Türk
dövlətləri beynəlxalq
siyasətdə də
ortaq mövqeyə sahibdirlər
"Türk Dövlətləri
Təşkilatının (TDT) 10-cu Zirvə toplantısı türk dünyası üçün mühüm
əhəmiyyətə malikdir.
Bu sammit əvvəlki illərdə
həyata keçirilən
vacib işlərlə
yanaşı, gələcək
prioritetləri müəyyənləşdirmək
baxımından da xüsusi önəm daşıyır. Zirvə
toplantısında bütün
türk dövlətlərinin
liderlərinin bir araya gəlməsi həm də onlar arasında dostluq və qardaşlıq münasibətlərinin
inkişafından xəbər
verir. Bunda Azərbaycan və Türkiyənin böyük
rolu var. Çünki iki qardaş ölkənin bütün sferalarda inkişafda olan münasibətləri digər
türk dövlətlərinin
də təşkilata
cəlb edilməsinə
imkan yaradıb".
Bu fikirləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin deputatı
Məlahət İbrahimqızı
deyib. Deputat bildirib ki, Türk
Dövlətləri Təşkilatının
10-cu Zirvə toplantısı
türk dünyası
tarixinin əlamətdar
hadisələrindəndir: "Zirvə toplantısında
TDT-yə üzv olan, eləcə də müşahidəçi
qismində iştirak edən bəzi ölkələrin prezidentləri
və ya baş nazirlərinin iştirakı mühüm
əhəmiyyət kəsb
edir. Bu sammitin şüarının
da "Türk Əsiri" adlandırılması
təsadüfi deyil. Bu, həqiqətən də türk xalqlarının həyatında
yeni bir mərhələnin başlayacağına
işarədir".
Deputat Prezident İlham Əliyevin sammitdəki çıxışına
diqqət çəkərək
bildirib ki, dövlət başçısı
Zirvə toplantısında
bir daha türk dövlətlərinin
birliyinin və əməkdaşlığının önəmini vurğulayıb
və Azərbaycanın
Türk Dövlətləri
Təşkilatına üzv
olan ölkələrlə
ikitərəfli və
çoxtərəfli əməkdaşlığına
xüsusi diqqət ayırdığını qeyd
edib: "Dövlət
başçısı həmçinin
yaxın keçmişə
qiyabi ekskursiya edərək Azərbaycanın
beynəlxalq aləmdə
artan nüfuzu, 30 il ərzində üzləşdiyimiz işğal
problemi, eləcə də 44 günlük Vətən müharibəsində
qazandığımız parlaq
qələbəmiz barədə
söz açıb. Prezident İlham Əliyevin dediyi kimi, bu gün
baş verən qlobal təhlükələr
fonunda türk dövlətlərinin daha
sıx birləşməsi,
daha sürətli və çoxtərəfli
inkişaf etməsi vacibdir".
Məlahət İbrahimqızının
sözlərinə görə,
bu sammit eyni zamanda türk
dövlətlərinin artıq
beynəlxalq siyasətdə
də ortaq mövqe sərgilədiklərindən
xəbər verir. Dəyişkən geosiyasi
mühitdə bu həmrəyliyin nümayiş
etdirilməsi mütləqdir.
Deputat hesab edir ki, türk
xalqları məhz bu təşkilatın atdığı lazımi
addımlar nəticəsində
dünyanın güc
mərkəzlərindən birinə çevriləcək.
Nəzrin QAFARZADƏ,
Azərbaycan.- 2023.- 5 noyabr, № 243.- S.6.