Türk
əsrinin Azərbaycan
zamanı
İlham Əliyevin Türk Dövlətləri Təşkilatının
vahid güc mərkəzinə çevrilməsi
üçün irəli
sürdüyü təşəbbüslər
liderlərin tam dəstəyini aldı
Türkdilli ölkələr
arasında strateji tərəfdaşlığın yeni inkişaf mərhələsinə qədəm
qoyması Türk Dövlətləri Təşkilatının
(TDT) getdikcə vahid güc mərkəzinə
çevrildiyini söyləməyə
əsas verir.
Son illərdə
türkdilli dövlətlərin
başçıları arasında
təmasların yeni formatda davam etdiyinin şahidi oluruq. Təmasların mütəmadi xarakter almasında isə Azərbaycan Prezidentinin fəaliyyəti danılmazdır.
İlham Əliyev türkdilli dövlətlərlə
əlaqələrin inkişaf
etdirilməsini mühüm
prioritet məsələlərdən
biri hesab edir və qardaş
ölkələrlə iqtisadi,
siyasi, humanitar, həmçinin digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində
məqsədyönlü siyasət
yürüdür. Bütün
bunların nəticəsidir
ki, son illərdə
türk dövlətləri
arasında əlaqələr
hər sahədə intensiv xarakter alıb və dövrün tələblərinə,
baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir. Türk Dövlətləri
Təşkilatına üzv
ölkələrlə əlaqələrin
bütün sahələrdə
möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.
Noyabrın 3-də təşkilatın
Astanada keçirilən
"Türk Əsri"
çağırışı altında 10-cu yubiley Zirvə görüşü
həm əvvəlki dövrdə atılan addımları dəyərləndirmək,
həm də bu addımlara əsasən gələcək
prioritetləri müəyyənləşdirmək
baxımından əhəmiyyətli
oldu.
Görüşdə liderlər arasında aparilan müzakirələrə,
təşkilatın artan
imkanları fonunda səslənən fikirlərə
əsasən deyə bilərik ki, dünyada yeni qurulan siyasi nizamda türk coğrafiyası TDT çətiri
altında yeni güc mərkəzlərindən
birinə çevrilir.
Əsas hədəf bu birliyi daha
da gücləndirmək,
istisadi əlaqələri
getdikcə şaxələndirməkdir.
Naxçıvandan başlayan
uğurlu yol
Azərbaycan həmişə
türk dünyasının
mütəşəkkilliyi üçün mühüm
addımlar atıb, bu istiqamətdə yüksək töhfələr
verib. Bütün dövrlərdə türk
dövlətlərinin birliyi
amallarına sadiq qalan Azərbaycanın bu istiqamətdə təşəbbüslərindən biri də Türk
Şurasının yaradılması
ilə bağlı sazişin məhz ölkəmizdə imzalanmasıdır.
14 il öncə,
2009-cu ildə Naxçıvanda
keçirilən toplantıda
imzalanan sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurası (Türk
Şurası) yaradılıb.
Həmin zaman sazişi dörd ölkənin rəhbərləri
- Azərbaycan, Qazaxıstan,
Qırğızıstan və
Türkiyə prezidentləri
imzalayıblar. Lakin illər ötdükcə,
xüsusilə son dövrlər Azərbaycanın
və Türkiyənin
liderliyi təşkilata
üzv ölkələr
arasında əməkdaşlıq
və əlaqələri
genişləndirib. 2021-ci ilin
noyabrında şura Türk Dövlətləri
Təşkilatına (TDT) çevrilib
və onun üzvlərinin sayı artıb. Hazırda təşkilatın 5 əsas
- Azərbaycan, Türkiyə,
Qazaxıstan, Qırğızıstan,
Özbəkistan və
2 müşahidəçi üzvü - Macarıstan və Türkmənistan var. Birliyin üzvləri bütün beynəlxalq təşkilatlarda hər zaman bir-birini dəstəkləyir, eyni zamanda iqtisadi, siyasi əlaqələri durmadan genişləndirir,
neft-qaz resurslarını
Avropaya nəql edirlər.
