Qətiyyətli siyasət

 

 

Heç bir qüvvə Azərbaycanı öz yolundan döndərə bilməz

 

Prezident İlham Əliyevin böyük əzm səylə milli maraqlarımızın təmini istiqamətində apardığı qətiyyətli siyasəti sayəsində Azərbaycan ərazi bütövlüyünü, suverenliyini təmin edib. 200 illik erməni avantürasını darmadağın edən Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə Azərbaycan bayrağını əbədi dalğalandıraraq həm bir daha şovinist erməni millətçilərinə, onlara havadarlıq edən xarici qüvvələrə başa salıb ki, Azərbaycan heç vaxt suveren ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.

"Bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, "dəmir yumruq" yerindədir hər zaman yerində olacaq! Heç kim bizimlə diktat ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!"- deyə sentyabrın 20-də xalqa müraciətində qalib lider İlham Əliyev bunu qətiyyətlə bəyan etmişdi.

 

Bölgədə təhlükəsizliyin zamini Azərbaycandır

 

Cənubi Qafqazda dayanıqlı sülhün tərəfdarı olan bu istiqamətdə əməli addımlar atan Azərbaycan birmənalı şəkildə bölgədə təhlükəsizliyin qarantıdır.

Ölkəmiz son üç il ərzində qazandığı ardıcıl parlaq zəfərləri ilə eyni zamanda xarici qüvvələrin regionu bitməyən münaqişə mərkəzi olmaq kimi məkrli planlarından xilas edib.

O da faktdır ki, qonşularının torpaqlarına göz dikərək işğalçılıq siyasəti aparan Ermənistan bu axmaqlığı sayəsində dalan ölkəyə çevrilib, xalqı səfalətə sürüklənib, bir dövlət olaraq yox olma təhlükəsi ilə üz-üzə qalıb. Ermənistanın hazırda bir neçə ölkənin forpostu missiyasını yerinə yetirməsi göstərir ki, İrəvan faktiki olaraq müstəqil siyasət yürüdə bilmir, gah o ölkənin, gah bu ölkənin çaldığı havaya oynayır.

Buna görədir ki, Azərbaycanla sülh bağlayıb düşdüyü böhrandan çıxmaq əvəzinə, regionu müharibə meydanına çevirmək istəyən xarici ölkə qurumların qızışdırması ilə revanşa iştahlanır.

Riyakar Avropa Parlamentinin (AP) Azərbaycana qarşı qərəzli bəyanatları, müstəmləkəçi Fransanın göndərdiyi silahlar, ermənipərəst Kanadanın ölkəmizə qarşı səsləndirdiyi böhtanlar, ikilistandartlı siyasət yürüdən ABŞ-nin təcavüzkara dəstəyi, necə deyərlər, Ermənistanı özünü məhvə aparacaq təhlükəli bir yola itələyir.

Bütün bunlar həm özlərini "demokratiyanın beşiyi", "insan haqlarının  keşikçisi" sayan sözügedən qurum ölkələrin riyakarlığından Azərbaycana  qarşı qərəzindən xəbər verir. 

 

Təhqirlərlə səciyyələnən bəyanatlar, çirkin uydurmalar, təxribat yalanlar

 

1988-ci ildən 1993-cü ilə qədər 1 milyondan çox azərbaycanlının etnik təmizləməyə, soyqırımlarına məruz qalmasına heç bir reaksiya verməyən AP-nin indi bir ovuc erməninin olmayan problemlərinin müdafiəçisi roluna girməsi onun adına utancdan başqa bir şey gətirmir.

Vasitəçi olaraq onilliklər boyu Azərbaycan ilə Ermənistan arasında münaqişənin həll olunması istiqamətində heç bir əməli fəaliyyət göstərməyən Fransa, ölkəmizin 2020-ci ildə BMT TŞ-nin 4 qətnaməsini öz gücünə hərb yolu ilə yerinə yetirərək torpaqlarını işğaldan qurtarmasını, Qarabağda suverenliyini bərpa etməsini heç cür həzm edə bilmir.

Erməni lobbisinin oyuncağına çevrilən Avropanın o boyda "demokratik" ölkəsi Azərbaycana qarşı qarayaxma kampaniyasına başlayıb. Bununla yanaşı, Ermənistanı silahlandırmağı da unutmayıb. Bir tərəfdən həyasızcasına iki ölkə arasında imzalanacaq sülh müqaviləsi ilə bağlı danışıqlarda vasitəçi kimi iştirak etməkdən dəm vurur.

Oktyabrın 11-də MDB- üzv dövlətlərin təhlükəsizlik xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüş zamanı Prezident İlham Əliyevin vurğuladığı kimi, Fransanın bir tərəfdən bütün diplomatik normaları pozduğunu, təhqirlərlə səciyyələnən bəyanatlarını, çirkin uydurmalarını, təxribat yalanlarını görürüksə, digər tərəfdən onun vasitəçilik xidmətləri göstərmək cəhdləri heç bir məntiq çərçivəsinə sığmır: "Bizə belə vasitəçilər lazım deyil".

