Haqqı
haqsızlığa qurban
verənlər
Kanada xarici işlər nazirinin anti-Azərbaycan mövqeyi təmsil etdiyi ölkənin adına ləkədir
Son 30 il ərzində ermənilərin
Azərbaycana qarşı
savaşa qalxmasının
bir nəticəsi də o oldu ki, əhalisinin sayı bir neçə
dəfə azaldı.
Yəni ermənilər
növbəti dəfə
dünyaya səpələnməyə
başladılar. Təəccüblü
deyilmi?
Axı "böyük
Ermənistan" yaratmaq
istəyən ölkədən
yerli əhali didərgin düşməli
deyildi. Belə çıxır ki, ermənilərin dədədən-babadan
məqsədləri "böyük
Ermənistan" yaratmaq
olmayıb. Onlara sadəcə bu ideyanı sırıyıblar
və qucaq-qucaq pul ayırıblar. Ermənilər də bu gərəksiz ideyalar üçün ayrılan böyük pulları həzmdən keçiriblər. Sən demə, "böyük Ermənistan" yaratmaqdansa,
"böyük köç"
etmək daha sərfəli imiş.
Ona görə də bu gün Kanada
siyasilərinin beynəlxalq
münasibətlər sistemində
haylara hayan durması 100 il ərzində davam edən siyasi oyunların bir qədər kanadalaşdırılmış
variantıdır. Kanada xarici işlər nazirinin Azərbaycanla Türkiyəyə hikkə
nümayiş etdirib körüklənməsi erməni
diasporunun Kanadada qol
açıb yallı
getməsinin nəticəsidir.
Yəni əsas səbəb odur ki, ermənilərin bu ölkədə də güclü diasporu var. Ona
görə də kanadalı nazirin səsləndirdiyi cəfəng
fikirlər reallıqları
yox, onun adi çoğrafi biliklərdən məhrum
olmasından xəbər
verir. Kanada kimi soyqırımları törədən bir dövlətin Azərbaycanı
etnik təmizləmədə
ittiham etməsi bizim "adımı sənə qoyum, səni yana-yana qoyum" məsələni
xatırladır. Onu da qeyd edək
ki, tarixən Azərbaycana qarşı qərəzli, birtərəfli
fikirlər səsləndirən
ölkələrin belə
məkrli mövqeləri
həmişə həqiqət
qarşısında iflasa
uğramışdır. Kanada
da bu aqibəti
yaşamaqdan sığortalanmayıb.
Azərbaycan bu
gün regionda böyük söz sahibidir, onun imzası olmadan bölgədə heç
bir layihə həyata keçirilmir. Ermənistan artıq anlamalıdır ki, onun saxta, həqiqətin
hətta yanından keçməyən "ittiham"ları
artıq heç nəyə yaramır. Əgər Paşinyan sülhə sarı getmək niyyətindədirsə,
Fransa və Kanada kimi dövlətlərin
ədalətsiz çağırışlarına
bel bağlamamalıdır.
Fransa və Kanada isə Azərbaycanı hədələmək
əvəzinə, Cənubi
Qafqazda barışın
bərqərar olmasına
çalışmalıdırlar, daha... özgənin gözündə tük axtarmamalıdırlar.
Başa düşürük
ki, əgər əvvəl Kanadada ermənilərin sayı 2
min nəfərə yaxın idisə, indi bu rəqəm
100 min nəfərə
çatmaqdadır. Onu
da anlayırıq ki, 1930-cu ildən Sant Katerins şəhərində
erməni kilsəsi fəaliyyət göstərir
(Bu gün isə Kanadada erməni kilsələrinin
sayı daha çoxdur). Üstəlik,
bu şimal bölgəsində Aykazyan kolleci və Zoryan institutu açılmış,
Kanada parlamenti ermənilərin genosidə
məruz qalmasını
təsdiqləyən qərar
qəbul etmişdir. Ermənilər bu gün Kanadanın müxtəlif siyasi, iqtisadi və mədəni həyatına
soxula bilmişlər.
Bu ölkədə hansı keyfiyyətləri
ilə deyə bilmərik, tanınmış
ermənilər də
çoxdur. Amma bütün bunlar əsas vermir ki, dünyanın sayılıb-seçilən, özünü
demokratik sayan bu ölkə ağa qara, düzə əyri, haqqa haqsız desin.
Elə ona görə də Kanadanın xarici işlər naziri Meloni
Jolinin Azərbaycanla bağlı səsləndirdiyi
məlum bəyanat artıq neçə gündür ki, ekspertlər tərəfindən
sərt tənqid olunur. Beynəlxalq münasibətlər sistemində
tanınmış pakistanlı
analitik Xalid Teymur Əkrəm kanadalı
nazirin Azərbaycanın
ünvanına səsləndirdiyi
fikirlərin reallıqdan
uzaq olduğunu, sanksiyaların tətbiqinə
çağırmasını isə erməni diasporunun təsiri altında səsləndirdiyini
bildirir. Digər politoloqlar da Kanadanın xarici işlər nazirinin bəyanatını qərəzli
və onun səthi məlumatlara malik olması ilə bağlayır, sanki nazir kürsüsündən
yox, daşnaksütyun
partiyasının tribunasından
çıxış etdiyini
söyləyirlər.
Ekspertlər belə
hesab edirlər ki, Kanadanın Qafqaz addımları bir neçə fakta bağlıdır: birincisi, bu ölkənin
Fransa ilə məxfi müqaviləsi mövcuddur. İkincisi, bu, sadəcə 44 günlük müharibədən
sonra Kanadanın Türkiyənin siyasətinə
qarşı atdığı
addımdır. Etiraf edək ki, bu
iki amilin hər ikisində həqiqət payı var. Belə olmasaydı kanadalı nazir ermənilərin azərbaycanlılara qarşı
apardığı etnik
təmizləmələrə göz yummaz, "Ay Dat" adlı
radikal erməni təşkilatının
qarşısında çıxış
etməzdi.
Bahadur İMANQULİYEV,
Azərbaycan.-2023.-
4 noyabr, № 242.- S.6.