Milli hədəf

 

Qarabağ Şərqi Zəngəzurun bərpası dövlət büdcəsinin prioritetlərindən biridir

 

Qarabağa Şərqi Zəngəzura qayıdışı milli çağırış kimi xarakterizə edən Prezident İlham Əliyevin şəxsi nəzarəti altında tarixi ərazilərimizdə sürətli bərpa quruculuq işləri aparılır. Ötən üç il müddətində dövlət büdcəmizin prioriteti məhz bu milli hədəfə nail olunması istiqamətindədir. 

Xatırladaq ki, 2020-2022-ci illər ərzində Qarabağ Şərqi Zəngəzurda gerçəkləşdirilən bərpa-quruculuq işləri ilə əlaqədar dövlət büdcəsindən təqribən 6,6 milyard manat məbləğində vəsait ayrılıb. 2023-cü ilin dövlət büdcəsində Böyük qayıdış proqramının icrası üçün 5,3 milyard manat, gələn ilin büdcəsində isə Qarabağ Şərqi Zəngəzurun bərpasına 4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.

Noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının "Türk Əsri" çağırışı altında 10-cu yubiley Zirvə görüşündəki çıxışında Prezident İlham Əliyev diqqətə çatdırdı ki, üç il əvvəl Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı:  "Bu məqsədlə artıq Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il ən azı 2,4 milyard ABŞ dollarının ayrılacağı nəzərdə tutulur".

 

Böyük qayıdış proqramı uğurla icra olunur

 

Qayıdışa sürətli hazırlıq görülən Qarabağ Şərqi Zəngəzurda müasir infrastruktur layihələri həyata keçirilir, dəmir yolları, avtomobil yolları, tunellər çəkilir, elektrik enerjisi, su təchizatı digər mühüm işlər görülür, "ağıllı kənd şəhərlər" salınır. Artıq  bu ərazilərdə iki beynəlxalq hava limanı - Füzuli Zəngilan hava limanları tikilərək istifadəyə verilib. Laçın Beynəlxalq Hava Limanının isə tikintisi həyata keçirilir.

Tarixi yurdlarımızda həyata keçirilən bütün bu işlərə şəxsən nəzarət edən dövlət başçısı İlham Əliyev mütəmadi həmin bölgələrə səfərlər edərək yeni təməllər qoyur, açılışlar edir.

Bu il sentyabrın 29-da Zəngilanda keçirilən "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi" mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev söylədi ki, Böyük qayıdış proqramı onun icrası artıq imkan vermişdir ki, keçmiş məcburi köçkünlər Laçın şəhərinə qayıtsınlar, Füzuli şəhərinə qayıtsınlar, Ağalı kəndinə qayıtsınlar, Talış Zabux kəndlərinə qayıtsınlar: "Yəni bu gün 8 şəhər 92 kəndin baş planı artıq təsdiqlənib 30 kəndin təməli qoyulub. Qarşıdan gələn illərdə çox böyük, irihəcmli yaşayış layihələri həyata keçiriləcək, xüsusən Şuşa digər şəhərlərdə. Bu, bizim proqramın tərkib hissəsidir".

 

Zəfərin qayıdış töhfəsi

 

30 il ərzində vəhşicəsinə dağıdılan, daşı daş üstündə qalmayan yurdlarımız bir-bir abadlaşdırılır, qurudulmuş bulaqları, çayları yenidən çağlayır, qırılmış meşələri pöhrələyir.

Qarabağ Şərqi Zəngəzura Böyük qayıdışa start verilməsi, minlərlə keçmiş məcburi köçkünün Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış, Laçın rayonunun Zabux, eləcə Füzuli Laçın şəhərlərinə qaytarılması isə, heç şübhəsiz, Şuşa Zəfərinin xalqımıza bəxş etdiyi misilsiz töhfədir.

İndiyədək 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndinə, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndinə, 315 ailə (1205 nəfər) Laçın şəhərinə, 258 ailə (928 nəfər) Füzuli şəhərinə, 21 ailə (94 nəfər) Laçın rayonunun Zabux kəndinə köçürülüb.  Ümumilikdə,  bu günədək 3188 keçmiş məcburi köçkün dədə-baba yurdunda əbədi xoşbəxt həyata başlayıb.

2026-cı ilin sonunadək isə Qarabağa Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur.

Tarixi yurdlarımızda aparılan mühüm bərpa-quruculuq işləri, ard-arda həyata keçirilən qayıdış prosesləri dövlətimiz tərəfindən Böyük qayıdış proqramının uğurla icra edilməsinin parlaq təzahürləridir.

Bu sevincli qürurverici işlər Prezident İlham Əliyevin hər zaman fərəhlə səsləndirdiyi kimi, bu torpaqların əsl sahiblərinin qayıdışının təntənəsidir.

 

  Yasəmən MUSAYEVA,

Azərbaycan.- 2023.- 5 noyabr, № 243.- S.7.