Ceyhun Bayramov: “Ermənistanla münasibətlərin normallaşdırılmasının alternativi yoxdur

 

Azərbaycan hesab edir ki, Ermənistanla münasibətlərin normallaşdırılmasının, sülhün alternativi yoxdur. Təəssüf ki, Azərbaycanın bu barədə son təşəbbüslərinə Ermənistan tərəfindən hələ cavab verilməyib. Ermənistan tərəfinin cavabı gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 4-də Almaniyanın xarici işlər naziri Annalena Berbokla birgə keçirilən mətbuat konfransında bildirib.

Azərbaycan son üç ildə məsələnin dialoq yolu ilə həllini tapması üçün mümkün addımları atdığını qeyd edən Ceyhun Bayramov deyib ki, törədilən təxribatların qarşısını almaq mümkün olmadıqda Azərbaycan bütün beynəlxalq hüququ, humanitar hüququ gözləyərək qısamüddətli antiterror tədbirləri həyata keçirib. Bunu BMT-nin bölgəyə səfər etmiş missiyası da təsdiqləyib. Bunu həmin vaxt Ermənistanın baş nazirinin təsdiqlədiyini xatırladan nazir Paşinyanın sonradan bunu inkar etdiyini ziddiyyətli açıqlamalar verdiyini diqqətə çatdırıb.

 

Azərbaycan.-2023.- 5 noyabr, № 243.- S.3.