Otuz il Ermənistanın işğalı
altında qalan torpaqlarımızda milyonlarla
mina basdırılıb.
Müharibədən 3 il
keçən qısa
müddət ərzində
ərazilərimizin bir
hissəsi minalardan təmizlənib. Lakin acı reallıq budur ki, bu,
uzun müddət tələb edən prosesdir. Torpaqlarımızda
basdırılan minaların
sayını insanlarla
müqayisə etsək,
hər 10 nəfərə
bir mina düşdüyünü görərik.
Azərbaycan var
gücü ilə bölgədə sülhə,
təhlükəsizliyə nail olmağa, qan tökülməsinin qarşısını almağa
çalışır, Ermənistana
sülh əlini uzadır. Amma görünən odur ki, düşmən məkrli niyyətindən
əl çəkmir,
hər fürsətdə
xislətini nümayiş
etdirir.
Azərbaycan Minatəmizləmə
Agentliyinin (ANAMA) məlumatına
görə, oktyabrın
1-dən 31-dək Tərtər, Kəlbəcər, Ağdam,
Xocalı, Xocavənd,
Füzuli, Şuşa,
Laçın, Qubadlı,
Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları
zamanı piyada əleyhinə 767, tank əleyhinə 928 mina və 8537 partlamamış
hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Son günlər
qeydə alınan növbəti faciəvi faktlar düşmənin cinayətkar mahiyyətini bir daha ortaya
qoyur. İşğaldan
azad edilmiş ərazilərimizdə mütəmadi
olaraq soydaşlarımızın
mina qurbanına çevrilməsi xəbərləri
Ermənistanın mina
terrorunun davam etdiyini göstərir.
Dünən Tərtər
rayonunun Borsunlu kəndi ərazisində mina partlaması nəticəsində
1999-cu il təvəllüdlü
Əli Ağalarov sağ ayağın pəncə hissəsinin travmatik amputasiyası xəsarətini alıb. Mina partlayışı örüş yerinin yaxınlığında kənd
sakininin fərdi təsərrüfatına aid
heyvanlarını axtararkən
baş verib. Həkimlər müalicəsi
xəstəxanada davam
edən Ə.Ağalarovun vəziyyətinin
orta ağır olduğunu bildirirlər.
Vətəndaşlarımız öz yurdlarında mütəmadi olaraq bu faciəni yaşayırlar. Azərbaycanda
10 noyabr 2020-ci ildən
indiyədək 300-dən çox
vətəndaşımız zərər çəkib,
onlardan bəziləri
mina partlaması nəticəsində həlak
olub, digərləri isə müxtəlif dərəcəli xəsarətlər
alıblar.
Hətta bu yaxınlarda Qarabağ bölgəsində əraziyə
baxış zamanı
kustar üsullarla əldəqayırma partladıcı
vasitələrin hazırlandığı
emalatxana aşkar olunub. Emalatxananın içərisində xeyli
sayda dron vasitəsilə daşınabilən
əldəqayırma minalar
və onların hazırlanmasında daha çox insan tələfatına nail olmaq üçün istifadə edilən metal parçalar, eləcə də müxtəlif təxribatların
törədilməsi məqsədilə
hazırlanan digər partlayıcı qurğuların
olduğu müəyyən
edilib.
Qeyd etmək lazımdır ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən
Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin
birləşmələri və
qeyri-qanuni erməni silahlı dəstələri
məhz bu kimi emalatxanalarda kustar üsullarla hazırlanan müxtəlif
partladıcılardan istifadə
ediblər.
Ü.XASPOLADOVA,
Azərbaycan.-2023.- 4 noyabr,
№ 242.- S.5.