Sənət aləmində dərin iz qoyan aktrisa

 

Qarabağın dilbər guşəsi olan Şuşa Azərbaycan ədəbiyyatının, incəsənətinin, teatrının inkişafında çox mühüm rol oynayıb. Hələ 1848-ci ildə Şuşada tamaşa nümayiş etdirilən iki böyük məkan mövcud olub. Onlardan biri mərkəzi-teatr idi. Tarixi mənbələrdən məlum olur ki, XIX əsrin ortalarından Şuşanın mədəni həyatında böyük canlanma başlayıb.

Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadə yazdığı komediyaları nümayiş etdirmək üçün 1852-ci ildə teatr tamaşalarına böyük maraq göstərən Şuşa qalasına gəlib. Bu gözəl şəhərdə arzularını reallaşdırıb.

Qabaqcıl Azərbaycan ziyalıları, sonralar Qori seminariyasını bitirən müəllimlər Şuşada teatr tamaşaları səhnələşdirir, eyni zamanda bu tamaşalarda "aktyor" kimi çıxış edirdilər. Şuşada qabaqcıl müəllim ziyalı qüvvələri Yusif bəy Məlikhaqnəzərovun rəhbərliyi ilə yay tətilləri zamanı klubda Xandəmirovun teatrında müntəzəm olaraq tamaşalar təşkil edirdilər. Daha çox M.F.Axundzadənin komediyalarını səhnəyə qoyurdular.

Bütün bunlara əsaslanıb demək olar ki, möhtəşəm təbiəti istedadlı insanları ilə yanaşı, Şuşa həm bütün zamanlarda ədəbiyyat incəsənət beşiyi olub. Dəyərli araşdırmaçı Firudin Şuşinski yazırdı: "XIX əsrin 90-cı illərində Şuşada xeyli musiqili ədəbi incəsənət məktəbləri olmuşdur. Bunlardan musiqişünaslar məclisini, xanəndələr məclisini, xəttatlar məclisini, nəqqaşlar məclisini nüsxəbəndlər məclisini fərəh hissi ilə söyləmək olar".

Şuşada dünyaya göz açıb sənət aləminin zirvələrinə yüksələnlərin xalqımızın mənəviyyatı mədəniyyəti üçün özlərini fəda etmələri danılmaz həqiqətdir. O da həqiqətdir ki, Azərbaycanın mədəniyyət incəsənətinə töhfə vermiş bu insanlar Şuşa teatr mühitinin yetirmələridir. Onların hər birinin adı mədəniyyət incəsənət tariximizə ədəbi olaraq böyük hərflərlə həkk olunub. Həmin insanlara xalqımızın böyük rəğbəti məhəbbəti var. O işıqlı insanları bir xatırlayaq: Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir bəy Hacıbəyli, Mirzə Muxtar, Haşım bəy Vəzirov, Nəcəf bəy Vəzirov, Zülfüqar Hacıbəyli, Əhməd Ağdamski, Əfrasiyab Bədəlbəyli, Soltan Hacıbəyli, Bülbül, Niyazi, Mehdi Məmmədov, Şəmsi Bədəlbəyli, Barat Şəkinskaya, Süleyman Ələsgərov, Məhluqə Sadıqova, Cəlil Bağdadbəyov, Heydər Şəmsizadə, Zakir Bağırov, Əşrəf Abbasov, Məhərrəm Əlizadə, Nəsir Sadıqzadə...

Teatrımızı, mədəniyyətimizi daha da zənginləşdirən tanınmış sənətkarlardan biri Azərbaycanın Xalq artisti, məlahətli səsi ilə qəlbləri sehrləyən, ürəkləri fəth edən aktrisa Məhluqə Sadıqovadır.

Məhluqə Ələsgər qızı Sadıqova 28 aprel 1917-ci ildə Şuşa şəhərində dünyaya göz açıb. Beş il şəhərdəki 1 nömrəli qız məktəbində oxuyub. 1930-cu ildə ailəsi Bakıya köçüb. Məhluqə xanım şəhərdəki 6 nömrəli məktəbdə yeddinci sinfi bitirib. 1936-cı ildə Bakı Tibb Texnikumunun Diş texniki fakültəsini qurtarıb. Tibb təhsili aldığı illərdə rəqs dram dərnəklərində iştirak edib. Onun yüksək bacarığını nəzərə alan Akademik Milli Dram Teatrının rəhbərliyi 1936-cı il sentyabrın 27-də Məhluqə Sadıqovanı truppaya götürüb. Həmin vaxtdan da, o, həyatını teatra, sənətə bağlayıb. Aktrisa az, çox düz 54 il bu teatrda çalışıb. Yüzlərlə rola yeni nəfəs verib. 1992-ci ildən isə yenicə yaradılmış Bakı Bələdiyyə Teatrında çalışmağa başlayıb.

Aktrisa Məhluqə Sadıqova üslub forma, məzmun mahiyyət, estetik dəyər psixoloji tutum baxımından bütün janrlarda hazırlanmış tamaşalarda iştirak edib. Lakin əsas uğurlarını daha çox xarakterik səhnə surətlərinin ifasında qazanıb.

Tamaşaçılar Məhluqə xanımı daha çox həftədə bir dəfə radio dalğalarında yayımlanan "Bulaq" verilişindən tanıyırlar. 40 ildən çox bu verilişin bənzərsiz aparıcılarından olub. Aktrisanın səsində bir bulaq duruluğu, su saflığı var idi. Məhz elə buna görə dinlənilirdi, sevilirdi. Möcüzə idi bu səs. Şuşanın möcüzəsiAydın səlis diksiyası, ifadəli səhnə danışığı Məhluqə xanımın oynadığı kiçikli, böyüklü bütün rollara dolğunluq bütövlük gətirirdi.

Həyat verdiyi obrazlarda xarakterik ifadə vasitələrinə üstünlük verən Məhluqə Sadıqova Azərbaycan Milli Dram Teatrının səhnəsində Nadya, Pəri, Yaxşı, Gülüş, Turac, Sona ("Oqtay Eloğlu", "Solğun çiçəklər", "Almaz", "Sevil", "Dönüş" "1905-ci ildə", Cəfər Cabbarlı), Süd ("Göy quş", Moris Meterlink), Qiasinta ("Skapenin kələkləri", Jan Batist Molyer), Sayad, Səlimə, Şamama cadu Zərnigar ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Hərəmxana qarısı, Fitnə, Mehriban ("Vaqif", "Fərhad Şirin" "Xanlar", Səməd Vurğun) başqa  rolları böyük ustalıqla ifa edib. Özündən sonra sənət aləmində dərin iz qoyub.

Məhluqə Sadıqovanın mədəniyyətimizin, teatrımızın inkişafındakı xidmətləri zaman-zaman dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. "Əməkdə fərqlənməyə görə" medalı, "Azərbaycan SSR Əməkdar artisti" "Azərbaycan SSR Xalq artisti" fəxri adlarına layiq görülmüşdür. Aktrisa 2003-cü il avqust ayının 15-də vəfat etmişdir.

Məhluqə Sadıqova elə yaddaşlarda Şuşanın mirvarisi, möcüzəsi, gözəlliyinin təcəssümü kimi qalacaq.

 

Vahid MƏHƏRRƏMOV

Azərbaycan.-2023.- 4 noyabr, № 242.- S.8.