Almaniyanın
xarici işlər naziri Bakıda yalan bəyanat verdi
Almaniyanın xarici
işlər naziri Annalena Berbok Azərbaycana səfəri
zamanı Xarici İşlər Nazirliyində
mətbuat konfransında
yalan açıqlama ilə çıxış
edib.
Belə ki, xanım nazir Ermənistanda Qarabağdan
köçmüş ermənilərlə
görüşdüyü təqdirdə, Azərbaycana
səfəri zamanı
azərbaycanlı köçkün
və qaçqınlarla
görüşüb-görüşmədiyi
barədə “Real” Televiziyasının
müxbirinin sualına
yanlış və yalan dolu cavab
verməklə kifayətlənib.
AZƏRTAC xəbər verir ki, alman
nazir əvvəlcə
suala cavab verərkən özünün
Qarabağdan Ermənistana
getmiş ermənilərlə
görüşünü uzun-uzadı
təsvir etdi, daha sonra Azərbaycanın
xarici işlər nazirinin sualın mahiyyətini xatırlatmasından
sonra bildirdi ki, o, bu gün
Bakıda Ermənistandan
köçmüş şəxslərlə
görüş keçirib.
Etibarlı mənbələrdən
əldə olunmuş
məlumata əsasən,
əslində, Almaniyanın
xarici işlər naziri Bakının “Mənzərə” restoranında
vətəndaş cəmiyyətinin
bəzi nümayəndələri
ilə görüşünə
istinad edirmiş.
Əldə etdiyimiz
məlumata əsasən,
Almaniya nazirinə qaçqın və məcburi köçkünlərlə
görüş üçün
təklifi verilsə də, onun bu
görüşdən imtina
etdiyi məlumdur.
Almaniya naziri anlamalıdır ki, Azərbaycan qaçqınlarının və məcburi köçkünlərinin 30 ildən artıq davam etmiş əzab-əziyyətini anlamaq üçün onlarla görüş vacib idi və bu kimi yalan açıqlamalar Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinə müsbət təsir etmir.
Azərbaycan.-2023.- 5 noyabr, № 243.- S.3.