Türk dünyasının ilk teatr platformasının təməli Şuşada qoyuldu

 

Bu il "Türk dünyasının mədəniyyət paytaxtı" seçilən Şuşada bir çox silsilə tədbir keçirildi. Bu günlərdə düzənlənən I Beynəlxalq TÜRKSOY Teatr Festivalı bu silsilənin davamı oldu.

Qeyd edək ki, I Beynəlxalq TÜRKSOY Teatr Festivalı türk dünyasında ilk dəfə təşkil edilir. Oktyabrın 31-də başlayan noyabrın 4-dək davam edən bu möhtəşəm tədbir Şuşada Bakıda keçirilib.

Festival Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 TÜRKSOY-un 30 illik yubileyləri münasibətilə təşkil edilib.

Beynəlxalq teatr festivalında TÜRKSOY-a üzv ölkələrdən - Özbəkistandan Səmərqənd Musiqili Dram Teatrı, Qırğızıstandan Kasımalı Jantoşev adına İssıkgöl Musiqili Dram Teatrı, Qazaxıstandan Türküstan Musiqili Dram Teatrı, Türkiyədən İstanbul Dövlət Teatrı Məhdimqulu adına Türkmənistan Dövlət Musiqili Dram Teatrının kollektivləri iştirak edir. Beynəlxalq tədbirdə, eyni zamanda türk dünyasının tanınmış teatr mütəxəssisləri, səhnə xadimləri bir araya gələrək qardaş ölkələrdə bu sahənin inkişaf məsələlərini müzakirə edirlər.

Oktyabrın 31-də festival çərçivəsində Şuşada TÜRKSOY-a üzv ölkələrin dövlət teatrları rəhbərləri şurasının 9-cu toplantısı keçirildi. Toplantıda TÜRKSOY-a üzv ölkələr Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan, eləcə təşkilatın müşahidəçi üzvləri Şimali Kipr Türk Cümhuriyyəti Qaqauz Yerindən (Moldova) dövlət teatrlarının rəhbərləri iştirak etdilər.

Toplantıdan öncə qonaqlar Şuşa şəhərinin bənzərsiz təbiət mənzərələrini seyr etdilər, tarixi məkanları ilə tanış oldular. Onlar şəhərin tarixi, qala divarlarının tikilməsi barədə məlumatlandırıldılar. Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qalanın uzun müddət şəhəri xarici müdaxilələrdən qoruduğu qeyd edildi. Ermənistanın işğalının davam etdiyi otuz ilə yaxın müddətdə Şuşanın qala divarları da erməni vandalizminə məruz qaldı.

Qonaqlara Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin bələdçisi şəhər barədə məlumat verdi. Şuşanın məhəllələri, Xan qızı bulağı, Şuşa qalasının Gəncə qapısı, Yuxarı Gövhər Ağa məscidi, Mehmandarovların malikanəsi, Qazançı kilsəsi haqqında danışdı. Həmçinin qonaqlar Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini ziyarət etdilər.

İşğal dönəmində mədəniyyət abidələrimizə ermənilər tərəfindən vurulan ziyan barədə qonaqlara məlumat verildi. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanıldığı vurğulandı. Hazırda Şuşa şəhərinin əsl siması özünə qaytarılır,  tarixi mədəniyyət abidələri bərpa olunur.

Şuşada TÜRKSOY-a üzv ölkələrin dövlət teatrları rəhbərləri şurasının 9-cu toplantısında bu təşkilatın 30 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirildi.

Tədbirdə çıxışlar dinlənildi. Qeyd olundu ki, keçirilən beynəlxalq teatr festivalı türk xalqlarının səhnə sənətinin, dilinin, adət-ənənələrinin təbliğinə böyük töhfədir. Sonra TÜRKSOY-a üzv ölkələrin dövlət teatrları rəhbərləri şurasının 9-cu toplantısının birgə bəyannaməsi imzalandı. Həmin sənəddə türk xalqlarının teatr sahəsində əməkdaşlığın genişləndirilməsi, səhnə işi üzrə sənət mübadiləsi digər  məsələlər əksini tapdı.

Bildirildi ki, TÜRKSOY-a üzv ölkələrin dövlət teatrları rəhbərləri şurasının 10-cu toplantısı 2024-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilmiş Türkmənistanın Anev şəhərində keçiriləcək.

I Beynəlxalq TÜRKSOY Teatr Festivalının əhəmiyyəti festival çərçivəsində Bakıda keçirilən tədbirlərdə qeyd olundu. TÜRKSOY-un baş katibi Sultan Raev noyabrın 1-də Bakıda, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən mətbuat konfransında bu festivalın türkdilli ölkələrin teatrlarının inteqrasiyası üçün çox önəmli olduğunu vurğuladı: "Bu günə qədər türk dünyasında teatr platforması yox idi. Ona görə sözügedən festival türkdilli ölkələrin teatrlarının bir-birinə inteqrasiyasına mühüm töhfə verəcək".

I Beynəlxalq TÜRKSOY Teatr Festivalının açılış mərasimi həmin gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında oldu.

 

Z.FƏRƏCOVA,

Azərbaycan.-2023.- 4 noyabr, № 242.- S.8.