Parlamentdə
“Mina təhlükəsi
ilə mübarizə
- partlayıcı sursatların
ekosistemə təsiri”
mövzusunda dinləmə
keçirilib
Noyabrın 4-də parlamentin
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iş planına əsasən, Milli Məclisdə “Mina təhlükəsi ilə
mübarizə - partlayıcı
sursatların ekosistemə
təsiri” mövzusunda
ictimai dinləmə keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri
giriş sözü ilə açan Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Vətən müharibəsindən sonra
işğaldan azad edilmiş ərazilərə
qayıdışla bağlı
ən böyük çətinliyin minalanmış
ərazilərin təmizlənməsi
olduğunu deyib. O qeyd edib: “Təsadüfi
deyil ki, Prezident, Ali Baş Komandan İlham Əliyev BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin
iqtisadi, sosial və ekoloji aspektləri əhatə edən prinsipləri sırasına mina təhlükəsinin əlavə
olunmasını təklif
edib, həmçinin Qoşulmama Hərəkatında
mina təhlükəsinə
məruz qalmış
ölkələrin həmfikirlər
qrupunun yaradılması
sahəsində intensiv
iş aparılır”.
Komitə sədri
bildirib ki, Ermənistan sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri
törətməklə yanaşı,
regionun ekoloji təhlükəsizliyinə də
ciddi zərər vurub və vurmaqda
davam edir. Ermənistanın münbit
torpaqlara, su hövzələrinə, atmosferə,
meşə fonduna, flora və faunaya,
mineral sərvətlərə
və enerji mənbələrinə vurmuş
olduğu zərər
təkcə ölkəmizdə
deyil, bütövlükdə
regionda ekoloji tarazlığın pozulması
ilə nəticələnib.
Sonra Azərbaycanın
ekologiya və təbii sərvətlər
naziri Muxtar Babayev “Mina təhlükəsi
ilə mübarizədə
ekoloji tarazlığın
qorunması”, kənd təsərrüfati naziri
Məcnun Məmmədov
“İşğaldan azad
edilmiş ərazilərdə
mina təhlükəsinin
kənd təsərrüfatı
fəaliyyətinə yaratdığı
çətinliklər” mövzularında
çıxış ediblər.
Çıxışlarda Qarabağ
və Şərqi Zəngəzura dəymiş
ekoloji ziyan barədə fikirlərini
bölüşən nazirlər
mina təhlükəsinin
işğaldan azad olunmuş ərazilərdə
başladılmış genişmiqyaslı
bərpa və quruculuq işlərinə
törətdiyi maneələrdən
danışıblar.
Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov “İşğaldan azad edilmiş ərazilərin
mina və partlamamış hərbi sursatlarla çirkləndirilməsinin
ətraf mühitə
təsiri” mövzusunda
çıxışında mina partlayışları
zamanı yaranan plastik tullantıların ekoloji fəsadlara səbəb olduğunu, kənd təsərrüfatı
üçün münbit
torpaqların strukturuna
mənfi təsir göstərdiyini vurğulayıb.
O, minalarla çirklənmiş
ərazilərin ekosistemin
bir hissəsi olan insanların təkcə təmiz ekoloji şəraitdə deyil, ümumən yaşamaq hüququna da təhdidlər yaratdığını bildirib.
BMT-nin rezident əlaqələndiricisi Vladanka
Andreyeva “Dayanıqlı
inkişaf məqsədləri
üçün minaların
ekosistemə təsirinin
aradan qaldırılması”
mövzusunda məruzəsində
mina təhlükəsi
ilə mübarizə
fəaliyyətinin uğuru
üçün qlobal
təcrübəyə əsaslanaraq,
yerli, milli və beynəlxalq tərəflər arasında
güclü tərəfdaşlığın
vacib amillərdən olduğunu qeyd edib.
