44 günə
yazılan möhtəşəm
salnamə
Şanlı zəfər Azərbaycanın
beynəlxalq nüfuzunu
daha da yüksəldib
"Azərbaycan xalqı
"Heydər Əliyev
İli" çərçivəsində
8 noyabr Zəfər Gününü daha böyük coşqu ilə qarşılayır,
çünki bu il ərzində ərazi bütövlüyümüzlə
yanaşı, suverenliyimiz
də tam təmin olunub. Artıq bayrağımız
nəinki Şuşada,
eləcə də Xankəndidə, Xocalıda,
bütün Qarabağda
dalğalanır".
Bu sözləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin deputatı,
Beynəlxalq münasibətlər
və parlamentlərarası
əlaqələr komitəsinin
sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat qeyd edib ki, üç
il öncə noyabrın 8-də mədəniyyətimizin
beşiyi olan Şuşa şəhərinin
erməni işğalından
azad olunması tariximizə Zəfər Günü kimi yazıldı. Buna qədər Azərbaycan şanlı zəfər üçün böyük
yol qət etmişdi. Nəhayət, Prezident İlham Əliyevin Müzəffər
Ali Baş Komandan kimi gərgin
əməyinin nəticəsində
Azərbaycan ərazi bütövlüyünə qovuşdu,
xalqımız dünyada
mübariz, döyüşkən
və müzəffər
xalq kimi tanındı.
Azərbaycanın zəfərə
düşünülmüş, qətiyyətli və uzaqgörən siyasətin
nəticəsində nail
olduğunu deyən S.Fətəliyeva bildirib ki, 30 il ərzində
Azərbaycan danışıqlar
masasında prinsipiallıq
göstərərək, eyni
zamanda güclü ordu yaratdı: "Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti oldu. Bütün illər ərzində dövlətin
büdcə xərclərinin
əsasını məhz
hərbi xərclər
təşkil etdi. Nəticə etibarilə Azərbaycanın müasir,
güclü ordusu yaradıldı. Sonda müzəffər ordu, qəhrəman hərbçilərimiz
44 gün ərzində
erməni işğalçılarını
torpaqlarımızdan qovdu".
Otuz ilə yaxın müddətdə
davam edən danışıqların nəticə
vermədiyini qeyd edən komitə sədrinin müavini deyib ki, bununla
belə beynəlxalq təşkilatlarla əməkdaşlıq
münaqişənin həlli
üçün zəmin
yaratdı. Azərbaycan
münaqişə boyunca
bütün aparıcı
beynəlxalq təşkilatlarla
əməkdaşlıq etdi
və münaqişənin
həlli üçün
hüquqi baza hazırladı. BMT Baş
Assambleyası, Qoşulmama
Hərəkatı, Avropa
Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı
və digər təşkilatlar qətnamələr
qəbul etdi. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin
toxunulmazlığına, suverenliyimizə
və ölkəmizin
ərazi bütövlüyünə
dəstək göstərildi.
Bütün bunlar münaqişənin həlli
üçün hüquqi
əsaslar idi. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması
üçün 24 mart
1992-ci ildə təsis
olunmuş ATƏT-in Minsk qrupu fəaliyyətinin
29 ili ərzində məsələnin həllinə
yox, dondurulmasına çalışdı və
bununla da illər ərzində aparılan danışıqlar
nəticəsiz qaldı.
Həm işğalçıya,
həm də işğala məruz qalmış tərəfə
eyni münasibət bəslənildi və beynəlxalq qətnamələr
kağız üzərində
qaldı. Azərbaycan
daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirərək
münaqişənin danışıqlar
vasitəsilə həllinə
çalışdı. Mötəbər
beynəlxalq təşkilat
olan BMT də işğalçı Ermənistana
təzyiq göstərməkdə
acizlik nümayiş etdirdi, tərəfləri
sülhə çağıran
bəyanatlarla kifayətləndi.
BMT Təhlükəsizlik Şurasının
Ermənistan silahlı
qüvvələrinin işğal
olunmuş Azərbaycan
ərazilərindən dərhal
çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində
qaldı.
