Ermənistan
hələ müstəqil
dövlət kimi formalaşmayıb
Bu üzdən
sülh müqaviləsinin
bağlanması üçün
qəti qərar verə bilmir
Bu gün Azərbaycan tarixinin qürurlu günlərini yaşayır. 44 günlük
savaşda qələbə
qazanaraq torpaqlarımızın
30 illik işğalına
son qoyduq. Tarixi Zəfərimizlə
düşmənin 200 illik
"böyük Ermənistan"
yaratmaq kimi xəstə ideologiyasını
elə tarixin zibilliyinə atdıq. Ermənilər hələ
də bu sarsıntıdan özlərinə
gələ bilmirlər.
Düzdür, xəstə
düşüncəli siyasətçilər
hələ də Qarabağı geri alacaqlarına ümid edirlər. Ancaq ağlı başında olanlar bilirlər ki, bu, mümkün
olan iş deyil və belə
sevdadan vaz keçmək lazımdır.
Hazırda erməni
cəmiyyəti iki yerə bölünüb.
Birincilər məğlubiyyətlə
barışıb Azərbaycanla
sülh müqaviləsinin
bağlanmasını istəyirlər
və müharibə tərəfdarlarına açıq
şəkildə deyirlər
ki, əgər yeni qarşıdurma olarsa, Ermənistan bir dövlət kimi Yer üzündən
silinəcək. Müharibə
tərəfdarları olan
revanşistlər isə
buna baxmayaraq, yenidən müharibə hesabına "itirilmiş
tarixi torpaqları"
geri qaytarmaq xülyası ilə yaşayırlar. Həm də təkcə yaşamırlar, eyni zamanda bu dəfə
Avropanın, daha dəqiq desək, Fransanın əli ilə Qarabağı geri qaytarmaq barədə çağırışlar
edirlər. Onlara ən tutarlı cavabı isə elə Paşinyan verib: "Heç kim uzaqdan gəlib
bizim əvəzimizə
vuruşmayacaq, onlar isə bölgədədir".
Baş nazir "onlar" deyəndə hərbi-siyasi müttəfiqimiz
olan Türkiyəni nəzərdə tutub.
Sülh və ya müharibə hazırda Ermənistanda müzakirə olunan əsas mövzudur. Düzünü desək,
hər ağızdan bir avaz gəlir.
Hətta erməni siyasətçilərinin bəyanatlarına,
çağırışlarına diqqət yetirdikdə adam məətəl qalır. Belə ki, dünyada dərin iz buraxmış
bir qayda var - qalib tərəf
şərtləri diktə
edir, məğlub tərəf uzaqbaşı
yalvarıb ağır
şərtlərin yumşaldılmasını
xahiş edir. Amma biz bu
gün əksini görürük - sanki qalib tərəf Ermənistandır. Bax buna erməni həyasızlığı deyərlər.
Başqa bir həyaszılıq - ötən
əsrin 90-cı illərində
Qarabağda və onun ətrafında yerləşən rayonlarda
etnik təmizləmə
aparan Ermənistan Azərbaycanı etnik təmizləmədə günahlandırır.
Azərbaycan torpaqlarının
20 faizində xalqımızın
zəhməti ilə tikilən nə varsa hamısını yerlə yeksan edən ermənilər bizimlə təzminat davası aparırlar. Yəqin ki, həyasızlığın bundan
o tərəfi yoxdur.
Ermənistan bu
yaxınlarda bizimlə
sülh müqaviləsi
imzalamaq üçün
3 şərti qəbul
etdiyini bildirdi. Ancaq Azərbaycan bundan əvvəl 5 maddəlik bəndlə sülh təklifi irəli sürmüşdür.
İndi bizə göndərilən 3 maddə
bizim təqdim etdiyimiz 5 bənddə əksini tapan məsələlərdir. Ermənistan
dünyaya özünü
sülh tərəfdarı
kimi təqdim etsə də, əslində, sülhdə
maraqlı deyil. Çünki indiki halda N.Paşinyan sülh müqaviləsini bağlamaqdan qorxur. O, hər zaman terror nəticəsində
onun və ailəsinin məhv edilməsindən çəkinir.
Ermənistanda belə
təcrübə mövcuddur.
"Lazım" gələndə
parlamentə gəlib parlament sədrini, baş naziri, deputatları güllələyirlər.
N.Paşinyanı çəkindirən
çoxsaylı səbəblərdən
biri də budur - can qorxusu.
Bu məsələnin
fundamental tərəfi
indiyədək Ermənistanın
müstəqil dövlət
kimi formalaşa bilməməsidir. Həmişə
bu ölkənin idarəediciləri kənardan
olublar. Formal olaraq prezidenti, baş naziri və s. olsa da, hamısı
formal xarakter daşıyır. SSRİ dağılandan
sonra da Ermənistanın ipi Rusiyanın əlində olub. Xarici siyasəti,
iqtisadiyyatı və hərbi rəhbərliyini
şimal qonşumuz müəyyənləşdirib. Bu gün Ermənistan
siyasi kursunu Qərbə doğru yönəltsə də, Rusiyadan qopa bilməyəcək. Ona görə ki, Ermənistan başqan-ayağa
şimal qonşumuzun mülkiyyətidir. Yəni
bu ölkədə olan bütün strateji obyektlər Rusiyanın tabeliyindədir.