Bu gün türk dünyası 200 milyondan çox insanın yaşadığı
geniş bir coğrafiyanı əhatə
edir. TDT-yə üzv ölkələrin
coğrafi mövqeyinə
diqqət yetirsək, görərik ki, onlar şərqdən qərbə tam bir nəqliyyat marşrutu - Orta dəhliz təşkil edir. Heç şübhəsiz, Azərbaycan
bu marşrutda aparıcı rola malikdir. Çünki şərqlə qərbin
qovuşuğunda yerləşən
ölkəmiz mühüm
tranzit mövqeyə sahibdir.
Ümumilikdə 4,8 milyon
kvadratkilometr əraziyə,
1,4 trilyon dollar dəyərində ümumi
daxili məhsula və 855 milyard dollardan çox ticarət dövriyyəsinə
malik türk dövlətləri böyük
iqtisadi potensiala, enerji resurslarına, geniş nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdirlər. Türk dövlətləri
dünyanın ümumi
ticarət dövriyyəsinin
2,4 faizini və qlobal ümumi daxili məhsulun 1,6 faizini təşkil edirlər.
Dünyada cərəyan
edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi
Orta dəhlizin əhəmiyyəti artmaqdadır.
Azərbaycan Prezidentinin
uzaqgörən siyasəti
nəticəsində ölkəmizdə
müasir nəqliyyat-logistika
infrastrukturu yaradılıb.
Bu gün Orta dəhlizlə yükdaşımaların həcmi
nəzərəçarpacaq dərəcədə artmaqdadır.
Təsadüfi deyil ki, 2023-cü ilin yanvar-avqust aylarında
Trans-Xəzər Beynəlxalq
Nəqliyyat Marşrutu
üzrə yükdaşımaların
dinamikası ötən
ilin müvafiq dövrü ilə müqayisədə 85,3 faiz
artaraq 1,7 milyon tondan çox olub. Bu artım
Azərbaycanın da həmin ölkələrlə
iqtisadi əlaqələrinə
öz təsirini göstərib.
İlham Əliyevə
böyük ehtiram
Bu Zirvə görüşündə ilk
diqqətçəkən məqam
liderlərin Azərbaycan
Prezidentinin həyata keçirdiyi müstəqil
siyasətə, təşkilatın
daha da güclənməsi
istiqamətində irəli
sürdüyü təşəbbüslərə
verdikləri yüksək
dəyər oldu.
Qazaxıstan Prezidenti
Kasım-Jomart Tokayev ev sahibi kimi
ilk çıxışında
İlham Əliyevi və Azərbaycan xalqını ölkəmizin
ərazi bütövlüyünün
bərpası münasibətilə
təbrik edərək
dedi: "Hörmətli
İlham Heydər oğlu Əliyevi və Azərbaycan xalqını dövlətçiliyin
möhkəmləndirilməsi münasibətilə təbrik
edirəm. Ölkəniz
ərazi bütövlüyünü
bərpa edib və yeni inkişaf
mərhələsinə qədəm
qoyub. Bu tarixi addım Birləşmiş Millətlər
Təşkilatının Nizamnaməsinə
və Təhlükəsizlik
Şurasının qətnamələrinə
uyğun olaraq atılıb".
Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan çıxışında
Azərbaycanın ərazi
bütövlüyünü bərpa etməsinin bütün türk dövlətlərində qürur
doğurduğunu və
bunun sülh üçün geniş imkanlar açdığını
vurğulayaraq dedi ki, can Azərbaycan
Qarabağın otuzillik
işğalına Vətən
müharibəsindən sonra
birdəfəlik son qoyub: "Bu tarixi uğurdan son dərəcə qürur və sevinc hissi duyuruq.
Bununla da bölgəmizdə davamlı
sülhə bir addım da yaxınlaşdıq.