Deputat vurğulayıb
ki, Ermənistanın aramsız davam edən təxribatçı
addımları, bəyanatları,
hərəkətləri müharibəni
qaçılmaz etdi, nəticədə 2020-ci ilin
sentyabrında İkinci
Qarabağ müharibəsi
baş verdi: "Müharibə dövründə
xalq öz "dəmir yumruğ"unu, birliyini və gücünü nümayiş
etdirdi. On minlərlə
insanın orduya könüllü kimi yazılması, eləcə
də təxribatlar zamanı öz evlərini tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyindən və orduya olan inamından
xəbər verdi. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər,
kəndlər, qəsəbələr,
yüksəkliklər azad
edilirdi. Azərbaycan əsgəri, zabiti bir amalla vuruşurdu
- işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın.
Beləliklə, Azərbaycan
Silahlı Qüvvələri
44 gün ərzində
düşmən ordusunu
məhv edərək öz ərazi bütövlüyünü bərpa
etdi. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı
uğurlu əks-hücum
əməliyyatı nəticəsində
noyabrın 9-dək 5 şəhər,
4 qəsəbə və
286 kənd işğaldan
azad edildi".
S.Fətəliyeva bildirib
ki, həmin ilin noyabrın 9-dan 10-a keçən gecə üçtərəfli Bəyanat
imzalanmaqla Ermənistan
kapitulyasiya aktına qol çəkdi. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli
Bəyanatın imzalanması
ilə hərbi əməliyyatlar dayandırıldı.
Həmin bəyanata uyğun olaraq, Ermənistan noyabrın
20-də Ağdam, 25-də Kəlbəcər,
dekabrın 1-də isə
Laçın rayonlarını
Azərbaycan Silahlı
Qüvvələrinə təhvil
verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri,
Zabux və Sus kəndləri nəzarətə götürüldü:
"Qəhrəman hərbçilərimizin
şücaəti, rəşadəti
hesabına, şəhidlərimizin
qanı-canı bahasına
dünya Azərbaycanın
şanlı qələbəsinin
şahidi oldu. Müxtəlif dairələrdən
olan müntəzəm
təzyiq və təhdidlərə rəğmən
Azərbaycan öz haqq savaşında zəfər çaldı".
Sədr müavini
vurğulayıb ki, zəfər sayəsində
"Ermənistanın güclü
ordusu var" və "erməni xalqı döyüşkən
xalqdır" kimi miflərə birdəfəlik
son qoyuldu. Azərbaycan Ordusu peşəkarlığı ilə
təkcə Ermənistanın
silahlı qüvvələrini
deyil, həm də erməni mifini məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, qüdrətini göstərdi.
"Bu ilin aprelin 23-də "Laçın"
sərhəd-buraxılış məntəqəsinin qurulması
isə böyük Şuşa zəfərindən
sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi
qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə
yazıldı. Bununla da Azərbaycanın sərhəd bütövlüyü
təmin olundu. Eləcə də, bu il 19-20 sentyabr
tarixlərində ordumuzun
Qarabağda keçirdiyi
lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçı
rejim təslim oldu və suverenliyimiz
tam təmin edildi. 15 oktyabr tarixdə Xankəndi şəhərinin mərkəzi
meydanında Azərbaycan
bayrağı qaldırıldı.
İyirmi il bundan əvvəl prezident seçilmiş cənab İlham Əliyev xalqa müraciət edərək
söz vermişdi ki, Azərbaycan xalqının, dövlətinin
milli maraqlarını
müdafiə edəcək
və Azərbaycanın
ərazi bütövlüyünü
qoruyacaq. Belə də oldu! Hazırda
işğaldan azad edilmiş ərazilərdə
böyük quruculuq işləri həyata keçirilir. Eyni zamanda qalib Azərbaycan
regionda yeni reallıqlar yaradıb. Tarixi zəfər nəticəsində Azərbaycanın
beynəlxalq müstəvidə
mövqeləri daha da güclənib, bu istiqamətdə uğurları daha da artmaqdadır", - deyə S.Fətəliyeva bildirib.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2023.-
4 noyabr, № 242.- S.6.