Ermənipərəst Kanada da 2020-ci ildən etibarən, eləcə bu ilin 20 sentyabrında keçirilən antiterror tədbirlərindən sonra Azərbaycana qarşı davamlı qərəz nümayiş etdirir.

Oktyabrın 25-də Ermənistanda səfərdə olan Kanada naziri bölgədə heç bir humanitar böhran olmamasına baxmayaraq, bunun əksini iddia edib, ölkəmizə qarşı yalan iftiralar səsləndirib. Hətta Melani Joli ermənipərəstliyini daha qabarıq nümayiş etdirmək üçün ölkəsinin Azərbaycana qarşı tədbir kimi sanksiya variantını istisna etməməsini dilə gətirib.

Lakin kimliyindən, hansı ölkəni təmsil etməsindən asılı olmayaraq, Azərbaycanla təhdid dilində danışılması qəbuledilməzdir.

 

üçün ABŞ bu "qətiyyət"ini 30 illik işğal dövründə ortaya qoymadı?

 

ABŞ Azərbaycana qarşı qərəz siyasətinə qoşulub. 2023-cü il oktyabrın 31-də Senatın Təxsisatlar Komitəsində çıxışı zamanı ABŞ dövlət katibi Antoni Blinken digər məsələlərlə yanaşı, münaqişə nəticəsində Ermənistanda yaranmış ağır humanitar ehtiyacların həlli üçün əlavə maliyyəyə ehtiyac olduğunu bildirib, daha sonra isə 2 noyabr 2023-cü il tarixdə isə Dövlət Departamenti "Amerikanın Səsi" xəbər agentliyinin sualına cavab olaraq vurğulayıb ki, ABŞ Ermənistanın suverenliyini ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir, bu suverenliyin ərazi bütövlüyünün istənilən şəkildə pozulması ciddi nəticələrə gətirib çıxaracaq.

Lakin sirri-hikmətdirsə ABŞ bu qətiyyətini Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə ortaya qoymayıb. 

Bilirsinizmi, dünyanın ən "demokratik" ölkəsi həmin zaman "qətiyyətini" necə ortaya qoymuşdu?

1992-ci ildə "Azadlığı Müdafiə Aktı" adlı qanunun 907-ci bölməsinə düzəlişə əsasən ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərilməsi qadağan olunmuşdu.

Bu, yurdundan zorla didərgin salınan, suya, çörəyə möhtac şəkildə acınacaqlı vəziyyətdə vaqonlarda, çadır şəhərciklərində yaşamağa məcbur olan bir milyondan çox azərbaycanlının ABŞ, onun rüşvətxor konqresmenləri tərəfindən görməzdən gəlinməsinin, onların həyatına biganəlik nümayiş etdirilməsinin əyani sübutudur.

ABŞ Dövlət Departamenti rəsmilərinin Azərbaycan əleyhinə bəyanatlarına cavab olaraq noyabrın 2-də Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, məhz ABŞ-nin iştirak etdiyi vasitəçilik cəhdlərinin nəticə verməməsi Ermənistanın işğalçı siyasətinin qarşısının alınmaması Azərbaycanı öz torpaqlarını hərbi yolla azad etməyə sövq edib. Buna görə , digər faktlarla yanaşı, ABŞ keçmiş münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətsizliyinə görə məsuliyyət daşıyır: "Sülhün sabitliyin təmin edilməsi qarşısında əsas maneə olan təcavüzkar dövlət Ermənistanı regionumuzda cəsarətləndirmək siyasətinə son qoyulması vacibdir.

Azərbaycanla təhdid dili ilə danışmaq qəbuledilməzdir. Azərbaycana qarşı hər hansı qeyri-dost hərəkət müsbət nəticə verməyəcək bu cür hərəkətlərə adekvat cavab veriləcək".

 

Dəmir iradə

 

Erməni lobbisinin təsiri ilə Azərbaycana qarşı qərəz nümayiş etdirən ölkə qurumlar bu riyakar davranışları ilə heç nəyə nail ola bilməyəcəklər.

Müstəqil Azərbaycan öz müqəddəratı ilə bağlı bütün qərarları özü verir, milli maraqlarına təhdid olan istənilən güclərə qarşı da layiqli mübarizə aparır. 

Necə ki bu barədə Müzəffər Ali Baş Komandan İlham Əliyev qətiyyətlə xəbərdarlıq edib: "Bu gün bizə qarşı aparılan çirkin kampaniyanın heç bir əhəmiyyəti yoxdur olmayacaq. Bizim iradəmizə heç kim təsir edə bilməz. Əgər Vətən müharibəsi dövründə bizim iradəmizə heç kim təsir edə bilmədisə, bu gün təbii ki, heç kim təsir edə bilməz".

 

  Yasəmən MUSAYEVA,

Azərbaycan.-2023.- 4 noyabr, № 242.- S.5.