Açılan fürsət
pəncərəsinin dəyərləndirilməsi
ən böyük arzumuzdur. Ermənistanın
Azərbaycan qarşısında
götürdüyü öhdəlikləri
yerinə yetirməsi vacibdir. Azərbaycanın qərb bölgəsi ilə Naxçıvanı
birləşdirəcək kommunikasiya
xəttinin həyata keçirilməsi də böyük önəm daşıyır. Bu xəttin açılması
bütün bölgə
ölkələrinin rifahına
ciddi töhfə verməklə yanaşı,
Türkiyəni də
ata yurdumuz olan Orta Asiya
ilə birləşdirəcək.
Bu prosesin uğurla başa çatdırılması üçün
türk dünyası
olaraq Azərbaycana dəstəyimizi davam etdirməliyik".
Özbəkistan Prezidenti
Şavkat Mirziyoyev Zirvə görüşündəki
çıxışında son illər Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycanın
qazandığı uğurlardan
söz açdı:
"Sizin də yaxşı bildiyiniz kimi, dost Azərbaycan
xalqı türk dünyasında layiqli yer tutur, böyük
hörmətə və
nüfuza malikdir. Azərbaycan xalqı son illər əziz dostum İlham Heydər oğlunun rəhbərliyi
ilə möhtəşəm
uğurlar əldə
edir".
Şavkat Mirziyoyev
həmçinin Azərbaycanın
işğaldan azad olunmuş ərazilərdə
həyata keçirdiyi
genişmiqyaslı tədbirlərdən
danışaraq bildirdi
ki, tarixi ədalət zəfər çaldı. Bu gün Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın quruculuq ərazisinə çevrilməsi istiqamətində
mühüm nəticələr
əldə olunur:
"Avqust ayında Şuşa və Füzuli şəhərlərində
olarkən irimiqyaslı
quruculuq işlərinin,
müasir infrastrukturun
yaradılmasının, dağıdılmış
mədəni irs obyektlərinin bərpasının
şəxsən şahidi
oldum. Azərbaycan xalqını böyük
Zəfər - ölkənin
ərazi bütövlüyünün
tam bərpası münasibətilə bir daha səmimi-qəlbdən
təbrik edirəm".
Qırğız Prezidenti
Sadır Japarov Azərbaycanın suverenliyinin
bərpası istiqamətində
hər zaman mühüm addımlar atdığını qeyd
edərək dedi ki, Qırğızıstan
Azərbaycanın beynəlxalq
səviyyədə tanınmış
sərhədləri çərçivəsində
ərazi bütövlüyünü
dəstəkləyir.
Azərbaycanın uğurlarını
görüş iştirakçılarının
diqqətinə bir daha çatdıran Macarıstanın Baş naziri Viktor Orban
isə regionda sabitliyə nail olunması istiqamətində
göstərdiyi səylərdə
və Qarabağın
bərpası işlərində
İlham Əliyevə
uğurlar arzuladı,
qazanılan nailiyyətlərə
görə onu təbrik etdi.
Bütün bunlar,
əlbəttə ki, Azərbaycana, onun lideri İlham Əliyevə verilən yüksək dəyərin
bariz təcəssümüdür.
Azərbaycan türk
dövlətlərinin iqtisadiyyatına
20 milyard dollardan çox sərmayə yatırıb
Zirvə görüşündə
çıxış edən
İlham Əliyev isə bir daha
bəyan etdi ki, türk dövlətləri
ilə münasibətlərin
möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.
Etnik və mədəni köklərimiz,
dilimiz, ortaq keçmişimiz münasibətlərimizin
təməlini təşkil
edir. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən
müddət ərzində
müxtəlif sahələrdə
əməkdaşlıq təsisatlanıb,
Türk Dövlətləri
Təşkilatı uğurlu
inkişaf yolu keçib. Bu gün təşkilat beynəlxalq səviyyədə
böyük siyasi çəkiyə və nüfuza malikdir.
Azərbaycanın türk
dövlətlərinin iqtisadiyyatına
20 milyard dollardan çox sərmayə qoyduğunu da vurğulayan İlham Əliyev dedi ki, bunun əsas
hissəsi Türkiyəyə
qoyulan sərmayədir.