Tədbirdə, həmçinin
Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının
Xarici siyasət məsələləri şöbəsinin
sektor müdiri Həbib Mikayıllı “Mina problemi və
beynəlxalq səylər”
mövzusunda çıxış
edib. O, işğaldan
azad olunmuş ərazilərimizdə ilkin
hesablamalara görə,
1,5 milyon minanın yerləşdirildiyini, Ermənistanın
bu günədək mina xəritələrini verməkdən boyun qaçırdığını, bunun beynəlxalq hüququn yaşamaq və hərəkət azadlığı kimi fundamental prinsiplərinə
zidd olduğunu diqqətə çatdırıb.
Azərbaycan Respublikası
Milli Elmlər Akademiyasının (AMEA) prezidenti
İsa Həbibbəyli
söz alaraq, işğaldan azad olunmuş ərazilərimizdə
aparılan minatəmizləmə
fəaliyyətinin Prezident
İlham Əliyevin başlatdığı Böyük
Qayıdış Proqramının
tərkib hissəsi olduğunu deyib, bu gün rəhbərlik
etdiyi qurumla ANAMA arasında elmi-texniki sahədə səmərəli
əməkdaşlığın davam etdirildiyini bildirib.
Tədbirdə çıxış
edən Milli Məclisin komitə sədrləri Hicran Hüseynova, Tahir Mirkişili, Səməd Seyidov, Tahir Rzayev, Siyavuş Novruzov, deputatlar Fatma Yıldırım, İltizam Yusifov, Mahir Abbaszadə, Soltan Məmmədov, Vüqar Bayramov, Nigar Arpadarai işğaldan azad olunmuş ərazilərimizdə
davam edən mina terrorunun fəsadları barədə
danışıb, onun
ölkənin sosial-iqtisadi
inkişafına mənfi
təsirlərini müqayisəli
şəkildə təhlilini
verib, bu sahədə maarifləndirməyə
və beynəlxalq əməkdaşlığa ehtiyac
olduğunu xüsusi vurğulayıblar. Minatəmizləmə
fəaliyyətlərinin həyata
keçirilməsində ANAMA-nın yüksək peşəkarlığını qeyd edən çıxışçılar xarici ölkələri və beynəlxalq təşkilatları bu fəaliyyətlərə dəstək
olmağa çağırıblar.
"Azərbaycan Televiziya
və Radio Verilişləri"
Qapalı Səhmdar Cəmiyyətinin sədri
Rövşən Məmmədov
çıxışında mina terrorunun qurbanı olmuş azərbaycanlı jurnalistlərin
ölümünə beynəlxalq
ictimaiyyətin biganə
münasibətindən söz
açıb, onların
ikili standartlar nümayiş etdirdiyini bildirib.
Türkiyənin ölkəmizdəki
səfiri Cahit Bağçı ərazilərimizin
30 ilə yaxın davam edən erməni işğalından
azad olunmasının üçüncü ildönümü
münasibətilə təbriklərini
çatdırıb, ölkəsinin
minalara qarşı mübarizə sahəsində
Azərbaycana hərtərəfli
dəstək göstərdiyini
və bu dəstəyin bundan sonra da davam
etdiriləcəyini diqqətə
çatdırıb.
Avropa İttifaqının
Azərbaycandakı nümayəndəliyinin
rəhbəri səfir
Peter Mixalko da çıxışında ANAMA-nın fəaliyyətini yüksək qiymətləndirib.
O bildirib ki, Avropa İttifaqı mina təhlükəsi ilə mübarizədə
Azərbaycanla əməkdaşlığa
önəm verir, Azərbaycan hökumətinin
mina təhlükəsinin
aradan qaldırılması
işini dəstəkləyir
və bundan sonra da dəstəkləyəcək.
Sonda Minatəmizləmə Agentliyi tərəfindən mina təhlükəsi ilə mübarizə fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Azərbaycan.-2023.- 5 noyabr, ¹ 243.- S.2.