Almaniyanın
Cənubi Qafqaz ölkələri ilə ticarətinin 70 faizi Azərbaycanın payına
düşür
Uzun illər ərzində Azərbaycan
ilə Almaniya arasında ticarət, enerji, kənd təsərrüfatı, qarşılıqlı
sərmayələrin qoyulması,
infrastruktur layihələrində
qarşılıqlı iştirak
sahələrində əlaqələr
uğurla inkişaf edir.
AZƏRTAC xəbər verir ki, bu
sözləri Azərbaycanın
xarici işlər naziri Ceyhun Bayramov
noyabrın 4-də Almaniyanın
xarici işlər naziri Annalena Berbokla birgə keçirilən mətbuat
konfransında söyləyib.
Nazir deyib ki, Azərbaycanda 200-dən
çox alman şirkəti fəaliyyət
göstərir və onlar müxtəlif sahələrdə layihələrin
həyata keçirilməsinə
cəlb olunublar.
“Almaniyanın Cənubi Qafqaz ölkələri ilə olan ticarətinin 70 faizi Azərbaycanın payına düşür. 2022-ci ildə ölkələrimiz arasında qarşılıqlı ticarət dövriyyəsi 1,3 milyard ABŞ dolları olub. 2023-cü ilin ilk doqquz ayının nəticələrini olduqca müsbət qiymətləndirmək olar. İlk 9 ay ərzində ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 60 faiz artıb”, - deyə C.Bayramov əlavə edib.
Azərbaycan.-2023.- 5 noyabr, № 243.- S.3.