Mircəlal
Mirkazım oğlu
2-ci, Lənkəran rayonu
Hirkan qəsəbə
Ağaxan Quliyev adına tam orta məktəbin 10-cu sinif şagirdi - Baxşiyev Cavidan Cavid oğlu 3-cü, tələbələrdən isə
Azərbaycan Dövlət
İqtisad universitetinin
2-ci kurs magistrantı Topçubaşova Yaqut Əziz qızı 1-ci, Bakı Mühəndislik Universitetinin 4-cü kurs tələbəsi İslamov
İsrafil Rasim oğlu 2-ci, Azərbaycan Memarlıq və İnşaat Universitetinin
3-cü kurs tələbəsi
- Mirzəyeva Nigar Oqtay qızı isə 3-cü yeri tutub.
Tədbirdə daha sonra statistik olimpiadanın final mərhələsinə keçmiş tələbə və şagirdlərə sertifikat və hədiyyələr, olimpiadanın qaliblərinə isə diplom və hədiyyələr təqdim olunub.
Azərbaycan.-2023.- 4 noyabr, № 242.- S.3.