Prezident diqqətə
çatdırdı ki,
artıq birgə sərmayə fondlarının
yaradılması prosesi
də başlayıb.
Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan
İnkişaf Fondu yaradılıb. 2022-ci ilin
müvafiq dövrü
ilə müqayisədə
2023-cü ilin yanvar-sentyabr
aylarında Azərbaycanın
türk dövlətləri
ilə ticarət dövriyyəsi 40 faiz artıb. Münasibətlərin
inkişafı kontekstində
nəqliyyat və logistika sahələri mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib. Ölkəmiz
"Şərq-Qərb" nəqliyyat dəhlizinin dayanıqlı fəaliyyətinə
dəyərli töhfəsini
verir.
İlham Əliyev
eyni zamanda Şanlı Zəfərimizin
yaratdığı reallıqlardan,
hazırda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən böyük
tikinti-quruculuq prosesindən
də bəhs edərək bu prosesdə öz dəstəyini əsirgəməyən,
həmçinin Şuşa
şəhərinin 2023-cü il üçün türk dünyasının
mədəniyyət paytaxtı
elan edilməsində verdikləri dəstəyə
görə qardaş ölkələrin liderlərinə
minnətdarlığını bildirdi.
Yeni transmilli layihələr
TDT-nin gücünü daha da artıracaq
Zirvə
görüşündə həmçinin türk dövlətlərinin
nəqliyyat-tranzit imkanlarının, enerji ixraclarının
daha da şaxələndirilməsi istiqamətində də
müzakirələr aparıldı.
Türk dövlətləri
arasında enerji sahəsində əməkdaşlığın
gücləndirilməsi istiqamətində də
ardıcıl tədbirlərin
reallaşdırıldığını vurğulayan Prezident
Rəcəb Tayyib Ərdoğan qeyd etdi ki, nəhəng enerji
və nəqliyyat infrastrukturu layihələri türk dövlətləri
arasında daim əsas və mühüm əməkdaşlıq
sahəsi olub. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum
təbii qaz boru kəmərləri və Trans-Anadolu boru kəməri
bunun konkret nümunələridir. Xəzərin təbii
qazının Türkiyəyə və Avropaya nəqli həm
türk dövlətlərinin rifahına, həm də
Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək:
"Ölkələrimiz arasındakı nəqliyyat şəbəkəsini
inkişaf etdirmək hədəfini də xüsusi
vurğulamalıyıq. Bu düşüncə ilə Xəzərdən
keçən Orta dəhlizin rolunun artırılması istiqamətində
səylərimizi davam etdiririk".
Türkmənistan
Parlamenti Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov
türk dövlətləri arasında reallaşdırılan
layihələrdən danışaraq dedi ki,
Qırğızıstan, Özbəkistan, Türkmənistan
marşrutu boyunca Xəzər dənizinədək uzanacaq,
sonra Azərbaycana və Türkiyəyə qədər
genişləndiriləcək nəqliyyat dəhlizinin
yaradılması üzərində iş gedir. Hazırda
Türkmənistan qonşu və qardaş ölkələr
olan Özbəkistana və Azərbaycana təbii qaz ixrac edir.
Eyni zamanda Türkmənistan qazının Xəzər dənizi
və Azərbaycan vasitəsilə Türkiyəyə və gələcəkdə
dünya bazarına ixrac edilməsi imkanları da var.
Bütün
bunlar Azərbaycan üçün ikiqat əhəmiyyətlidir.
Çünki güclənən məhz türk birliyidir. Bu
birlik və yüksək əlaqələrdə isə Azərbaycan
mərkəzi rol alıb və proseslərdə təşəbbüskar
şəxsən İlham Əliyevdir. Azərbaycan Prezidenti
mühüm təşəbbüsləri ilə TDT-nin vahid
güc mərkəzinə çevrilməsi prosesinə
müsbət impuls verir.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2023.-
5 noyabr, № 243.- S.6.