Ermənistanın Rusiyadan
iqtisadi asılılığı
o qədərdir ki, ondan aralanmaq üçün illərlə
vaxt lazımdır. İqtisadi müstəqilliyi
olmayan ölkənin siyasi müstəqillikdən
danışması isə
boşboğazlıqdır.
İndi də Fransa Ermənistanın əvəzinə qərar
verir. O Fransa ki, uzun müddət
Afrikada və Asiyada apardığı imperialist siyasət üzündən oradan qovulub. Çünki həmin ölkələrdə
vaxtaşırı baş
verən dövlət
çevrilişləri Fransanın
əli ilə həyata keçirilib. İndi Fransa bu cür bəd
əməllərini "qara
qitə"də həyata
keçirə bilmədiyi
üçün "kiçik
bacı"sının üzüyola
olmasından istifadə
edib Cənubi Qafqaza soxulmaq istəyir. Təbii ki, Ermənistanın vasitəsi ilə.
Hazırda Ermənistan
cəmiyyətində ən
çox müzakirə
olunan məsələlərdən
biri də sentyabrın 19-20-də Qarabağ
iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirindən sonra ölkəmizdən köç
edən ermənilərin
geri qaytarılmasıdır.
Bu işdə də ən çox canfəşanlıq
edən yenə Fransadır. Status gorbagor olandan sonra bu ölkə
çalışır ki,
ermənilər geri qayıtsın, sonra beynəlxalq arenada məsələni yenidən
qaldırsın. Əvvəla,
Azərbaycanı tərk
edən ermənilərin
hamısının geri
qayıtması mümkün
deyil. Çünki onların çoxu işğal dövründə
Azərbaycan ərazisində
qanunsuz məskunlaşdırılıb. Daha dəqiq desək, onlar müəyyən güzəştlərlə
şirnikləndirilmiş Ermənistan
vətəndaşlarıdır. Qalan qismi isə
xarici ölkələrdən,
xüsusilə Livandan,
Suriyadan köçürülmüş
erməniəsilli əcnəbilərdir.
O üzdən Azərbaycandan
onların geri qaytarılmasına icazə
verilməsini heç
kəs tələb edə bilməz. Biz hələ Azərbaycandan qaçıb gedənlərin
bir çoxunun ölkəmizə, xalqımıza
qarşı hərbi cinayətlər törətdiyini
demirik. Onlar qayıda bilərlər, ancaq bilsinlər: törətdikləri cinayətə
görə layiqli cəzalarını alacaqlar.
O ki qaldı Qarabağ iqtisadi rayonunda yaşamış dinc sakinlərin qayıtmasına, heç
bir problem yoxdur. Buyurub gəlsinlər, Azərbaycan
vətəndaşlığını qəbul edib Azərbaycan bayrağı
altında yaşasınlar.
Hamıya aydındır
ki, bu gün
Azərbaycan tərəfdən
Ermənistan üçün
heç bir müharibə təhlükəsi
yoxdur. Belə olan halda Ermənistanın
Fransa tərəfindən
silahlandırılmasına nə ehtiyac var? Demək, bu ölkənin əsas məqsədi bölgəmizdə daim gərginlik yaradıb Azərbaycana təsir göstərməkdir. Prezident
İlham Əliyevin verdiyi bəyanatlardan və dövlətimizin atdığı qəti addımlardan aydın görünür ki, Azərbaycan Fransanın yeni kolonial siyasətinə
boyun əyməyəcək.
Qərbin sülh
sazişinə mane olmaq üçün əl atdığı oyunlardan biri də sülh müqaviləsinin harada və kimin patronajlığı
ilə bağlanmasıdır.
Fransa özünə
sərf etdiyi variantla sülh müqaviləsinin Avropada bağlanmasını istəyir.
Rusiya sənədin Moskvada imzalanmasını təkid edir. Azərbaycan isə müqavilənin region ölkəsi olan Gürcüstanda bağlanması
təklifini irəli sürüb. Doğru olan da budur.
Çünki Gürcüstan
hər iki tərəflə əlaqələri
olan və bu məsələdə neytral mövqe tutan ölkədir.
Amma nə edəsən ki, Ermənistan milli maraqlarına uyğun qərar vermək iqtidarında olan dövlət deyil. Bu yerdə Anadolu
türklərinin bir deyimi yada düşür:
"Sən canbaza (kəndirbaza) baxma, onun ipinin kimin
əlində olmasına
diqqət et".
Rüstəm
KAMAL,
Azərbaycan.- 2023.- 4 noyabr,
№ 242.- S.6.